Azərbaycanda pensiyalar BELƏ ARTIRILACAQ - Yeni qayda
"Pensiyaların indeksasiyasında diferensial yanaşmanın tətbiqi təklif olunur. Burada əsas məntiq aşağı və orta pensiya alanların daha çox qorunması və pensiyalar arasındakı fərqin indeksasiya hesabına davamlı böyüməsinin qarşısının alınmasıdır".
Oxu24.com xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib.
O bildirib ki, 500 manat pensiya alan şəxsin pensiyası 10 faiz artırıldıqda artım 50 manat olur, 2000 manat pensiya alan şəxsdə isə artım 200 manat olur.:
"500 manat alan şəxs 550 manat, 2000 alan isə 2200 manat alır. Deməli, indeksasiyadan əvvəl bu iki pensiya arasında 1500 manat fərq var idisə, eyni faizlə artımdan sonra fərq 1650 manata çatır, yəni, çox alanın nominal artımı daha çox artır və bu faiz kontekstində təbiidir. Diferensial indeksasiya tətbiq olunanda isə artım sürəti dəyişir. Tutaq ki, orta aylıq əməkhaqqı 1200 manat, indeksasiya isə 10%-dir. Bu halda 2000 manat pensiyanın 1200 manatlıq hissəsi 10% artır və 1320 manat olur. Qalan 800 manatlıq hissəyə 0,5 əmsalı tətbiq edilərsə, həmin hissə 5% artır və 840 manat olur. Nəticədə 2000 manat pensiya 2200 manata yox, 2160 manata yüksəlir. Yəni, fərq yenə artır. Amma əvvəlki kimi 150 manat deyil, 110 manat artır. Diferensial indeksasiyanın əsas məntiqi budur. Aşağı pensiya alanın artım faizini qorumaq və yüksək pensiyalarla aradakı fərqin daha sürətlə böyüməsini zəiflətmək. Bu proses hər il təkrarlandıqca nominal fərq də böyüyür. Halbuki aşağı pensiya alan şəxsin gəlirində ərzaq, kommunal xidmətlər, dərman və digər zəruri xərclərin payı daha yüksək olur.
Bu baxımdan diferensial indeksasiyanın iqtisadi və sosial məntiqi var. Aşağı və orta pensiyaların indeksasiyasını tam saxlamaq, daha yüksək pensiyalarda isə müəyyən həddən sonrakı hissəyə fərqli yanaşmaq gəlir fərqinin yalnız indeksasiya hesabına sürətlə genişlənməsini zəiflədə bilər. Bu yanaşma pensiya sisteminin maliyyə yükünü də müəyyən qədər azalda bilər. Eyni zamanda yaranan əlavə maliyyə imkanları gələcəkdə aşağı və orta məbləğdə pensiyaların daha yüksək səviyyədə indeksasiyasına yönəldilə bilər. Amma məsələnin digər tərəfi də nəzərə alınmalıdır. Yüksək pensiya alan şəxs əmək fəaliyyəti dövründə daha çox sosial sığorta haqqı ödəyibsə, onun qazandığı pensiya hüququ qorunmalıdır. Ona görə ən düzgün yanaşma aşağı pensiya alanları daha çox qorumaqla yanaşı, sosial sığorta prinsipini də pozmayan balanslı mexanizmin qurulmasıdır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1019 Tarix: 11 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAlmaniyadan Ukraynaya 12 milyardlıq dəstək
Almaniyanın müdafiə naziri Boris Pistorius Ukraynanın müdafiəsinə gələn il 11,6 milyard avro dəstək ayıracaqlarını və Ukraynada istifadə olunan kəşfiyyat təyinatlı pilotsuz uçuş aparatlarının istehsalını Almaniyada həyata keçirəcəklərini açıqlayıb. Bunu xarici mediaya istinadən xəbər verir. Boris Pistoriu
24.11.2026 225 Bu ölkədə məktəblərdə mobil telefondan istifadə qadağan olundu
Danimarka Təhsil Nazirliyi 2027-2028-ci tədris ilindən etibarən məktəblərdə mobil telefonlardan istifadəyə icazə verilməyəcəyini açıqlayıb. Bunu xarici mediaya istinadən xəbər verir. Qeyd olunub ki, yeni qaydalar yalnız mobil telefonları deyil, internetə çıxışı olan digər şəxsi elektron cihazları d
24.11.2026 234 Türkiyə millisinin keçmiş futbolçusu gözlənilmədən karyerasını dayandırdı
Hollandiya klubunun qanad oyunçusu qərarını orqanizminin səsini dinləmək ehtiyacı ilə izah edib. NEC-ın qanad oyunçusu 29 yaşlı Emre Mor səhhətindəki problemlərə görə peşəkar futbol karyerasını müvəqqəti olaraq dayandırmaq qərarına gəlib. bildirir ki, futbolçu bu barədə "Instagram" səhifəsind
24.11.2026 244 Süni intellekt media bazarını dəyişir: Kim qazanacaq, kim uduzacaq?
Dünya mediasında rəhbərlərin süni intellektə (AI) qarşı etirazları getdikcə artır. Lakin bu etirazların hədəfi düzgün seçilməsə, mübarizənin nəticəsi də uğursuz ola bilər. Media nə satır və süni intellekt nəyi əvəz edə bilmir?. Jurnalistikanın əsas məhsulu xəbər deyil, etimaddır. Oxucu nəşrə pul ödəyərkə
24.11.2026 261 Həyət evi alarkən nəyə diqqət edilməlidir? - AÇIQLAMA
Güclü yağışlar zamanı bir çox həyət evlərinin keyfiyyətsiz tikildiyinin, su ilə dolduğunun şahidi olduq. Bəs həyət evləri alarkən nəyə diqqət etmək lazımdır?. Əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli -a bildirib ki, həyət evi alarkən əsas meyar yalnız evin görünüşü, sahəsi və yerləşdiyi ərazi olmamalıdır
24.11.2026 239 Xəzər dənizi sahildən uzaqlaşır - AÇIQLAMA
Son illər Xəzər dənizində suyun səviyyəsinin azalması və sahil xəttinin geri çəkilməsi ciddi xarakter almağa başlayıb. Dənizin əvvəlki sahil ərazilərindən uzaqlaşması bəzi yerlərdə yüzlərlə metrlik quru məsafənin yaranmasına səbəb olub. Bu proses həm ekoloji tarazlıq, həm də sahilyanı ərazilərin gələcə
24.11.2026 256 "İnformasiya Təhlükəsizliyi" adlı elmi-metodiki tədris vəsaiti hazırlanıb
"İnformasiya Təhlükəsizliyi" adlı elmi-metodiki tədris vəsaiti hazırlanıb. İnformasiya Texnologiyaları üzrə mühəndis, tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev bildirib ki, vəsaitin həmmüəlliflərindən biri olmaq onun elmi-pedaqoj
24.11.2026 239 Şagirdlər ev tapşırıqlarını süni intellektlə edir - AÇIQLAMA
"Şagirdlərin ev tapşırıqlarını süni intellekt vasitəsilə yerinə yetirməsi onların düşünmə qabiliyyətinə və fərdi inkişafına mənfi təsir göstərə bilər". Bunu -a təhsil eksperti Elçin Əfəndi deyib. Elçin Əfəndi hesab edir ki, şagirdlər tapşırıqları mümkün qədər müstəqil şəkildə yerinə yetirməli
24.11.2026 230 Əzbərçilikdən real biliyə: BDU-da qiymətləndirmə dəyişməlidir
Bakı Dövlət Universitetində (BDU) imtahan sisteminin dəyişdirilməsi ilə bağlı müzakirələr ali təhsil müəssisələrində qiymətləndirmə mexanizmlərinin vəziyyətini yenidən gündəmə gətirib. Yeni rektor Məleykə Abbaszadənin fəaliyyətinin ilkin mərhələsində bu istiqamətdə dəyişikliklərə üstünlük verə biləcəy
24.11.2026 268