Zeytun yağı ilə bağlı maraqlı kəşf - Qan şəkərinə belə təsir edir
Zeytun yağının qidalanmada istifadəsi ilə bağlı yeni araşdırma maraqlı nəticə ortaya qoyub. Alimlər müəyyən ediblər ki, karbohidrat qəbulundan əvvəl zeytun yağı qəbul etmək yeməkdən sonra qan şəkərinin ilkin yüksəlişini zəiflədə bilər.
BiG.AZ xarici mediaya istinadla xəbər verir ki, Yaponiyanın Kyoto Universitetinin tədqiqatçılarının apardığı araşdırmada yağın karbohidratlardan əvvəl və ya sonra qəbul edilməsinin orqanizmdə qlükoza səviyyəsinə təsiri öyrənilib. Tədqiqatın nəticələri 8 oktyabr 2026-cı ildə Diabetes elmi jurnalında dərc olunub.
Təcrübələr zamanı siçanlara qlükoza verilməzdən 15 dəqiqə əvvəl zeytun yağı təqdim edilib. Nəticələr göstərib ki, bu üsul yeməkdən sonra qan şəkərinin ilkin yüksəlişini azaldıb və mədənin boşalmasını ləngidib. Beləliklə, qlükozanın mədədən bağırsağa keçidi daha yavaş baş verib.
Tədqiqatçılar bu təsirin bir neçə hormonun fəaliyyəti ilə əlaqəli olduğunu müəyyən ediblər. Zeytun yağının karbohidratlardan əvvəl qəbulu qlükozanın tənzimlənməsində iştirak edən GLP-1 və GIP hormonlarının, eləcə də qlükaqonun ifrazına təsir göstərib. Sinir sisteminin həzm prosesində iştirak edən yollarının da bu mexanizmdə rol oynadığı ehtimal edilir.
Maraqlıdır ki, oxşar nəticələr şəkərli diabet modeli yaradılmış siçanlarda da müşahidə olunub. Bununla belə, alimlər əldə edilən nəticələrin insanlarda da eyni təsiri göstərəcəyinin hələ sübut olunmadığını bildirirlər. Bu yanaşmanın qan şəkərinin idarə edilməsində praktik üsul kimi istifadə imkanlarını müəyyənləşdirmək üçün əlavə klinik araşdırmalara ehtiyac var.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 823 Tarix: 12 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş60 yaşlı qadın ərini öldürüb bir həftə onun meyiti ilə yaşadı
Rusiyanın Maqnitoqorsk şəhərində 61 yaşlı ərini öldürməkdə ittiham olunan 60 yaşlı qadın həbs edilib. Rusiya mediasına istinadən xəbər verir ki, hadisə noyabrın 13-də gündüz saatlarında Qryaznov küçəsində yerləşən yaşayış binalarından birində qeydə alınıb. Ər-arvad arasında yaranan mübahisə zamanı qadı
25.11.2026 349 Kəlbəcərin turizm potensialı: təbii sərvətlərdən iqtisadi gücə, dirçəlişdən beynəlxalq turizm məkanına doğru
Kəlbəcərin turizm zonası kimi inkişafı Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi genişmiqyaslı bərpa və quruculuq siyasətinin strateji istiqamətlərindən biridir. Bu qədim diyarın malik olduğu zəngin təbii resurslar, əlverişli dağ iqlimi, mineral su mənbələri, meşələri, çayları, tarixi-mədən
25.11.2026 312 EGE Hospital baş tutmayan əməliyyata görə 6500 manat aldı - Xəstə yaxınlarından şikayət
"EGE Hospital"da əməliyyat üçün ödənilən vəsaitin tibbi prosedur tamamlanmadığı halda geri qaytarılmadığı iddia olunur. -ın redaksiyasına müraciət edən xəstə Maya Qasımovanın yaxınları xəstəxananın xidmətindən narazı olduqlarını bildiriblər. Şikayətçilərin sözlərinə görə, oktyabrın 2-də M.Qasımov
25.11.2026 458 15° şaxta olacaq
Noyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi əsəcək. Havanın temperatur
12:46 71 İlham Əliyev Hikmət Çetinin ailəsinə başsağlığı verdi
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin (TBMM) keçmiş sədri Hikmət Çetinin ailəsinə başsağlığı məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Türkiyə Respublikasının görkəmli dövlət və ictimai-siyasi xadimi Hikmət Çətinin vəfatı xəbəri mən
25.11.2026 353 Özcan Dəniz ifadəsində əmlaklarının sayını açıqladı
Xəbər verdiyimiz kimi, sərbəst buraxılan məşhurlar arasında türkiyəli müğənni Özcan Dəniz də yer alıb. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçının narkotik istintaqı çərçivəsində verdiyi ifadə üzə çıxıb. Məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılan sənətçi ittihamları rədd edib. Təxminə
12:06 149 Samsung smartfonlarında yeniləmədən sonra batareya narahatlığı
Samsung əməliyyat sistemi yeniləməsindən sonra flaqman smartfonlarında yaranan batareya problemi ilə bağlı açıqlama verib. xəbər verir ki, bu barədə Fransanın "Frandroid" nəşri məlumat yayıb. Məlumata görə, Galaxy S24 və S25 seriyalı smartfonların istifadəçiləri Android 17 əsaslı One UI 9 yeniləməsin
11:28 167 "Sabah" - "Barselona" oyununda azarkeş öldü (FOTO)
Bakıda UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçirilən "Sabah" - "Barselona" qarşılaşmasını izləmək üçün Rusiyadan Azərbaycana gələn azarkeş stadionda vəfat edib. BİG.AZ Teleqraf-a istinadla xəbər verir ki, hadisə oyunun ikinci hissəsində Bakı Olimpiya Stadionund
10:23 229 "Sülh körpüsü" - Cənubi Qafqazda yeni siyasi reallıqların ictimai müstəvidə möhkəmləndirilməsi
Azərbaycan və Ermənistan arasında sülh prosesinin hazırkı mərhələsi regionun gələcək siyasi, iqtisadi və təhlükəsizlik arxitekturası baxımından mühüm əhəmiyyət daşıyır. Uzun illər münaqişə və qarşıdurma şəraitində yaşayan Cənubi Qafqaz bu gün yeni münasibətlər sisteminin formalaşması mərhələsinə daxi
12:54 57