Rusiya və ABŞ arasında tam barışıq mümkündür?

Rusiya və ABŞ arasında tam barışıq mümkündür?Fevral ayında Rusiya və ABŞ arasında Səudiyyə Ərəbistanında başlayan ilk danışıqlar dünən - martın 25-də davam edib və ilkin açıqlamalara görə, danışıqlar müsbət yekunlaşıb.

Bu baxımdan, Rusiya və ABŞ-nin barışması, real və uzunmüddətli olarsa, dünya düzəninə ciddi təsir göstərə biləcəyi istisna deyil. Nəzərə alsaq ki, tarix boyu bu iki dövlətin münasibətləri beynəlxalq siyasətə yön verib və onların rəqabəti nəticəsində dünyanın müxtəlif bölgələrində gərginliklər, müharibələr və siyasi böhranlar yaşanıb, deməli, bu iki supergüc qarşıdurmadan imtina edib əməkdaşlığa keçsə, bunun bir neçə mühüm nəticəsi ola bilər.

Qlobal sülh və təhlükəsizlik

Belə ki, həm Rusiya-Ukrayna müharibəsi, həm Yaxın Şərq böhranı və digər gərginliklərdə Rusiya və ABŞ fərqli mövqelər tutub. Əgər onlar bir növ kompromis tapsalar, bu cür münaqişələrin həlli asanlaşa bilər ki, bu da münasibətlərin yumşalması ilə nəticələnə bilər. Digər məsələ, silahlanma yarışının dayandırılması ilə bağlıdır. Xüsusən də strateji nüvə silahları sazişləri yenilənərsə və hər iki tərəf silahlanmanı azaltmağa razılaşarsa, dünya daha təhlükəsiz olar. Bununla yanaşı, ikiqütblü sistemdən çoxtərəfli sistemə keçid də müzakirə mövzusudur. Əgər Rusiya və ABŞ düşmənçiliyi dayandırsa, dünya təkcə iki supergücün rəqabətindən asılı olmayacaq, digər ölkə və güclər də beynəlxalq siyasətdə daha balanslı rol oynaya biləcək. Çünki məhz ABŞ və Rusiya rəqabəti digər ölkə və təşkilatları istər-istəməz onların yanında yer alıb qarşıdurmalarda iştirak etməyə vadar edib. Həmçinin beynəlxalq təşkilatların güclənməsi də mümkün görünür ki, hazırda onların çoxu böyük dövlətlərin maraqlarına görə məhdud fəaliyyət göstərir.

İqtisadi və texnoloji İnkişaf

ABŞ və Rusiya arasındakı iqtisadi müharibə dünya bazarlarına mənfi təsir edir. Bu sanksiyalar qaldırılsa, enerji bazarında sabitlik yaranar, yeni ticarət yolları açıla bilər. Nəticə etibarı ilə elmi və texnoloji əməkdaşlıq sahələrində də birgə layihələr həyata keçirilə bilər. Beləliklə, soyuq müharibənin bitməsi ilə uzun illərdir davam edən qarşıdurmanın həlli gələcək nəsillər üçün sülh mədəniyyətini gücləndirə bilər ki, bu da dünya siyasətində yeni era deməkdir. Yəni əgər Rusiya və ABŞ uzunmüddətli sülh əldə edərsə, bu, dünya tarixində bəlkə də ilk dəfə belə böyük güclərin dinc yanaşı yaşaması nümunəsi ola bilər.

Sülh nə qədər mümkündür?

Reallıqda ABŞ və Rusiya arasında barışıq qısa müddətdə çətin görünür. Hər iki tərəfin strateji maraqları, siyasi sistemlərinin fərqliliyi və tarixi qarşıdurmaları bunu çətinləşdirir. Lakin kompromislərin tapılması və əməkdaşlıq imkanlarının artırılması qlobal stabillik üçün həyati əhəmiyyət daşıyır. Rusiya postsovet məkanında təsirini qorumağa çalışır, ABŞ isə bu bölgələrdə demokratik prosesləri dəstəkləyir. Ukrayna böhranı bunun ən bariz nümunəsidir. Rusiya NATO-nun genişlənməsini öz təhlükəsizliyinə təhdid kimi görür, ABŞ isə bu prosesin davam etməsində maraqlıdır. ABŞ demokratiya və insan haqlarını xarici siyasətində əsas prinsip kimi göstərir. Rusiya isə bu siyasəti daxili işlərinə müdaxilə kimi qəbul edir. Avropa ölkələri Rusiyaya qarşı sanksiyalar və iqtisadi təzyiqlər vasitəsilə onun təsirini məhdudlaşdırmaq istəyir. Məsələnin əsas tərəfi budur ki, bütün bunlar ABŞ-nin ənənəvi qlobalist siyasəti olub. Sadəcə Donald Tramp bu yanaşmanı alt-üst edib. Yəni o, Ukrayna böhranında Kiyev administrasiyasını dəstəkləmir, NATO-nun mövcud olub-olmamasına əhəmiyyət vermir, Avropanı da Vaşinqton üçün əlavə yük hesab edir. Bu isə Moskvanın əlini gücləndirir və münasibətlərdəki gərginliyi aradan qaldırmağa zəmin yaradır. Bir şərtlə ki, Rusiya da bəzi məsələlərdə güzəştə getsin. Çünki ABŞ və Rusiya arasındakı qarşıdurma təkcə siyasi və iqtisadi deyil, həm də psixoloji və ideoloji köklərə malikdir. İllərlə formalaşmış bu düşmənçilik hissini aradan qaldırmaq elə də asan deyil. Nümunə kimi keçmişdə əldə olunan razılaşmaların zaman-zaman pozulması ilə tərəflərin bir-birinə inamlarının itməsini göstərmək olar. Nəticə olaraq ABŞ və Rusiya arasında barışıq mümkün olsa da, çox çətindir. Bu baxımdan, münasibətləri nomallaşdırmaq üçün ən azından ümumbəşəri problemləri həll etmək yolunda müəyyən kompromislərə gedilə bilər. Yəni silah nəzarəti, iqlim dəyişikliyi və terrorizmə qarşı mübarizə kimi sahələrdə əməkdaşlıq mümkündür. Lakin uzunmüddətli strateji barış üçün hər iki tərəf fundamental siyasət dəyişikliyi etməlidir. Bu baxımdan, tərəflər arasında indiki mərhələdə gərginliyin tamamilə bitməsi yox, yalnız müəyyən dərəcədə azaldılması daha realdır. Üstəlik, nəzərə asaq ki, yumşalma prosesini başladan Trampın bu, sonuncu prezidentliyidir, proseslərin yeni dövrdə necə cərəyan edəcəyi də sual doğurur.

ABŞ və Rusiya dünyanı bir çətir altında idarə edə bilər?

Rusiya və ABŞ arasında tam barışıq mümkündür?Dünyanın iki supergüc tərəfindən idarə edilməsi üçün qlobal əməkdaşlıq modeli qurulmalıdır. Yəni ABŞ və Rusiya dünya siyasətini birgə yönləndirməyi qəbul etməli, geosiyasi maraqlarını koordinasiya etməli, dünya ölkələri də buna razı olmalıdır. Lakin tərəflər fərqli dönəmlərdə əməkdaşlıq etməyə çalışıb, amma uzunmüddətli alınmayıb. Belə ki, İkinci Dünya müharibəsində Nasist Almaniyasına qarşı müttəfiq oldular, amma müharibədən sonra "Soyuq müharibə" başladı. SSRİ dağılandan sonra ABŞ və Rusiya əməkdaşlığa yaxın idi, amma NATO-nun genişlənməsi və Rusiyanın daxili problemləri bu prosesi pozdu. Bu nümunələr göstərir ki, ABŞ və Rusiya dünyanı birlikdə idarə edə bilməz. Bu iki ölkənin bəzi məsələlərdə əməkdaşlıq etməsi mümkündür, amma tam hegemonluq modeli real deyil. Hazırkı geosiyasi vəziyyət isə göstərir ki, dünya çoxqütblü sistemə doğru gedir və heç bir dövlət tam dominantlıq edilə bilməz.

Mərahim Nəsib


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 768   Tarix: 25 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda deputatın qardaşına HÖKM OXUNDU

"QHT işi" üzrə ittiham olunanlardan biri, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən İqtisadi Tədqiqatlar Mərkəzi İctimai Birliyinin Mərkəzi İdarə Heyətinin sədri, iqtisadçı Qalib Bayramovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib. "Yeni Sabah" -

09.09.2026 230
.

Ana qolları olmadığı üçün körpəsindən imtina etdi

Bakının Sabunçu rayonunda yerləşən tibb müəssisələrinin birində anadangəlmə yuxarı ətrafları (qolları) olmayan körpə dünyaya gəlib. "Unikal"a istinadən xəbər verir ki, doğuşdan sonra körpənin anası övladından rəsmi şəkildə imtina edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind

09.09.2026 410
.

"Bu hadisə milyonda bir belə olmur, şokdayıq" - "Şəki yaylası"nın direktoru

Ötən gün "Şəki yaylası" istirahət mərkəzində kanatın qırılması nəticəsində baş verən ölüm hadisəsi ilə bağlı mərkəzin direktoru Abbasət Məhərrəmov açıqlama verib. "Qafqazinfo" xəbər verir ki, direktor "Shimal.News"a danışarkən hadisənin şokunda olduğunu bildirib. "B

09.09.2026 338
.

Rusiya dronları Ukrayna-Moldova sərhəd keçid məntəqəsində iki nəfəri öldürüb

Ukrayna hakimiyyəti çərşənbə günü bildirib ki, Rusiya dronları Ukrayna ilə Moldova arasında cənubi Odessa bölgəsindəki sərhəd keçid məntəqəsini vurub, iki nəfərin ölümünə səbəb olub və gecə ölkənin paytaxtı Kiyevə hücum edib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, qubernator Oleh Kiper Telegram-d

09.09.2026 225
.

Vuçiç parlamenti buraxdı - Növbədənkənar seçkilər olacaq

Serbiya Prezidenti Aleksandr Vuçiç ölkənin parlamenti - Xalq Skupşinasının buraxılması ilə bağlı Fərman imzalayıb. "Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, ölkədə növbədənkənar parlament seçkiləri oktyabrın 25-nə təyin edilib. Xalqa müraciət edən Vuçiçin sözlərinə görə, ölkədək

09.09.2026 198
.

"Əmanətə Sədaqət" layihəsi çərçivəsində şəhid övladları üçün Bilik Günü tədbiri keçirilib

"Azərlotereya" ASC və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən "Əmanətə Sədaqət" layihəsi çərçivəsində bu il ali təhsil müəssisələrinə qəbul olunan şəhid ailə üzvləri üçün Bilik Gününə həs

09.09.2026 214
.

Yaxın günlərdə Coşqunun toyu olacaqmış...

Dünən "Şəki yaylası"nda istirahət-əyləncə mərkəzindəki faciəvi hadisədə həlak olan 31 yaşlı Coşqun Məmmədov Vətən müharibəsi iştirakçısı imiş. "Qafqazinfo" xəbər verir ki, "zipline" xəttində baş vermiş hadisədə həyatını itirən gəncin yaxınları sosial şəbəkədə onun nişanl

09.09.2026 407
.

Sabah bu ərazilərdə qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. BİG.AZ xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə ki, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Yasamal rayonunun M. İbrahimov, L.Tolstoy, B. Səfəroğlu, D. Əliyeva, H. Aslanov, Ə. Quliyev, İ. Səfərli

09.09.2026 298
.

Aİ-dən Ukraynaya kritik dəstək - 3,2 milyard avro ayırıb

Avropa İttifaqı Ukraynanın "Patriot" hava hücumundan müdafiə sistemləri üçün raket almasını maliyyələşdirmək məqsədilə 3,2 milyard avro vəsait ayırıb. Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirib ki, bu dəstək Ukraynanın hava məkanını Rusiyanın hücumlarından daha effektiv qorumasın

09.09.2026 207
.