Hündürdaban ayaqqabıları əvvəl kişilər geyinib - Maraqlı tarixçə
Bu gün qadın dəbinin simvollarından sayılan hündürdaban ayaqqabılar vaxtilə kişi qarderobunun bir hissəsi olub. Onlar əvvəlcə at sürməyi asanlaşdırıb, daha sonra isə var-dövlət və nüfuz göstəricisinə çevrilib.
Lent.az xəbər verir ki, ilk dabanlı ayaqqabıların Qərbi Asiyada yarandığı ehtimal olunur.
Dabanın praktik funksiyası olub: süvarinin ayağını üzəngidə saxlamaq və irəli sürüşməsinin qarşısını almaq. Bu, xüsusilə at belində silah işlədən döyüşçülər üçün əhəmiyyət daşıyıb.
Torontodakı Bata Ayaqqabı Muzeyinin məlumatına görə, Qərbi Asiyada belə ayaqqabılardan Avropadan yüz illər əvvəl istifadə olunub. Muzeydə saxlanılan XVII əsrə aid İran kişi çəkmələri də dabanın atçılıqla əlaqəsini göstərir.
Daban nüfuz göstəricisinə çevrilib
XVII əsrin əvvəllərində avropalı kişilər İran geyim mədəniyyətinin bəzi elementlərini mənimsəməyə başlayıblar. Dabanlı ayaqqabılar da tədricən süvari geyimindən çıxaraq kişi dəbinə daxil olub.
Hündür və nəzərəçarpan daban sahibinin cəmiyyətdəki mövqeyini göstərib. Belə ayaqqabılar uzun müddət gəzmək üçün rahat olmasa da, əsas məqsəd praktik istifadə deyil, dəbdəbəni nümayiş etdirmək olub.
Fransa saray dəbinin təsiri ilə qırmızı dabanlar da aristokratların geyimində yer alıb. Həmin dövrün kişi ayaqqabılarının dabanları indiki nazik qadın dabanlarından fərqli olaraq enli və möhkəm olub.
Qadınlar nə vaxt geyinməyə başlayıb?
XVII əsrdə qadınlar kişi geyiminin bəzi elementləri ilə yanaşı, dabanlı ayaqqabıları da mənimsəyiblər. Zamanla qadın modellərinin dabanı daha nazik, hündür və bəzəkli olub.
Kiçik ayaq qadın gözəlliyinin əlamətlərindən sayıldığı üçün bu ayaqqabılar xüsusi maraq doğurub. Daban ayağın vəziyyətini dəyişdirib, uzun ətəyin altından ayaqqabının yalnız kiçik hissəsinin görünməsinə imkan verib.
XVIII əsrin sonlarına doğru isə hündürdaban ayaqqabılar gündəlik kişi geyimindən demək olar ki, çıxıb. Atçılıqda istifadə edilən çəkmələrdə daban praktik əhəmiyyətini qoruyub.
Kişi dəbinə yenidən qayıdıb
1970-ci illərdə disko mədəniyyətinin təsiri ilə hündür dabanlı və platformalı ayaqqabılar kişilər arasında yenidən dəbə minib. Daban kovboy və bayker çəkmələrində də qalmağa davam edib.
Beləliklə, bu gün daha çox qadınlarla əlaqələndirilən ayaqqabı vaxtilə kişi süvarilərin işini asanlaşdıran vasitə olub. Sonrakı əsrlərdə isə dəbin dəyişməsi ilə tamam başqa məna qazanıb.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 106 Tarix: 11 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşEvdəki plastik qablara diqqət: Zədələnmiş qabları dərhal atın
Mütəxəssislər mətbəxlərdə qida saxlamaq üçün geniş istifadə edilən plastik qablarla bağlı vacib xəbərdarlıq ediblər. Qabyuyan maşında yüksək temperatura məruz qalan, mikrodalğalı sobada istifadə olunan və ya səthi cızılan plastik qabların qidaya kimyasal və mikroplastik sızdırdığı bildirilib. xəbər veri
10.10.2026 186 Bu iki paltarı heç vaxt bir yerdə yumayın
Bir çoxumuz vaxta qənaət etmək üçün bütün paltarları eyni səbətdə toplayıb birlikdə yuyuruq. Lakin mütəxəssislər ağır qış geyimləri ilə həssas parçaların heç vaxt eyni qazanda yuyulmaması lazım olduğunu bildirirlər. xəbər verir ki, həssas geyimlər adətən tor içində, soyuq suda yuyulmalıdır. Ağır parçala
10.10.2026 234 Belə pomidorları almayın
Pomidor alarkən yalnız rənginə və zahiri görünüşünə diqqət etmək kifayət deyil. Hətta yetişmiş və iştahaçan görünən pomidorların arasında keyfiyyətsiz və ya xarab olmağa başlayan məhsullar ola bilər. Mütəxəssislər bazarda və mağazada pomidor seçərkən bir neçə vacib əlamətə diqqət etməyi tövsiyə edirlər
13:00 150 Ərəblərin milyonlarla dollar xərclədiyi 5 lüks alış
Ərəb dünyasının varlı şəxslərinin milyonlarla dollar dəyərində alışları diqqət çəkir. Onların arasında rekord qiymətə alınan avtomobil nömrəsi, lüks yaxta və dünya şöhrətli rəsm əsəri də var. Axşam.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatlarda ərəb milyarderlərinin və şahzadələrinin ən bahal
10.10.2026 197 Evin yuxarı başına qoyurlar, amma tək yarpağı belə zəhər saçır
Hər evdə, salonda heç nədən xəbəri olmadan yetişdirilən bu bəzək bitkisi az qala bir uşağın həyatına son qoyurdu. Türkiyənin Tokat bölgəsində 2 yaşlı uşağın yarpağından bir parça dişləməsi ilə başlayan kabus reanimasiyada bitib. xəbər verir ki, difenbaxiya bitkisi bitkidən qopardığı kiçik bir parçan
03.10.2026 277 Yataq dəstlərini yumşaldan sadə üsul
Yataq dəstlərinin yuyulduqdan sonra daha yumşaq və təravətli olması üçün mütəxəssis paltaryuyan maşının barabanına mətbəxdə olan sadə vasitələrdən birini əlavə etməyi məsləhət görür. bu üsulu təqdim edir:. Zaman keçdikcə yataq dəstləri sərtləşə, əvvəlki təravətini itirə və xoşagəlməz qoxuları özünə çək
04.10.2026 308 Hündürdaban ayaqqabıları əvvəl kişilər geyinib - Maraqlı tarixçə
Bu gün qadın dəbinin simvollarından sayılan hündürdaban ayaqqabılar vaxtilə kişi qarderobunun bir hissəsi olub. Onlar əvvəlcə at sürməyi asanlaşdırıb, daha sonra isə var-dövlət və nüfuz göstəricisinə çevrilib. xəbər verir ki, ilk dabanlı ayaqqabıların Qərbi Asiyada yarandığı ehtimal olunur. Dabanın prakti
21:45 0 Toyuqlar payızda az yumurtlayır: məhsuldarlığı artırmaq üçün nə yedirtmək lazımdır?
Payızda təsərrüfat sahibləri tez-tez toyuqların əvvəlkindən xeyli az yumurtladığını müşahidə edirlər. Yayda yuvaları hər gün yoxlamaq lazım gəlirdisə, havalar soyuduqca yumurtaların sayı azalır. Bu dəyişiklik həmişə quşların sağlamlığında problem olduğunu göstərmir. xarici mediaya istinadən xəbər veri
04.10.2026 284 "Betmen"in maşını satışa çıxarılır
Rejissor Tim Börtonun 1992-ci ildə çəkdiyi "Betmen qayıdır" filmində Maykl Kitonun idarə etdiyi məşhur "Betmobil" hərraca çıxarılacaq. Axşam.az xəbər verir ki, avtomobilin 7 milyon dollara satılacağı gözlənilir. Hərracı təşkil edən "Julien’s Auctions" bu satışla "Betmobil"
10.10.2026 178