Uşaqları və valideynləri birləşdirən GİZLİ DİL
Bəzi ifadələrin, göründüyü qədər günahsız olmasına baxmayaraq, uşaqlarda qəzəb və ya göz yaşlarına səbəb olduğunu hiss etmisinizmi?
Məsələn, "Niyə yenə üç aldın?" və ya "Bax, Maşa necə yaxşı davranır!" kimi cümlələr uşağı motivasiya etmir, əksinə, onu valideynlərindən uzaqlaşdırır. Bəs uşağın qapanmasının qarşısını necə almaq və onun sizə güvənməsini necə təmin etmək olar?
Lent.az xarici mediaya istinadla bütün bu suallara cavabları təqdim edir:
Məsələ ondadır ki, böyüklər çox vaxt uşaqla avtoritet mövqeyindən, yəni hökmranlıq edərək danışırlar. Uşaq bu təzyiqi hiss edir və ya üsyan edir, ya da özünə qapanır.
Ünsiyyəti daha effektiv etməyin yolları
İttiham yerinə suallar verin
"Sən niyə oyuncaqları yığmadın?" demək əvəzinə, "Səncə, konstruktiv harada daha yaxşı dursa? Birlikdə bir qutu alaq?" deyə soruşun.
Bu yanaşma uşağın fikirlərinə hörmət etdiyinizi göstərir və konfliktin qarşısını alaraq problemi birlikdə həll etməyə imkan yaradır.
Davranışı yox, hisslərinizi ifadə edin
"Sən yenə zəng etmədin!" əvəzinə, "Gecikəndə narahat oluram" deyin.
Bu, uşağa tənqid hiss etdirmədən onun davranışlarının başqalarına necə təsir etdiyini anlamağa kömək edər.
Bədən dilinə diqqət yetirin
Uşağınızı qucaqlayın, hətta yeniyetmə olsa belə. Onun problemləri haqqında danışarkən göz təmasını qoruyun. Bəzən sadəcə dinləmək, uzun-uzadı nəsihət verməkdən daha təsirli olur.
Diqqətlə qulaq asın
Uşağınızı heç vaxt yarımçıq kəsməyin. Onun danışdığı əhəmiyyətsiz görünsə belə, bu onun üçün mühüm ola bilər. Valideynin reaksiyası uşağa onun duyğularına və düşüncələrinə hörmətlə yanaşıldığını hiss etdirir.
Nəticə: Əgər uşaq xırda şeyləri belə sizinlə bölüşməkdən çəkinmirsə, zaman keçdikcə o, ən böyük qorxularını və arzularını da sizə etibar edəcək.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 836 Tarix: 25 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Kurtlar Vadisi"nin Çakırı toyda kisənin ağzını açdı: gəlinə görün nə hədiyyə etdi
Türkiyənin məşhur aktyoru Oktay Kaynarca qatıldığı toy mərasimində bahalı hədiyyəsi ilə diqqət mərkəzinə düşüb. Türkiyə mediasına istinadən xəbər verir ki, aktyor Mersin şəhərində kirvəsi və yaxın ailə dostu Ali Topçunun oğlu Süleyman Topçunun toyunda iştirak edib. İstanbulda vəkil kimi fəaliyyət göstərə
18:45 222 Millətlər Liqasının tarixini yenidən yazdı: Dyökereş Ronaldonu keçdi
İsveç millisini hücumçusu ardıcıl səkkizinci oyununda qol vuraraq Millətlər Liqasında unikal rekorda imza atıb. Noyabrın 14-də İsveç Millətlər Liqasının beşinci turunda Bosniya və Herseqovinanı 3-2 hesabı ilə məğlub edib. -ın xəbərinə görə, Viktor Dyökereş iki penaltini - biri 11-ci dəqiqədə, digər
19:45 161 Cənubi Qafqazın ən böyük siyasi partiyası
Müstəqil Azərbaycanın memarı və qurucusu Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 35 il bundan əvvəl yaradılan Yeni Azərbaycan Partiyası şərəfli bir yol keçib, milli ideyalara sadiqliyini daim sübuta yetirib. Ölkəmizin siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının yaranmas
12:53 249 Azərbaycanın güclənən beynəlxalq mövqeyi və yeni strateji tərəfdaşlıq
Avropanın siyasi mərkəzində keçirilən görüşlər Azərbaycanın regional və beynəlxalq proseslərdə artan rolunu, strateji tərəfdaşlıq imkanlarını və sülh gündəliyini bir daha diqqət mərkəzinə gətirdi. 2026-cı il noyabrın 12-13-də İrlandiyanın paytaxtı Dublində keçirilən 9-cu Avropa Siyasi Birliyi Sammit
14:58 293 Prezidentdən Xəzər dənizi ilə bağlı - Fərman
Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsinin sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında Azərbaycan Prezidenti İlham Əliyev Fərman imzalayıb. "Qafqazinfo" xəbər verir ki, Fərmana əsasən, Xəzər dənizinin (gölünün) Azərbaycana mənsu
16:59 271 Telefonun qutusunu atmayın - oğurluq və satış zamanı lazım ola bilər
Yeni telefon aldıqdan sonra bir çox insan onun qutusunu dərhal atır və ya şkafa qoyur. Halbuki orijinal qablaşdırma telefon itdikdə və ya oğurlandıqda, cihazı qaytarmaq və sonradan satmaq istəyəndə işə yaraya bilər. xarici mediaya istinadən xəbər verir ki, telefon itdikdə və ya oğurlandıqda cihazın IME
18:30 192 "Boranı" restoranında tək yeyib-içmək olmaz? - Video
Sosial şəbəkələrdə "Boranı" restoranlar şəbəkəsi ilə bağlı şikayət yayılıb. xəbər verir ki, şikayətçinin iddiasına görə, restoranın "Neftçilər" metrosu yaxınlığında yerləşən filialına tək daxil olmaq istəyən müştəriyə icazə verilməyib. Ona bildirilib ki, yalnız 3-4 nəfərlə gəldikd
16:28 296 Məşhur salonlar şəbəkəsinin rəhbəri ilə bağlı məhkəmədən qərar
"Beautytime" salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyevanın təqsirləndirilən şəxs qismində cəlb olunduğu işlərdən biri yekunlaşıb. "Unikal"a istinadən xəbər verir ki, xüsusi ittihamçı Röyal Masiyevin şikayəti əsasında Könül Həmzəyevanın Cinayət Məcəlləsinin 147.2-ci (ağır cinayə
21:47 0 Direktorların işə qəbul nəticələri - Açıqlandı
2026-cı ildə keçirilmiş direktorların işə qəbulu müsabiqəsinin nəticələri elan edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb. Bildirilib ki, müsabiqədə müəyyən edilmiş tələblərə cavab verən 463 nəfər uğur qazanıb. Namizədlərin müsabiqə nəticələri barədə məlumatlar onları
21:11 99