Doğulmaq və ölmək qadağandır: Norveçdəki unikal şəhər haqqında nə bilinir
Yer kürəsində özünəməxsus qanunlara və qəribə qadağalara malik ölkələr çoxdur. Lakin Norveçdə yerləşən bir şəhər var ki, burada nə doğulmaq, nə də ölmək mümkündür - bu da onu dünyada bənzərsiz edir.
Qaynarinfo xəbər verir ki, söhbət Norveçə məxsus Şpisbergen adasında, Arktik okeanında yerləşən və Şimal qütbündən cəmi 1300 kilometr uzaqlıqda olan Lonyir şəhərindən gedir. Bu şəhər təkcə öz mövqeyi ilə deyil, həm də qeyri-adi həyat şərtləri və qanunları ilə fərqlənir.
Unikal iqlim və Şimal işıqları gündüz də görünür
Lonyir planetin yeganə nöqtəsidir ki, burada şimal işıqlarını gündüz saatlarında belə müşahidə etmək mümkündür. Şəhər ətrafında hökm sürən Arktik mənzərə isə onu əsl təbiət möcüzəsinə çevirir.
Burada ölmək olmaz və bunun səbəbi var
Onilliklərdir ki, bu adada insan dəfn etmək qadağandır. Səbəb ərazidəki əbədi donmuş torpaq - permafrostdur. Bu şəraitdə torpağa basdırılan cəsədlər çürümür və illərlə olduğu kimi qalır. Tədqiqatlara görə, bu cür qorunmuş cəsədlər təhlükəli virusları, məsələn, İspan qripi kimi infeksiyaları saxlaya bilər. Bu da potensial epidemiya riski deməkdir.
Bu səbəbdən, ölümcül vəziyyətdə olan şəxslər materikə - Norveçin əsas hissəsinə təxliyə olunur. Beləcə həm tibbi xidmət göstərilir, həm də gigiyenik təhlükələrin qarşısı alınır.
Doğuş da qadağandır
Lonyirdə doğuş da qadağandır. Hamiləliyin son mərhələsində olan qadınlar (36-cı həftədən sonra) materikə göndərilir. Səbəb isə yerli xəstəxanada tam təchizatlı doğum bölməsinin və bu sahədə ixtisaslaşmış mütəxəssislərin olmamasıdır. Arktik iqlim, qütb gecələri və bölgənin izolyasiyası təcili hallarda yardımın çatdırılmasını xeyli çətinləşdirir.
Miyadzima adası ilə müqayisə
Yaponiyanın müqəddəs Miyadzima adasında da doğulmaq və ölmək qadağandır - dini səbəblərə görə. Lakin Lonyirdə bu qadağalar iqlim və tibbi zərurətlə əsaslandırılır. Bu isə şəhəri həm elmi, həm də mədəni baxımdan bənzərsiz edir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 691 Tarix: 29 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMəktəb təbliğatın deyil, elmin və tərbiyənin ünvanıdır
Azərbaycanda məktəblərdə vahid geyim formasının tətbiqi çox düzgün qərardır. Çünki məktəb ilk növbədə elm və təhsil ocağıdır. Burada əsas olan uşaqların geyimi deyil, aldıqları bilik, tərbiyə və gələcəyə necə hazırlanmasıdır. Vahid forma şagirdlər arasında geyimə görə fərqləri azaldır, məktəb mədəniyyətin
10:55 99 ABŞ Rusiyadan dizel yanacağı tədarükünə icazə verdi
ABŞ Rusiyada istehsal olunan dizel yanacağının tədarükünə tətbiq edilən sanksiyaları 2027-ci il aprelin 7-dək müvəqqəti dayandırıb. xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. Nazirliyin "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib ki, ABŞ Prezidenti Donald Trampın göstəriş
11.10.2026 312 2026-cı ilin ilk doqquz ayında velosiped qəzalarında ölənlərin sayı açıqlandı
"Velosipedçilər yol hərəkətinin müdafiəsiz iştirakçılarıdır və velosipeddə sürücünü qəza zamanı qoruya biləcək konstruktiv təhlükəsizlik elementləri olmadığından, toqquşmalar onlar üçün ağır nəticələnə bilər. Bu səbəbdən velosipedçilərin yol hərəkəti qaydalarına əməl etməsi, velosipedlərinin texnik
11.10.2026 277 Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü
Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın eks-prezidenti, hazırda ev dustağı olan Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevə ağır itki üz verib. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, İ.Əliyevin qardaşı, uzun müddət müxtəlif qurumlarda rəhbər vəzifələrdə çalışmış Fikrət Əliye
10:09 144 Bərabər məktəb mühiti uşaqlardan başlayır
"Bir məktəbin uğuru yalnız yüksək qiymətlərlə və əldə edilən nailiyyətlərlə ölçülmür. Məktəbin əsl uğuru həm də şagirdlərin bir-birinə münasibətində, qarşılıqlı hörmətində və fərqlilikləri qəbul etməsində özünü göstərir. Vahid məktəbli forması bu dəyərlərin təşviqinə kömək edə bilən vasitələrdə
11:40 0 Bakıda marketlərdən yoxa çıxan məhsul daha da bahalaşdı
Bakıda marketlərdən yoxa çıxan toyuq filesinə artıq vitrinlərdə yenidən rast gəlməyə başlanılsa da, qiymətin kəllə-çarxa qalxdığı diqqətdən qaçmayıb. -ın əldə etdiyi məlumata görə, məşhur marketlər şəbəkələrindən birində file müştərilərə 10.50 manata təklif olunur. Xatırladaq ki, təxminən iki ay əvvəl
11.10.2026 361 Kiyev sakinlərinə su və qida ehtiyatı toplamaq barədə xəbərdarlıq edilib
Ukraynanın paytaxtı Kiyev sakinlərinə su, qida ehtiyatı toplamaq və fövqəladə hallar üçün portativ batareyaları doldurmaq barədə xəbərdarlıq edilib. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bu barədə şəhər administrasiyası məlumat yayıb. Xəbərdarlıqda bildirilib ki, Rusiya ordusunu
11.10.2026 265 ABŞ ilə Ukrayna təhlükəsizlik zəmanətlərini və Kiyevin Aİ-yə daxil olmasını müzakirə etdilər
Amerika və Ukrayna rəsmiləri, Avropa ölkələrinin nümayəndələrinin iştirakı ilə Mayamidə təhlükəsizlik zəmanətləri, Ukraynanın qışa hazırlığı və müharibədən sonrakı yenidənqurma məsələləri ilə bağlı danışıqlar aparıblar. "Report" xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəs
11.10.2026 311 Avtomobil bazarında yeni tələblər - Bazarda qiymətlər artıracaq?
Avtomobil bazarında yeni mərhələ başlayır. Son illər münasib qiyməti, müasir texnologiyaları və zəngin komplektasiyası ilə alıcıların diqqətini çəkən Çin avtomobillərinin idxalında azalma müşahidə olunur. İndi isə bazarı daha ciddi dəyişikliklər gözləyir. BİG.AZ Xəzər TV-yə istinadən bildirir ki, idxalı
11.10.2026 300