Məktəbli uşağı olan şəxslərə ŞAD XƏBƏR - Nazirlik AÇIQLADI
2026-2027-ci tədris ilindən etibarən "Rəqəmsal məktəb" platformasının əhatə dairəsi genişləndiriləcək. Platformadan Bakı ilə yanaşı, ölkənin digər regionlarında da istifadə olunacaq.
Yeni tədris ilindən etibarən platformaya Abşeronda 47, Gəncədə 50, Mingəçevirdə 29, Sumqayıtda 48 və Naxçıvanda 20 məktəb qoşulacaq. Beləliklə, ümumilikdə daha 194 məktəbdə "Rəqəmsal məktəb" platformasından istifadə ediləcək.
Platformanın tətbiqində əsas məqsəd təhsil prosesinin rəqəmsallaşdırılmasını sürətləndirmək, məktəb idarəçiliyində müasir texnologiyalardan istifadəni genişləndirmək, şagird, müəllim, valideyn və məktəb rəhbərliyi arasında əlaqəni daha çevik və səmərəli təşkil etməkdir.
Yeni imkanlar çərçivəsində müəllimlər dərs jurnallarını elektron qaydada aparacaq. Bununla da kağız daşıyıcılardan istifadənin mərhələli şəkildə azaldılması və tədris məlumatlarının vahid rəqəmsal mühitdə idarə olunması nəzərdə tutulur.
Bundan başqa, platforma istifadəçiləri süni intellekt əsaslı rəqəmsal həllərdən də yararlana biləcəklər. Bu imkanların müəllimlərin gündəlik fəaliyyətinin optimallaşdırılmasına, müasir texnologiyalardan daha səmərəli istifadəyə və tədrisin fərdiləşdirilməsinə xidmət edəcəyi bildirilir.
Şagirdlər platforma üzərindən müxtəlif tədris resurslarına çıxış əldə edəcək, dərs cədvəlləri ilə tanış olacaq və qiymətlərini elektron qaydada izləyə biləcəklər.
Valideynlər isə şəxsi kabinetləri vasitəsilə övladlarının davamiyyəti, qiymətləri və nizam-intizam göstəriciləri barədə məlumat əldə edə biləcəklər. Bu, onların övladlarının təhsil prosesi və məktəbdəki fəaliyyəti barədə daha operativ məlumatlanmasına imkan verəcək.
Platformanın yeni regionlarda tətbiqi ilə daha çox məktəbin rəqəmsal həllərdən yararlanması və təhsil prosesinin müxtəlif istiqamətlərinin vahid rəqəmsal mühitdə təşkili hədəflənir.("Yeni Sabah")
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 110 Tarix: 11 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPensiyaçılara üç aydan bir 30 manat əlavə veriləcək?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial şəbəkələrdə Azərbaycanda pensiya alan şəxslərə hər üç aydan bir əlavə olaraq 30 manat ödənilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirili
00:17 98 Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib - SƏBƏB AÇIQLANDI
Həm şagirdlər, həm də müəllimlər məktəblərdə müəyyən normalara əməl etməlidirlər. O normalar əsasında məktəbin fəaliyyəti tənzimlənməlidir. Bu sözləri millət vəkili Ceyhun Məmmədov bildirib. "Azərbaycanda təhsil dünyəvi xarakter daşıyır. O mənada verilən qərarın əsas məqsədi məktəbdə səliqəli geyimi
10.10.2026 382 11 gün İŞ OLMAYACAQ: Tarixlər AÇIQLANDI
Noyabr ayında Azərbaycanda daha uzun istirahət günləri olacaq. BİG.AZ -a istinadla xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix qeyri-iş günüdür. Beləliklə, noyabrın 8, 9 və 10-u ardıcıl olaraq qeyri-iş günləri olacaq. Nəticədə noyabr ayında beşgünlü
00:15 105 Ağdamda sənaye məhsullarının dəyəri ötən il 17 dəfədən çox artıb
2025-ci ildə Ağdam rayonunda 1 milyard 2 milyon 670,3 min manat dəyərində sənaye məhsulu (işlər, xidmətlər) istehsal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilə nisbətən 17,4 dəfə çoxdur. Bunun 973 milyon 26,5 min manat
10.10.2026 164 Avtobusdan istifadə edənlərin nəzərinə: ARTIM VAR
Bakıda müntəzəm avtobus marşrutlarında nağdsız ödənişlərin payı son iki ildə 12 faiz bəndi artaraq 89 faizə yüksəlib. Bu barədə "Yeni Sabah"a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Bildirilib ki, 2024-cü ildə paytaxtda müntəzəm avtobus marşrutlarında nağdsız ödənişləri
00:38 86 Türkiyədə siqaret satışında yeni qayda: Şəxsiyyət vəsiqəsi tələb ediləcək
"Türkiyədə siqaret satışı zamanı şəxsiyyət vəsiqəsi tələb olunacaq. Müvafiq qanun layihəsini bir neçə həftə ərzində parlamentə təqdim edəcəyik". "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Kemal Memişoğlu danışıb. Onun sözlərinə görə, siqaretlə mübariz
10.10.2026 180 65 yaş gözləmədən pensiyaya çıxmaq mümkün olacaq? - AÇIQLAMA
"Hazırda qanunvericilikdə tək yaşayan, ailəsi və himayəsində olan şəxsi olmayan qadınlar üçün ayrıca 60 yaş pensiya həddi müəyyən edilməyib. Belə bir güzəştin qanunvericilikdə nəzərdə tutulması hüquqi baxımdan mümkündür. Azərbaycanda 1 iyul 2026-cı ildən etibarən qadınlar üçün ümumi yaşa görə əmə
00:11 106 Ermənistanda hərbçi güllələnərək öldürülüb
Ermənistan silahlı qüvvələrində xidmət edən A.Q. adlı hərbçinin odlu silahdan açılan atəş nəticəsində aldığı yara ilə meyiti tapılıb. xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan özünün "Telegram" kanalında məlumat paylaşıb. Onun sözlərinə görə, hazırd
10.10.2026 161 Cozef Aun Trampın Livanla birbaşa uçuşlara qoyulan məhdudiyyəti ləğv etmək qərarını alqışlayır
Livan Prezidenti Cozef Aun amerikalı həmkarı Donald Trampın iki ölkə arasında təxminən 40 il qüvvədə olan birbaşa aviareyslərə qoyulmuş məhdudiyyəti ləğv etmək qərarını alqışlayıb. "Report" xəbər verir ki, bu barədə Livan prezidentinin mətbuat xidməti "X" sosial şəbəkəsində məluma
10.10.2026 164