Metro ilə bağlı ŞAD XƏBƏR - Təmir BU TARİXDƏ BAŞA ÇATACAQ
"Həzi Aslanov" stansiyasının dalanında əsaslı yenidənqurma işlərinin son mərhələsi çərçivəsində tavan hissəsində izolyasiya və məhlulvurma işləri aparılır və xüsusi boya maddələri vurulur".
"Yeni Sabah" xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən Bizim.Media-nın sorğusuna cavab olaraq məlumat verilib.
Açıqlamada qeyd edilib ki, təmir işləri artıq yekunlaşmaq üzrədir.
"Yenidənqurma işləri təxminən 280 metrlik sahədə üç mərhələ üzrə həyata keçirilir. Əvvəlki mərhələlərdə təmir-bərpa işləri tamamlanıb, yan divarlar və döşəmə boyunca məhlulvurma-hamarlama prosesi icra olunub. Həmçinin döşəmə, divar və tavan hissələrdə gücləndirmə tədbirləri görülüb. Orta yolların arakəsmə divarları tam yenidən inşa edilib.
Son mərhələ çərçivəsində tavan hissəsində izolyasiya və məhlulvurma işləri aparılır və xüsusi boya maddələri vurulur. Karbon lifli müasir inşaat materialı ilə örtük tavasının əlavə möhkəmləndirilməsi aparılır. Drenaj xətlərinin çəkilişi davam etdirilməklə yanaşı, kommunikasiya xətlərinin quraşdırılmasına da başlanılıb".
Məlumatda qeyd edilib ki, qatarların baxışı və dayanması üçün körpücük inşa olunur.
"Layihəyə uyğun qaydada, ümumi uzunluğu 1000 metrə yaxın olan dalan yolları müasir dəmir-beton özüllər üzərində, yoldəyişdirici qurğular isə dəmir-beton monolit bloklardan qurulub. 4 yoldan ibarət dalanda 6 yoldəyişdirici quraşdırılıb. Sahədə elektrik təchizatı, rabitə, işarəvermə, videomüşahidə, yanğın təhlükəsizliyi, su, kanalizasiya, havalandırma və digər mühüm sistemlərin yenilənməsi plana əsasən davam etdirilir".
Qurumun açıqlamasına görə, son ehtiyat tədbirləri yağış mövsümündə görüləcək və yenidənqurma işləri cari ilin noyabr ayının sonunda yekunlaşacaq.
"Yenidənqurma işləri zamanı konstruksiyaların dayanıqlılığının artırılması, aqressiv qrunt sularının təsirlərinin aradan qaldırılması və dalan infrastrukturunun müasir texniki tələblərə uyğunlaşdırılması məqsədilə müntəzəm müayinələr aparılır. Müvafiq yoxlamaların nəticələrinə əsasən yağış mövsümündə ərazi boyunca son ehtiyat tədbirləri görüləcək.
Dalan yolları qatarların gecələməsini, çevik idarə olunmasını, qısa intervallarla hərəkətini, baxış və texniki xidmətini təmin edən mühüm infrastrukturdur. Uzunmüddətli istismar və ərazinin mürəkkəb hidrogeoloji şəraiti "Həzi Aslanov" stansiya dalanının konstruktiv elementlərinə qrunt sularının ciddi təsirləri və divarlarda eroziya əmələ gəlməsi ilə nəticələnmişdi.
Qeyd edək ki, "Həzi Aslanov" stansiyasının dalanının və stansiyanın dayanıqlılığının artırılması 2025-2030-cu illər üzrə Dövlət Proqramının icra edilməsinə dair tədbirlər planı əsasında həyata keçirilir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 111 Tarix: 11 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPensiyaçılara üç aydan bir 30 manat əlavə veriləcək?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial şəbəkələrdə Azərbaycanda pensiya alan şəxslərə hər üç aydan bir əlavə olaraq 30 manat ödənilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirili
00:17 98 Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib - SƏBƏB AÇIQLANDI
Həm şagirdlər, həm də müəllimlər məktəblərdə müəyyən normalara əməl etməlidirlər. O normalar əsasında məktəbin fəaliyyəti tənzimlənməlidir. Bu sözləri millət vəkili Ceyhun Məmmədov bildirib. "Azərbaycanda təhsil dünyəvi xarakter daşıyır. O mənada verilən qərarın əsas məqsədi məktəbdə səliqəli geyimi
10.10.2026 382 11 gün İŞ OLMAYACAQ: Tarixlər AÇIQLANDI
Noyabr ayında Azərbaycanda daha uzun istirahət günləri olacaq. BİG.AZ -a istinadla xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix qeyri-iş günüdür. Beləliklə, noyabrın 8, 9 və 10-u ardıcıl olaraq qeyri-iş günləri olacaq. Nəticədə noyabr ayında beşgünlü
00:15 105 Ağdamda sənaye məhsullarının dəyəri ötən il 17 dəfədən çox artıb
2025-ci ildə Ağdam rayonunda 1 milyard 2 milyon 670,3 min manat dəyərində sənaye məhsulu (işlər, xidmətlər) istehsal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilə nisbətən 17,4 dəfə çoxdur. Bunun 973 milyon 26,5 min manat
10.10.2026 164 Avtobusdan istifadə edənlərin nəzərinə: ARTIM VAR
Bakıda müntəzəm avtobus marşrutlarında nağdsız ödənişlərin payı son iki ildə 12 faiz bəndi artaraq 89 faizə yüksəlib. Bu barədə "Yeni Sabah"a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Bildirilib ki, 2024-cü ildə paytaxtda müntəzəm avtobus marşrutlarında nağdsız ödənişləri
00:38 86 Türkiyədə siqaret satışında yeni qayda: Şəxsiyyət vəsiqəsi tələb ediləcək
"Türkiyədə siqaret satışı zamanı şəxsiyyət vəsiqəsi tələb olunacaq. Müvafiq qanun layihəsini bir neçə həftə ərzində parlamentə təqdim edəcəyik". "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Kemal Memişoğlu danışıb. Onun sözlərinə görə, siqaretlə mübariz
10.10.2026 180 65 yaş gözləmədən pensiyaya çıxmaq mümkün olacaq? - AÇIQLAMA
"Hazırda qanunvericilikdə tək yaşayan, ailəsi və himayəsində olan şəxsi olmayan qadınlar üçün ayrıca 60 yaş pensiya həddi müəyyən edilməyib. Belə bir güzəştin qanunvericilikdə nəzərdə tutulması hüquqi baxımdan mümkündür. Azərbaycanda 1 iyul 2026-cı ildən etibarən qadınlar üçün ümumi yaşa görə əmə
00:11 106 Ermənistanda hərbçi güllələnərək öldürülüb
Ermənistan silahlı qüvvələrində xidmət edən A.Q. adlı hərbçinin odlu silahdan açılan atəş nəticəsində aldığı yara ilə meyiti tapılıb. xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan özünün "Telegram" kanalında məlumat paylaşıb. Onun sözlərinə görə, hazırd
10.10.2026 161 Cozef Aun Trampın Livanla birbaşa uçuşlara qoyulan məhdudiyyəti ləğv etmək qərarını alqışlayır
Livan Prezidenti Cozef Aun amerikalı həmkarı Donald Trampın iki ölkə arasında təxminən 40 il qüvvədə olan birbaşa aviareyslərə qoyulmuş məhdudiyyəti ləğv etmək qərarını alqışlayıb. "Report" xəbər verir ki, bu barədə Livan prezidentinin mətbuat xidməti "X" sosial şəbəkəsində məluma
10.10.2026 164