İlham Əliyev Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifi təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifi təbrik edib.
BiG.AZ President.Az-a istinadən təbrik məktubunu təqdim edir:
"Hörmətli cənab Baş nazir,
Əziz Qardaşım,
Pakistan İslam Respublikasının milli bayramı - Pakistan Günü münasibətilə Sizi və qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram.
Azərbaycan-Pakistan strateji tərəfdaşlığının hazırkı səviyyəsi, gündən-günə yeni məzmunla zənginləşən əməkdaşlığımız böyük məmnunluq doğurur. İqtisadiyyat, nəqliyyat-logistika, energetika, investisiya, müdafiə sənayesi və qarşılıqlı maraq doğuran bir sıra digər sahələrdə uğurlu birgə fəaliyyətimiz əlaqələrimizi şərtləndirən başlıca amillərdəndir. Eyni zamanda beynəlxalq məsələlərdə mövqelərimizin üst-üstə düşməsi və qarşılıqlı dəstəyimiz Azərbaycan-Pakistan qardaşlığının bariz ifadəsi olaraq ölkələrimizin və xalqlarımızın ümdə mənafelərinə xidmət edir.
Biz qardaş xalqlarımızın bir-birinə bəslədiyi dərin rəğbət, hörmət və etimaddan irəli gələn, ortaq mədəni dəyərlər və həmrəylik kimi möhkəm təməllər üzərində qurulmuş münasibətlərimizin hərtərəfli inkişafına müstəsna əhəmiyyət veririk. Ali səviyyədə səfərlərin, görüşlərin və təmasların intensivliyi əməkdaşlığımızın yüksək inkişaf dinamikasının göstəricisidir.
Sizin keçən ay Azərbaycana həyata keçirdiyiniz dövlət səfəri çərçivəsində Sizinlə qarşılıqlı etimad, anlaşma və səmimiyyət şəraitində keçən məhsuldar görüşümüzü, apardığımız fikir mübadilələrini və müzakirələri son dərəcə yüksək qiymətləndirirəm. Səfər əsnasında müxtəlif sahələr üzrə Azərbaycan-Pakistan əlaqələrinin gələcək fəaliyyət istiqamətlərinə dair əldə etdiyimiz razılaşmalar, o cümlədən imzalanmış çoxsaylı sənədlər ikitərəfli gündəliyimizin əhatə dairəsinin daha da genişləndirilməsinə, müxtəlif istiqamətlər üzrə iqtisadi-ticari potensialımızın reallaşdırılmasına töhfələr verəcəkdir.
Əminəm ki, xalqlarımızın sınaqdan çıxmış qardaşlığı və birliyindən güc alan Azərbaycan-Pakistan ənənəvi dostluq münasibətləri və strateji tərəfdaşlığı bundan sonra da birgə səylərimizlə möhkəmlənməyə və dərinləşməyə davam edəcəkdir.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Pakistan xalqına daim əmin-amanlıq, rifah və firavanlıq arzulayıram".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 612 Tarix: 23 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMənzillərin qiyməti ucuzlaşır
Çində daşınmaz əmlaka investisiyaların azalması fonunda mənzillərin qiyməti ucuzlaşıb. Bunu xarici mediaya istinadən bildirib. Çin Milli Statistika Bürosunun açıqladığı mənzil qiymətləri indeksinə əsasən, oktyabr ayında ölkənin iri və orta ölçülü 70 şəhərinin əksəriyyətində yeni və ikinci əl mənzilləri
12:37 265 Azərbaycanın güclənən beynəlxalq mövqeyi və yeni strateji tərəfdaşlıq
Avropanın siyasi mərkəzində keçirilən görüşlər Azərbaycanın regional və beynəlxalq proseslərdə artan rolunu, strateji tərəfdaşlıq imkanlarını və sülh gündəliyini bir daha diqqət mərkəzinə gətirdi. 2026-cı il noyabrın 12-13-də İrlandiyanın paytaxtı Dublində keçirilən 9-cu Avropa Siyasi Birliyi Sammit
14:58 293 Ölkəmizin xarici siyasətinin növbəti diplomatik uğuru
Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli, praqmatik və milli maraqlara əsaslanan xarici siyasət ölkəmizin beynəlxalq mövqelərinin möhkəmləndirilməsində, nüfuzunun yüksəldilməsində və dünyanın aparıcı dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin genişləndirilməsində mühüm rol oynayır
15:00 292 Məşhur salonlar şəbəkəsinin rəhbəri ilə bağlı məhkəmədən qərar
"Beautytime" salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyevanın təqsirləndirilən şəxs qismində cəlb olunduğu işlərdən biri yekunlaşıb. "Unikal"a istinadən xəbər verir ki, xüsusi ittihamçı Röyal Masiyevin şikayəti əsasında Könül Həmzəyevanın Cinayət Məcəlləsinin 147.2-ci (ağır cinayə
21:47 0 Qara dənizdə batan yük gəmisindən azərbaycanlılar xilas edildilər
Somali bayrağı altında üzən və Bolqarıstan sahillərində partlayış nəticəsində batan "BETUL 8" yük gəmisindən 12 nəfər xilas edilib. Bu barədə Türkiyənin NTV nəşrinə istinadən məlumat verir. Məlumata görə, Türkiyə və Bolqarıstan səlahiyyətlilərinin koordinasiyalı işləri nəticəsində gəmidə ola
20:30 129 Azərbaycan-Böyük Britaniya münasibətlərində yeni mərhələ
Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmlənməsi, regional və qlobal proseslərə artan təsiri, milli maraqlara əsaslanan müstəqil xarici siyasət kursu ölkəmizin aparıcı dünya dövlətləri ilə əlaqələrinin yeni məzmun qazanmasına zəmin yaradır. Bu baxımdan Azərbaycan Respublikas
15:04 291 Azərbaycanda minimum əməkhaqqı 500 manat civarında olacaq
Azərbaycanda minimum əməkhaqqının nə qədər artacağı ilə bağlı müzakirələr yekunlaşmaq üzrədir. -ın əldə etdiyi məlumata görə, minimum əməkhaqqının 100 manat civarında artırılması proqnozlaşdırılır. Xatırladaq ki, hazırda bu rəqəm 400 manatdır. Noyabrın sonunda, dekabrın əvvəlində isə sözügedən layihəni
14:11 328 "Kurtlar Vadisi"nin Çakırı toyda kisənin ağzını açdı: gəlinə görün nə hədiyyə etdi
Türkiyənin məşhur aktyoru Oktay Kaynarca qatıldığı toy mərasimində bahalı hədiyyəsi ilə diqqət mərkəzinə düşüb. Türkiyə mediasına istinadən xəbər verir ki, aktyor Mersin şəhərində kirvəsi və yaxın ailə dostu Ali Topçunun oğlu Süleyman Topçunun toyunda iştirak edib. İstanbulda vəkil kimi fəaliyyət göstərə
18:45 222 İlham Əliyev Gənclər və İdman Nazirliyinə bir milyon manat ayırdı
Prezident İlham Əliyev 2027-ci ildə növbəti "Yüksəliş" müsabiqəsinin keçirilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadən xəbər verir. Sərəncama əsasən, 2027-ci ildə növbəti "Yüksəliş" müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçü
16:23 221