Tiktoker Ləman söyüşlərə görə cəzalandırıldı: Baldızı intihara cəhd edibmiş

Tiktoker Ləman söyüşlərə görə cəzalandırıldı: Baldızı intihara cəhd edibmiş"TikTok"da təhqiredici ifadələri, çıxışları ilə gündəm olan Ləman Vəliyeva keçmiş baldızının şikayəti əsasında cəzalandırılıb. Məlum olub ki, baldızı onun böhtanlarından bezərək intihara cəhd də edibmiş.

Oxu.Az Musavat.com-a istinadən xəbər verir ki, Ləman Vəliyevadan şikayətçi olan keçmiş baldızı Turə Nuriyevadır.

Ləman Vəliyeva həyat yoldaşından ayrıldıqdan sonra "TikTok" sosial şəbəkəsində əri, qayınanası və baldızı haqqında təhqiredici paylaşımlar edib. Əsas da baldızı Turə Nuriyeva barəsində təhqiredici paylaşımlar edib, onu onkoloji xəstə olmasına görə ələ salıb. Turə Nuriyeva buna görə intihara da cəhd edib.

Onu ölümdən son anda qızı xilas edib. Bundan sonra Turə Nuriyeva qızına Ləmanın hüquqi müstəvidə cəzalandırılmasına nail olacağına dair söz verib.

Turə Nuriyeva barəsində böhtan atması ittihamı ilə Ləman Vəliyevadan şikayətçi olub.

Bildirib ki, illərdir Ləman Vəliyeva böhtan ataraq, namusuna ləkə yaxaraq, işgüzar nüfuzuna xələl gətirərək onu, ailəsini, nəslini təhqir edib, gülüş obyektinə çevirib.

Ləman Vəliyeva məhkəmədə özünü müdafiə edərkən deyib ki, baldızı barədə paylaşımlar edib.

Lakin bunun səbəbi evli olduğu müddətdə ərinin ailə üzvləri tərəfindən təzyiqlərə məruz qalması olub. Əlavə edib ki, "TikTok"dakı çıxışları ilə təkcə öz baldızı və qayınanası ilə bağlı yox, ümumi baldızlar və qayınanalar haqqında danışıb.

Lakin onun sosial şəbəkədə paylaşımları məhkəməyə sübut kimi təqdim edilib. Həmin paylaşımlarda Ləman Vəliyevanın baldızı Turənin adını çəkərək şəxsən onu təhqir etdiyi, şəxsiyyətini alçaltdığı müəyyən edilib.

Məhkəmə Ləman Vəliyeva barəsində Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi üzrə ittiham hökmü çıxarıb. O, 480 saat ictimai işlər cəzasına məhkum edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1660   Tarix: 24 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Məktəbli forması ilə bağlı YENİ DƏYİŞİKLİKLƏR

Milli Məclisdə keçirilən iclasında "Ümumi təhsil haqqında" qanuna dəyişikliklər müzakirəyə çıxarılıb. -un məlumatına görə, layihəyə əsasən, məktəbli formasına dair tələblərə riayət olunması hüquqi müstəvidə təsbit edilir. Belə ki, təhsilalanlarla bağlı qanunvericilikdə nəzərdə tutulan dəyişikli

14:59 239
.

İranın xarici işlər naziri Əraqçi Omanda səfərdədir

İranın dövlət mediasının məlumatına görə, İranın xarici işlər naziri Abbas Əraqçi şənbə günü Omanın Məsqət şəhərinə səfər edib. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, Əraqçi Hörmüz boğazı ilə bağlı bir sıra məsələləri müzakirə edəcək. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]

10:54 184
.

Prezident İlham Əliyev Şuşada "Yasəmən" hotelinin yeni korpusları ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də Şuşada Heydər Əliyev Fondu tərəfindən bərpa edilmiş "Yasəmən" hotelinin yeni korpusları ilə tanış olub. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına görülmüş işlər barəd

16:34 0
.

"Bizi niyə çağırmırsınız?" deyənlərə aparıcıdan sərt cavab

"Yeni Sabah" xəbər verir ki, o, aparıcısı olduğu "Xəzər axşamı" proqramında bildirib:. "Çox müğənni müraciət edir: "Bizi çağırmadınız", "Nə bilim, nə oldu". Hamınız gəlin, repertuarınızda dəyişiklik edin, rica edirəm. Qəşəng bəstəkar mahnılarımız var. Onlar

10.07.2026 375
.

Xəzərin potensialı böyükdür, bəs niyə tam istifadə olunmur? - ARAŞDIRMA

Yayın ən isti günləri ilə birlikdə Xəzər sahillərində də canlanma hiss olunur. Həftəsonları Abşeron çimərliklərinə üz tutanların sayı xeyli artır, istirahət zonalarında isə sıxlıq müşahidə edilir. Lakin dəniz mövsümünə marağın yüksəlməsi ilə yanaşı, çimərlik turizminin uzun illərdir həllini gözləyə

15:50 81
.

Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 14-dən, rayonlarda qeydiyyatda olan pensiyaçıların və güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyalarının bu ayın 22-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub. Bu barədə "AzPolitika"ya Dövlət Sosia

14:46 139
.

Telefonlar bizi məhv edir - Onurğa xəstəliklərinə qədər...

Rəqəmsal cihazlardan uzun müddət istifadə təkcə zehni yorğunluğa səbəb olmur. Mütəxəssislər bildirirlər ki, smartfon və digər elektron cihazların həddindən artıq istifadəsi görmə qabiliyyətindən tutmuş onurğa sağlamlığına, əzələ gücünə və motor bacarıqlarına qədər bir çox sahəyə mənfi təsir göstərə bilər

10.07.2026 260
.

Prezident Şuşanın Qarabağ küçəsində həyata keçirilmiş işlərlə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində yerli investorlar tərəfində

16:09 60
.

Bakının 3 əsas küçəsində hərəkət tam məhdudlaşdırılacaq

İyulun 13-ü, saat 07:00-dək Bakı şəhərində aparılacaq təmir işləri ilə əlaqədar 3 küçədə nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə tam məhdudlaşdırılacaq. "Report" bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir. Məlumata görə, Səməd Vurğun küçəs

16:30 0
.

TOP MP3