Rusiyada küçə heyvanlarını yemləmək qadağan edilə bilər
Rusiyada küçə heyvanlarını yemləmək, həmçinin onların tutulmasına mane olmaq və evdə gizlətmək qadağan edilə bilər.
"Qafqazinfo" "RBK"ya istinadən xəbər verir ki, bu müddəalar Rusiya Dövlət Dumasının deputatları tərəfindən hazırlanan qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, küçələrdən tutulan sahibsiz heyvanlar insanlara, onların əmlaklarına, habelə digər heyvanlara zərər vurduqda və ya zərər vurma təhlükəsi yaratdıqda onların sığınacaqda evtanaziyasına icazə verilməsi təklif edilir. Hazırda qüvvədə olan "Heyvanlarla məsuliyyətli rəftar haqqında" Federal Qanuna görə isə sığınacaqlardakı sahibsiz heyvanlar yalnız onların dözülməz fiziki ağrılarını dayandırmaq üçün evtanaziya edilə bilər.
Layihədə qeyd olunur ki, əgər heyvanın boynunda sahibi haqqında məlumat olan birka varsa, ancaq müəyyən edilmiş müddət ərzində müvafiq müraciət əsasında o, sahibinə təhvil verilə bilər. Digər dəyişiklikdə müəyyən edilib ki, heyvanın sahibi itkin düşdüyü gündən sonra üç gün ərzində itki ilə bağlı məlumat verməlidir, əks halda həmin şəxs heyvanı küçəyə atmış hesab olunacaq. Nəhayət, layihə evsiz heyvanların müvəqqəti saxlama yerlərindən və sığınacaqlardan kənarda saxlanılmasını qadağan edir.
Deputatlar, həmçinin İnzibati Xətalar Məcəlləsinə sahibsiz heyvanların tutulmasının qarşısının alınmasına görə cərimələri nəzərdə tutan əlavələr hazırlayıblar. Ərazilərində sahibsiz heyvan göründükdə ovlama xidmətinə müraciət etməyən hüquqi şəxslər üçün ayrıca cərimənin tətbiqi təklif edilir.
Səs-küylü qanun layihəsi fevralın 28-də Dövlət Dumasına təqdim edilib. Mənbənin məlumatına görə, sözgedən layihənin hazırlanmasına səbəb bir müddət əvvəl Soçidə iki itin 9 yaşlı uşağa hücum edərək onun üzünü parçalamasıdır. Lakin təklif olunan qanun layihəsi Rusiyanın bəzi şəhərlərində heyvansevərlərin hiddətinə səbəb olub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 915 Tarix: 25 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşNəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO
Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey
18.09.2021 831 Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı
Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd
18.09.2021 995 Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR
Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:
18.09.2021 888 Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO
Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi
18.09.2021 4608 Pelenin səhhəti yenidən pisləşib
Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind
17.09.2021 585 Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...
Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır
18.09.2021 1109 "Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ
Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində
17.09.2021 2788 Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb
Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl
18.09.2021 914 Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində
18.09.2021 254