Yeni Papa bu məşhurlarla qohum imiş - Nəsil ağacı araşdırıldı
Katolik Kilsəsinin yeni ruhani lideri Papa XIV Lev yalnız dini missiyası ilə deyil, şəxsi keçmişi ilə də gündəmdə qalır.
Qaynarinfo xəbər verir ki, aparılmış nəsil ağacı araşdırmasına əsasən, Papa Levin bir sıra tanınmış şəxslərlə qohumluq əlaqəsi olduğu ortaya çıxıb.
"New York Times"ın nəsil ağacı üzrə mütəxəssislərlə birgə keçirdiyi araşdırmada Papa XIV Levin (69 yaş) son 500 ilə aid nəsil əlaqələri tədqiq edilib. Nəticələrə görə, Papa Lev pop musiqi ifaçısı Madonna, aktyor Rayan Qoslinq, siyasətçi Hillari Klinton, Kanadanın sabiq baş naziri Castin Trüdo, kanadalı müğənni Castin Biber və Hollivud ulduzu Ancelina Coli ilə eyni nəsil ağacında yer alır və bu şəxslərlə uzaqdan qohumdur. ABŞ-dan seçilən ilk Papa olan Lev ilə bu məşhurlar arasında qohumluq bağı, 1500-cü illərdə Kanadada yerləşən Kvebek bölgəsində yaşamış fransız əsilli məskun Louis Buşer de Qranpreyə qədər gedib çıxır.
Qara dərili əcdadları da var
Nəsil ağacı üzrə mütəxəssislərinin bildirdiyinə görə, XVI və XVII əsrlərdə Kvebekə köç etmiş məhdud sayda avropalı ailə, nəsillər boyunca həm Kanadada, həm də sonradan Amerika qitəsinin digər bölgələrində genişlənərək vahid bir soy zənciri formalaşdırıblar. Bu soy zənciri nəticəsində XIV Lev bu gün Madonna, Castin Biber, Ancelina Coli, Hillari Klinton və bir çox məşhurla uzaq qohum sayılır.
Bundan əlavə, araşdırmalara əsasən Katolik Kilsəsinin yeni liderinin 17 afroamerikalı əcdadı da müəyyən olunub. Bu əcdadlardan səkkizi kölə sahibi, bir çoxu isə qara dərili olub. Əsl adı Robert Prevost olan XIV Papa Lev 14 sentyabr 1955-ci ildə Çikaqoda Lui Mariüs Prevost və Mildred Martines cütlüyünün övladı kimi dünyaya gəlib. O, 2023-cü ildə kardinal olaraq vəzifəyə başlayıb, 2025-ci ildə isə Papa seçilərək XIV Lev adını alıb.
Madonnadan diqqətçəkən paylaşım
XIV Papa Lev ilə ortaq əcdadı olduğu xəbəri məşhur müğənni Madonnanın (66 yaş) səssizliyini pozmasına səbəb olub. Sənətçi "Instagram" hesabında atası ilə çəkilmiş fotosunu paylaşaraq "Poz ver! Papa ilə qohum imişik!" qeydi ilə izləyicilərinə müraciət edib.
Qeyd edək ki, Madonna 1989-cu ildə ifa etdiyi "Like a Prayer" adlı mahnı və onun erotik video klipi səbəbindən Katolik Kilsəsi tərəfindən boykot olunmuşdu.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 841 Tarix: 19 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDeputat: Vahid məktəbli forması təhsil mühitində bərabərlik və məsuliyyət hissini gücləndirir
Vahid məktəbli forması təhsil mühitində bərabərlik və məsuliyyət hissini gücləndirir. Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Elnarə Akimova bildirib. Məktəb yalnız bilik məkanı deyil. Deputat deyib ki, məktəblərdə vahid geyim tələblərinin müəyyənləşdirilməsi təhsil mühitinin təşkili, şagirdlə
17:17 170 Tramp Hörmüz boğazından daşınan neftin həcmini açıqladı
ABŞ Prezidenti Donald Tramp Fars körfəzindən Hörmüz boğazı vasitəsilə 28 milyon barel neft daşındığını bildirib. "İnterfaks"a istinadən xəbər verir ki, ABŞ lideri bu barədə Kolumb Gününün qeyd olunması ərəfəsində keçirilən tədbirdə çıxışı zamanı danışıb. "Dünən 28 milyon barel daşıdıq"
16:20 171 ABŞ Prezidenti G20 sammitində Meloni ilə görüşə biləcəyini istisna etməyib
ABŞ Prezidenti Donald Tramp dekabrın 14-15-də Florida ştatının Mayami şəhəri yaxınlığında keçiriləcək "Böyük iyirmilik" (G20) sammiti çərçivəsində İtaliyanın Baş naziri Corcia Meloni ilə görüşə biləcəyini istisna etməyib. "Report" xəbər verir ki, ABŞ lideri bu barədə Ağ Evdə jurnalistlər
16:50 173 Türkiyədə dəhşətli qəza: 11 nəfər həlak oldu, 27 yaralı var - Video
Türkiyədə sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində 11 nəfər həlak olub, daha 27 nəfər xəsarət alıb. "Milliyet"ə istinadən xəbər verir ki, hadisə Manisa vilayətinin Akhisar rayonunda qeydə alınıb. Qəza yerinə dərhal təcil
14:42 169 Rəşad Aslanov: Türk dünyasının gələcəyi gənclərin əməkdaşlığından asılıdır
Türk dünyası gənclərinin əməkdaşlığının genişləndirilməsi, təcrübə mübadiləsi və birgə təşəbbüslərin həyata keçirilməsi türk dövlətləri arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. "Report"un yerli bürosunun məlumatına görə, bunu Azərbaycanın Türkiyədək
12:50 155 Məktəblərdə geyim qaydaları ilə bağlı BƏYANAT: "Vətəndaşlarımızı təxribatlara uymamağa dəvət edirik"
Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb. BİG.AZ həmin bəyanatı təqdim edir:. "Son günlər İran və digər xarici ölkələrin internet resurslarında Azərbaycanın nümunəvi dünyəvi dövlətçilik modelini hədəfə alan, ölkəmizdə şəriət prinsiplərinə əsaslanan dövlət quruluşunu
14:50 261 "Barselona"nın baş məşqçisi Yamalı gələcəyin ən yaxşı futbolçusu adlandırıb
"Barselona"nın baş məşqçisi Hans-Diter Flik hesab edir ki, komandanın hücumçusu Lamin Yamal dünyanın ən yaxşı futbolçusu ola bilər, hətta o, artıq bu ada layiqdir. "Report "Mundo Deportivo"ya istinadən xəbər verir ki, almaniyalı mütəxəssis İspaniya çempionatının VII turunda "Xetafe"
16:40 162 15 yaşlı oğullarını öldürüb, bayramlaşmağa getmişdilər - Valideynlərə ömürlük CƏZA
Türkiyənin Adana şəhərində 15 yaşlı oğullarını öldürməkdə təqsirli bilinən ata və ana ömürlük həbs cəzasına məhkum ediliblər. yerli mediaya istinadən xəbər verir ki, hadisə 2024-cü il dekabrın 31-də Adananın Yüreğir rayonunun Geçitli Cumhuriyet məhəlləsində qeydə alınıb. Həmin gün 15 yaşlı Rafet Dinçi
19:10 182 Fransa Niger səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb
Fransa hakimiyyəti respublikadakı Niger səfirliyinin iki əməkdaşını arzuolunmaz şəxs elan edərək, sentyabr ayında onları ölkədən çıxarıb. -ın xəbərinə görə, bu barədə "Le Monde" nəşri Fransa diplomatik mənbəsinə istinadən məlumat verib. Nəşr qeyd edir ki, qovulmuş iki əməkdaş Niger kəşfiyyat
22:15 0