Cərrahi əməliyyata gedən qazinin komaya düşməsinin səbəbi AÇIQLANDI
Vətən müharibəsinin iştirakçısı Sübhan Hüseynov ötən ay kista diaqnozu ilə Ucar Rayon Mərkəzi Xəstəxanasına əməliyyat üçün müraciət etdikdən sonra komaya düşüb.
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 1999-cu il təvəllüdlü (kişi cinsli) şəxs aprelin 14-də pilonidal kista diaqnozu ilə əməliyyat üçün Ucar Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə müraciət edib.
Qeyd edilib ki, pasiyent müayinə olunub və onun əməliyyat anesteziyası üçün əks göstəriş aşkarlanmayıb:
"Əməliyyat zamanı pasiyent ümumi endotraxeal narkoz altında intubasiya olunduqdan sonra tənəffüs göstəriciləri itib, nəbz qeydə alınmayıb. Bu səbəbdən dərhal reanimasiya tədbirlərinə başlanılıb. Süni ventilyasiya və medikamentoz müalicə fonunda reanimasiya tədbirləri davam etdirilib və mərkəzi damarlar üzərində nəbz bərpa olunub, hemodinamik göstəricilər kardiomonitorda stabilləşib".
Məlumatda əlavə olunub ki, xəstənin vəziyyətinin ağır olması nəzərə alınaraq əməliyyatın icrası təxirə salınıb:
"Həyati vacib orqanların funksiyalarının bərpası və stabilləşməsinə yönələn tədbirlər həyata keçirilib. Bəbəklər normal genişlikdə, işığa qarşı reaksiyası saxlanılıb. Xəstənin kliniki ölüm keçirməsini nəzərə alaraq süni ventilyasiya aparatında saxlanılması və reanimasiya şöbəsinə köçürülməsi qərara alınıb. Xəstə aprelin 17-dək Ucar Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində müalicə alıb və həmin tarixdə valideynlərinin təkidi və tələbi ilə Bakıda yerləşən özəl tibb müəssisələrindən birinə köçürülüb".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 673 Tarix: 17 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşÜçüncü Dünya Müharibəsi təhlükəsi nə qədər realdır? - POLİTOLOQDAN AÇIQLAMA
Son illər dünyanın müxtəlif bölgələrində baş verən silahlı münaqişələr, böyük dövlətlər arasında artan gərginlik və nüvə silahı ilə bağlı səslənən bəyanatlar qlobal təhlükəsizliklə bağlı narahatlıqları daha da artırıb. Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə davam edən qarşıdurmalar və Asiya-Sakit okea
09.07.2026 257 Rusiyanın zərbələri nəticəsində Xarkov və Zaporojye vilayətlərində 58 nəfər yaralanıb
Ötən sutka ərzində Rusiya Silahlı Qüvvələrinin zərbələri nəticəsində Xarkovda üç nəfər ölüb, 50 nəfər xəsarət alıb. "Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat verib. "Zərbələr nəticəsində üç nəfə
09.07.2026 168 SON DƏQİQƏ! ABŞ İranı şiddətli şəkildə bombalayır
ABŞ İrana qarşı yeni hava əməliyyatına başlayıb. BİG.AZ CNN-ə istinadən xəbər verirki, ABŞ hərbi qüvvələri İran ərazisində bir sıra hədəflərə hava zərbələri endirir. Bildirilir ki, hücumlar əsasən Buşəhr, Bəndər-Abbas, Çabahar və Cask istiqamətlərini əhatə edir. Məlumatlara görə, İran tərəfi hücumla
09.07.2026 185 Trampın açıqlaması Avropanı hərəkətə keçirdi
ABŞ Prezidenti Donald Trampın İranla atəşkəsin başa çatdığını bəyan etməsi Avropa ölkələrinin Vaşinqtondan hərbi asılılığı azaltmaq istəyini daha da gücləndirib. xəbər verir ki, bu barədə Politico nəşri Avropa rəsmilərinə istinadən məlumat yayıb. "İran və Ukraynada baş verən hadisələrdən sonra il
09.07.2026 230 "Real" komandanın liderlərindən biri ilə müqaviləni uzadacaq
"Real" Fransa millisinin yarımmüdafiəçisi Orelen Tçuameni ilə yeni müqaviləni razılaşdırıb. -ın xarici mediaya istinadən məlumatına görə, yeni müqavilə 2031-ci ilin yayına qədər qüvvədə olacaq. Fransalı yarımmüdafiəçinin hazırkı müqaviləsi 2028-ci ildə başa çatır. İddia edilir ki, yeni müqaviləy
09.07.2026 187 "Ailə oturur, uşaqlar alır telefonu..."
"Bilmirəm, siz fikir verirsiniz, ya yox. Biz son zamanlar tez-tez müşahidə edirik. Ailə oturur, uşaqlar əllərinə alır telefonu onunla məşğul olur. Nə bir-birlərinə kitab tövsiyə edir, nə də söhbətlər edirlər". "Qafqazinfo" xəbər verir ki, bunu Milli Məclisin Xarici müdaxilələrə v
09.07.2026 297 Etnanın tarixdə ən dağıdıcı püskürmələri: Onlar yenidən baş verə bilərmi?
Siciliya adasında yerləşən Etna vulkanı Avropanın ən hündür və ən fəal vulkanlarından biri hesab olunur. Alimlər son 2 500 il ərzində onun yüzlərlə püskürməsini qeydə alıblar. Onların əksəriyyəti nisbətən zəif olsa da, bəzi püskürmələr bölgənin tarixində ciddi iz buraxaraq şəhərləri, əkin sahələrin
09.07.2026 139 Bu meyvə şirələrində rəngləndiricilər tapıldı
Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması məqsədilə satış obyektlərində satışa çıxarılan meyvə şirəsi və nektar məhsulları üzrə nəzarət tədbirləri həyata keçirib. AQTA-dan -a bildirilib ki, monitorinq çərçivəsində 16 istehsalçı müəssisəyə məxsus 17 məhsulda
09.07.2026 206 Sərvət cəlb edəcək pul ağacını hara yerləşdirməli?
Bir çox insan pul ağacını sadəcə dekorativ bitki hesab etsə də, Feng-şui fəlsəfəsinə görə onun yerləşdirildiyi məkan ən azı bitkinin özü qədər önəmlidir. Mütəxəssislər bildirirlər ki, düzgün yerdə saxlanılan pul ağacı evdə bolluq və rifah enerjisini gücləndirə bilər. xarici mediaya istinadla xəbər veri
09.07.2026 236