"Fərqlər deyil, anlaşılmazlıq ailəni dağıdır" - Azərbaycan vətəndaşlarının əcnəbilərlə nikahları niyə pozulur?

"Fərqlər deyil, anlaşılmazlıq ailəni dağıdır" - Azərbaycan vətəndaşlarının əcnəbilərlə nikahları niyə pozulur?Sevgi sərhəd tanımaya bilər, amma fərqli ölkələrdən olan iki insanın qurduğu ailənin davamlı olması heç də həmişə asan deyil. Azərbaycanda əcnəbilərlə bağlanan nikahların sonrakı taleyi də bunu göstərən diqqətçəkən statistika ortaya qoyur. Ədliyyə Nazirliyinin məlumatına görə, 2024-cü ildə Azərbaycan vətəndaşlarının əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərlə həmin və ya əvvəlki illərdə bağladığı 1 784 nikah pozulub. 2025-ci ildə bu rəqəm 1 629, 2026-cı ilin ilk səkkiz ayında isə 1 034 olub. Yəni təkcə bu üç dövr üzrə ümumilikdə 4 447 belə nikahın pozulması rəsmiləşdirilib. Bəs bu ailələr niyə dağılır?

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"Nikahın məqsədi münasibətin taleyinə təsir edir"

Sosioloq Naib Niftəliyevin sözlərinə görə, əcnəbilərlə qurulan ailələrdə boşanmaların səbəbləri müxtəlif ola bilər: "Məsələn, tərəflərdən birinin nikaha ciddi yanaşdığı, digər tərəfin isə yaşayış hüququ və ya gələcəkdə vətəndaşlıq əldə etmək kimi başqa məqsədlərlə ailə qurduğu hallar mümkündür. Yerli vətəndaşla ailə qurmaqla Azərbaycanda yaşayış hüququ əldə etməyə və sonradan vətəndaşlıq almağa çalışan şəxslərin olması istisna edilmir. Digər tərəfdən, belə nikahların pozulmasının obyektiv səbəbləri sırasında fərqli mentalitet, dəyərlər və dünyagörüşü dayanır. Azərbaycanlı ilə, məsələn, Rusiya vətəndaşının həyata, ailəyə və münasibətlərə baxışında müəyyən fərqlər ola bilər. Türkiyə, Gürcüstan, Ukrayna və Qazaxıstan vətəndaşları ilə qurulan nikahlarda da bu cür fərqlər özünü göstərir".

"Fərqlər deyil, anlaşılmazlıq ailəni dağıdır"

Sosioloqun fikrincə, azərbaycanlıların əcnəbilərlə nikahlarının hamısını problemli münasibət kimi qiymətləndirmək olmaz. Belə ailələr arasında uzunmüddətli və xoşbəxt münasibətlər də kifayət qədərdir: "Mədəniyyət və dünyagörüşü fərqi müəyyən ziddiyyətlər yarada bilər. Lakin əsas məsələ tərəflərin bu fərqləri necə qəbul etməsi və bir-birinə uyğunlaşmaq istəyidir. İnsan qarşı tərəfin mədəniyyətini anlamağa və qəbul etməyə çalışdıqda fərqlilik münasibətin inkişafına da xidmət edir. Əksinə, tərəflər arasında qarşılıqlı anlaşma və uzlaşma olmadıqda, mədəni və dünyagörüşü fərqləri ailə münasibətlərində ciddi problemə çevrilə bilər".

Gözləntilər üst-üstə düşməyəndə...

N.Niftəliyev bildirib ki, əcnəbilərlə nikahların pozulmasında digər amillərlə yanaşı, tərəflərin ailədən gözləntiləri də rol oynayır: "Əgər nikahın qurulmasında məqsədlər və gözləntilər fərqlidirsə, ilk ciddi anlaşılmazlıq zamanı münasibətlərin davam etdirilməsi çətinləşir. Ona görə də əcnəbi ilə evliliyi özlüyündə daha riskli münasibət kimi qiymətləndirmək düzgün olmaz. Burada əsas məsələ tərəflərin bir-birinə uyğunluğu, ortaq dəyərlər formalaşdıra bilməsi və fərqliliklərə münasibətidir".

"Dil, din, sosial mühit və digər amillərlə bağlı uyğunlaşma çətinlikləri yaranır"

Psixoloq İlhamə Mustafayeva isə düşünür ki, bəzi fərqli faktorlar önə çıxa bilər: "Əcnəbilərlə nikaha üstünlük verən insanların bir qismi yenilik axtarışında olur, fərqlənmək və fərqli görünmək istəyir. Bəzən öz milli dəyərlərinə və mentalitetinə maraq göstərməyən, başqa mədəniyyətə üstünlük verən insanlar da belə addım atırlar. Təbii ki, bir-birini sevərək ailə quran və ömürlərinin sonuna qədər xoşbəxt yaşayan insanlar da var. Lakin romantik münasibət başa çatdıqdan sonra gündəlik həyat və uyğunlaşma problemləri ortaya çıxa bilər. Ən əsas məsələlərdən biri adaptasiyadır. Tərəflər bir-birinin yaşadığı əraziyə, iqlimə, qidalanma xüsusiyyətlərinə, milli adət-ənənələrə və inanclara uyğunlaşmaqda çətinlik çəkə bilərlər. Bəzi hallarda bu problemlər elə nikahın ilk aylarında ciddi fikir ayrılıqlarına səbəb olur. Problemlər hər iki tərəf üçün keçərlidir. Məsələn, azərbaycanlı qadının başqa ölkədə yaşaması ona daha sərbəst həyat vəd etsə də, dil, din, sosial mühit və digər amillərlə bağlı uyğunlaşma çətinlikləri yaranır".

"Mədəni və dini fərqlər ailədə konflikt yarada bilər"

İ.Mustafayeva bildirib ki, mədəni və dini fərqlər də münasibətlərə təsir edən mühüm amillərdəndir: "Tərəflər bir-birinin millətini, adət-ənənəsini, inanclarını və dəyərlərini qəbul etmədikdə qarşılıqlı alçaltmalar və təzyiqlər meydana çıxa bilər. Xüsusilə dini baxışlardakı fərqlər tərəflərin bir-birini öz inancını qəbul etməyə məcbur etməsi ilə nəticələnir. Məişət vərdişləri və yemək mədəniyyəti də ailədaxili münasibətlərdə müəyyən problemlər yaradır. İnsan öz mədəniyyətindən, inanclarından, sosial çevrəsindən və vətənindən uzaqlaşdıqda müəyyən psixoloji çətinliklərlə üzləşir. Buna görə də qarışıq nikahlarda tərəflərin bir-birinin milli, dini və mədəni dəyərlərinə hörmət etməsi mühüm şərtlərdən biridir. Nikahda hər iki tərəfin öz dəyərlərini və adət-ənənələrini üstün tutması da konflikt yarada bilər. "Mənim dəyərlərim daha üstündür" yanaşması qarşılıqlı anlaşmanı çətinləşdirir".

"Uşaqların tərbiyəsi də fikir ayrılığı yaradır"

Psixoloqun fikrincə, hüquqi, peşə və maddi problemlər də qarışıq nikahlara təsir göstərə bilər: "Tərəflərdən birinin başqa ölkədə diplomunun tanınmaması, dili kifayət qədər bilməməsi və iş tapmaması maddi asılılıq yaradır. Digər mühüm məsələ ailədə kişi və qadın rolları, eləcə də uşaqların tərbiyəsidir. Tərəflərin ailə modelinə və gender rollarına baxışı fərqli olduqda bu, toqquşmalara səbəb olur. Xüsusilə uşaqların hansı dəyərlərlə böyüdülməsi məsələsində fikir ayrılıqları yarana bilər. Tərəflərdən biri uşağın öz milli və ailə dəyərlərinə uyğun böyüməsini istəyərkən, digər tərəf fərqli yanaşmanı müdafiə edir. Kişilər də ailədə gözləntilərinin, xüsusilə ailə və uşaq tərbiyəsi ilə bağlı dəyərlərinin qarşılanmadığını düşündükdə boşanma qərarı verə bilərlər. Boşanma təşəbbüsünə gəlincə, düşünürəm ki, ümumilikdə qadınlar boşanma ilə bağlı daha çox müraciət edən tərəfdir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 98   Tarix: 11 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Məktəblərdə geyim qaydaları ilə bağlı BƏYANAT: "Vətəndaşlarımızı təxribatlara uymamağa dəvət edirik"

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb. BİG.AZ həmin bəyanatı təqdim edir:. "Son günlər İran və digər xarici ölkələrin internet resurslarında Azərbaycanın nümunəvi dünyəvi dövlətçilik modelini hədəfə alan, ölkəmizdə şəriət prinsiplərinə əsaslanan dövlət quruluşunu

14:50 234
.

15 yaşlı oğullarını öldürüb, bayramlaşmağa getmişdilər - Valideynlərə ömürlük CƏZA

Türkiyənin Adana şəhərində 15 yaşlı oğullarını öldürməkdə təqsirli bilinən ata və ana ömürlük həbs cəzasına məhkum ediliblər. yerli mediaya istinadən xəbər verir ki, hadisə 2024-cü il dekabrın 31-də Adananın Yüreğir rayonunun Geçitli Cumhuriyet məhəlləsində qeydə alınıb. Həmin gün 15 yaşlı Rafet Dinçi

19:10 0
.

Sabah İŞIQ OLMAYACAQ - Bu ərazilərdə

Oktyabrın 12-də Culfa rayonunun bir sıra kəndlərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) məlumat verilib. Bildirilib ki, 35/10 kV-luq Əbrəqunus yarımstansiyasında

18:36 72
.

Azərbaycanda yenidoğulan körpələrin sayı azalır - Səbəb nədir? - VİDEO

2015-ci ildə ölkədə 166 min 210, 2025-ci ildə isə cəmi 95 min 875 körpə doğulub. Dövlət Statistika Komitəsinin məlumatına görə, son 10 il ərzində doğulan uşaqların sayında 70 min 335 nəfər azalma var. BİG.AZ Xəzər TV-yə istinadən bildirir ki, mövzu ilə bağlı danışan mama-ginekoloq Mahirə İsmayılova deyi

16:00 146
.

"Fərqlər deyil, anlaşılmazlıq ailəni dağıdır" - Azərbaycan vətəndaşlarının əcnəbilərlə nikahları niyə pozulur?

Sevgi sərhəd tanımaya bilər, amma fərqli ölkələrdən olan iki insanın qurduğu ailənin davamlı olması heç də həmişə asan deyil. Azərbaycanda əcnəbilərlə bağlanan nikahların sonrakı taleyi də bunu göstərən diqqətçəkən statistika ortaya qoyur. Ədliyyə Nazirliyinin məlumatına görə, 2024-cü ildə Azərbayca

20:30 0
.

Rəsmi Kiyev Trampın Ukraynada yeni prezident seçilməsinə dair sözlərinə cavab verib

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Ağ Ev rəhbəri Donald Trampın Ukraynanın "yeni prezident seçmək vaxtının gəlib çatdığı" barədə bəyanatına münasibət bildirib. "Report" xəbər verir ki, müvafiq paylaşım ukraynalı nazirin "X" sosial şəbəkə hesabında yerləşdirilib

21:15 0
.

Bakıda marketlərdən yoxa çıxan məhsul daha da bahalaşdı

Bakıda marketlərdən yoxa çıxan toyuq filesinə artıq vitrinlərdə yenidən rast gəlməyə başlanılsa da, qiymətin kəllə-çarxa qalxdığı diqqətdən qaçmayıb. -ın əldə etdiyi məlumata görə, məşhur marketlər şəbəkələrindən birində file müştərilərə 10.50 manata təklif olunur. Xatırladaq ki, təxminən iki ay əvvəl

18:20 97
.

ABŞ Prezidenti Rusiya-Ukrayna münaqişəsini yaxın vaxtlarda nizamlayacağına söz verib

ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna münaqişəsinin yaxın vaxtlarda nizamlanmasına nail olacağına ümid etdiyini bildirib. "Report" xəbər verir ki, o, bu barədə Nyu-York ştatının Siraküz şəhərində tərəfdarları ilə görüşündə danışıb. "İranla münaqişənin və Rusiya ilə Ukrayna arasındak

15:40 163
.

Finlandiyada kişi valideynlərinin cəsədlərini 30 ildən çox dondurucuda saxlayıb

Finlandiyada 81 yaşlı kişi valideynlərinin cəsədlərini dondurucuda saxladığına görə istintaqa cəlb edilib. Yle-yə istinadən xəbər verir ki, kişi məzarın toxunulmazlığını pozmaqda iki epizod üzrə ittiham olunur. Polis müəyyən edib ki, kişi valideynlərinin cəsədlərini 30 ildən çox müddət ərzində donduruculard

14:30 160
.