İnsult riskini artıran vərdişlər
"Beyin insultu – bu, beyin qan dövranının pozulması nəticəsində yaranan təhlükəli və kəskin bir haldır. Bu vəziyyət müxtəlif növ nevroloji əlamətlərə, hətta ölümə səbəb ola bilər".
Ölkə.az xəbər verir ki, bunu rusiyalı həkim Olqa Zintseva deyib.
Həkimin sözlərinə görə, insult iki növdə olur. Ən geniş yayılmışı işemik insultdur: "Bu, damar tıxanması nəticəsində yaranır və beyin toxumalarının oksigen çatışmazlığı səbəbindən qidalanmamasına, nəticədə isə beyin hüceyrələrinin ölümünə, yəni beyin işemiyasına səbəb olur. İşemiya sahəsi nə qədər böyükdürsə, bir o qədər çox beyin sahəsi zərər görür və insanın funksiyaları pozulur. Digər növ isə hemorragik insultdur. Bu, damar partlaması nəticəsində beyinə qan sızması ilə baş verir. Bu növ daha təhlükəli və sürətli inkişaf edir.
İndi isə insultun yaranmasına səbəb olan amillərdən danışaq. İlk olaraq riskin artmasına səbəb olan xəstəliklərdən bəhs etmək lazımdır. Xüsusilə də düzgün qidalanmama nəticəsində yaranan ateroskleroz — yağlı, qızardılmış yeməklər və 'zərərli' xolesterin bu prosesi sürətləndirir.
Bundan əlavə, şəkərli diabet xəstəliyi zamanı da risk artır, çünki bu xəstələrdə damar divarları daha nazik olur və asanlıqla zədələnə bilir. Arterial hipertenziyadan (yüksək qan təzyiqi) əziyyət çəkənlər də xüsusilə diqqətli olmalıdırlar, çünki yüksək təzyiq damar divarlarına əlavə yük yaradır və bu da onların zədələnməsinə səbəb ola bilər".
Onun sözlərinə görə, digər risk amilləri arasında azhərəkətli həyat tərzi, zərərli vərdişlər (siqaret çəkmək, alkoqoldan sui-istifadə), bəzi dərman vasitələrinin qəbulu da var:
"Məsələn, antikoaqulyantların qəbulu qan laxtalanmasını azaldır. Bu da damar zədələnməsi halında qanaxmaya səbəb ola bilər. Kontraseptivlər isə laxtalanmanı artırdığı üçün tromb əmələ gəlməsinə səbəb ola bilər".
Bundan əlavə, mütəxəssisin sözlərinə görə, bu xəstəliyin inkişafında irsi faktorun da mühüm rolu var. Lakin bu gün genetik analizlərin köməyi ilə insult riskini qiymətləndirmək və zərurət olduqda fərdi profilaktika planı hazırlamaq mümkündür.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşXərçəngə qarşı fərdiləşdirilmiş vaksinlərdə mühüm irəliləyiş
"Moderna" və "Merck" tərəfindən hazırlanan fərdiləşdirilmiş mRNA xərçəng vaksini yüksək riskli melanoma xəstələri üzərində aparılan son mərhələ klinik sınaqda müsbət nəticə göstərib. xəbər verir ki, vaksin "Merck"in Keytruda immunoterapiyası ilə birlikdə istifadə olunu
23.08.2026 265 Süzmə, yoxsa pətək balı? - Bunu alın
Bal alarkən bir çox insan süzmə və pətək balı arasında seçim etməkdə çətinlik çəkir. Görünüşləri fərqli olsa da, onların əsas qida dəyəri bir-birinə yaxındır. Pətək balı arıların hazırladığı mum hüceyrələrində saxlanılır və pətəkdən ayrılmadan satışa çıxarılır. Süzmə bal isə həmin pətəklərdən santrifü
22.08.2026 335 Dabanınız çatlayırsa, bunu edin
Daban çatlaması həm estetik, həm də tibbi baxımdan narahatlıq yaradan geniş yayılmış dəri problemidir. Əksər hallarda dərinin quruması ilə başlasa da, vaxtında qulluq edilmədikdə ağrı, qanama və infeksiya riski yarada bilər. Axşam.az xəbər verir ki, xüsusilə uzun müddət ayaq üstə qalan, açıq ayaqqab
23.08.2026 455 İnfarkt zamanı nə etməli? - Professor vacib məqamları açıqladı
Ürək-damar xəstəlikləri uzun illərdir dünya üzrə ölüm səbəbləri arasında 13 faizlə ilk sırada yer alır. Ümumdünya Səhiyyə Təşkilatının son məlumatlarına görə, hər il 9 milyon insan işemik ürək xəstəlikləri səbəbilə həyatını itirir və bu göstərici gündən-günə artır. Qaynarinfo xəbər verir ki, ürək v
02.09.2026 415 Saç tökülməsinə qarşı faydalı çərəz məlum oldu
"Zülal baxımından ən zəngin çərəz yerfındığıdır". Ölkə.az "Good Hauskeeping"ə istinadla xəbər verir ki, bu barədə diyetoloq Anita Mirçandani danışıb. Mütəxəssisin sözlərinə görə, botanika baxımından yerfındığı çərəz deyil, paxlalılar fəsiləsinə aid olsa da, tez-tez çərəz qarışıqların
03.09.2026 373 Yod çatışmazlığı təhlükəlidir
Yod tiroid hormonunun istehsalı üçün vacib bir elementdir. Həm çatışmazlıq, həm də artıqlıq orqanizm üçün ciddi təhlükədir. Axşam.az xəbər verir ki, yod daha çox cod, ton balığı və süd, qatıq və pendir kimi süd məhsullarında olur. Yod çatışmazlığının orqanizmə verdiyi zərərlər isə təhlükəlidir. Yod təbiətd
30.08.2026 303 Dişləri saraldan qidalar açıqlandı: Siyahıda gözlənilməz məhsullar var
Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -ın xəbərinə görə, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb. Karla Fornasın sözlərinə görə, qəhvə, çay və tütün adətən dişlərin ağlığını itirməsini
23.08.2026 313 Çia toxumu faydalıdır, yoxsa ziyan?
Son illərdə sağlam qidalanmanın məşhur məhsullarından birinə çevrilən çia toxumu lif, zülal, omeqa-3 yağ turşuları, kalsium, maqnezium və digər faydalı qida maddələri ilə zəngindir. BİG.AZ xəbər verir ki, bu səbəbdən onu salatlara, yoqurta, smuzilərə və müxtəlif səhər yeməklərinə əlavə edirlər. Bəs çi
18.08.2026 513 Axşam saat 6-dan sonra yemək sağlamlığa zərərlidir: Mif, yoxsa həqiqət?
Dünyada milyonlarla insan axşam saat 6-dan sonra yeməyin artıq çəkiyə səbəb olub-olmadığını düşünür. Bu məsələ xüsusilə gec saatlara qədər işləyən insanlar üçün aktualdır. Qaynarinfo xəbər verir ki, bəziləri orqanizmə zərər vermək qorxusundan acqarına yatmağa üstünlük verir. Lakin alimlər bildirirlə
24.08.2026 511