Əhmədli qəsəbəsində evlər çökdü, üç ailə mənzilsiz qaldı

Əhmədli qəsəbəsində evlər çökdü, üç ailə mənzilsiz qaldıXətai rayonu, Əhmədli qəsəbəsinin sakini Məcnun Məmmədovun 18 il yaşadığı ev 2024-cü ilin oktyabr ayında çöküb. Ərazidəki 3 ev yararsız vəziyyətdədir. Nəticədə, 3 ailə evsiz qalıb.

Çökmənin miqyasının genişlənməsinə baxmayaraq, ərazidə heç bir tədbir görülməyib.

Sakinlər problemlə bağlı şikayətlərini Baku TV ilə bölüşüblər.

"Qurumlar gəlib heç olmasa, bu məsələ ilə məşğul olsunlar. Yol gələndə, maşınla keçəndə qorxuruq, artıq burada yaşaya bilmirik", - şikayətçi Gültəkin Ağayeva söyləyib.

Problemlə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, sözügedən ərazidə yaşayış evinin altında qalan daşıyıcı tullantı su kollektoru, 1 700 millimetr diametrlik boru və digər infrastrukturlar qəzalı vəziyyətə düşüb. Xidmətlə əlaqəli bütün prosedurlar qurum tərəfindən təcili icra olunub, müvafiq qurumlara rəsmi müraciətlər də ünvanlanıb.

Fövqəladə Hallar Nazirliyindən isə bildirilib ki, fərdi yaşayış evlərinə keçirilən baxış zamanı məlum olub ki, evlərin ərazidəki kanalizasiya kollektorundan sızmanın baş verməsi nəticəsində qəzalı vəziyyətə düşdüyü müəyyən olunub və bununla bağlı müvafiq aktlar tərtib edilib. Həmçinin ərazidə zəruri təhlükəsizlik tədbirlərinin görülməsi, kanalizasiya kollektorunun bərpa edilərək istismar vəziyyətinə qaytarılması ilə bağlı təcili işlərin görülməsi üçün nazirlik tərəfindən aidiyyəti qurumlara rəsmi müraciətlər ünvanlanıb.(oxu.az)

Ətraflı süjetdə:


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 998   Tarix: 23 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Mənzillərin qiyməti ucuzlaşır

Çində daşınmaz əmlaka investisiyaların azalması fonunda mənzillərin qiyməti ucuzlaşıb. Bunu xarici mediaya istinadən bildirib. Çin Milli Statistika Bürosunun açıqladığı mənzil qiymətləri indeksinə əsasən, oktyabr ayında ölkənin iri və orta ölçülü 70 şəhərinin əksəriyyətində yeni və ikinci əl mənzilləri

12:37 265
.

Azərbaycanın güclənən beynəlxalq mövqeyi və yeni strateji tərəfdaşlıq

Avropanın siyasi mərkəzində keçirilən görüşlər Azərbaycanın regional və beynəlxalq proseslərdə artan rolunu, strateji tərəfdaşlıq imkanlarını və sülh gündəliyini bir daha diqqət mərkəzinə gətirdi. 2026-cı il noyabrın 12-13-də İrlandiyanın paytaxtı Dublində keçirilən 9-cu Avropa Siyasi Birliyi Sammit

14:58 293
.

Ölkəmizin xarici siyasətinin növbəti diplomatik uğuru

Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli, praqmatik və milli maraqlara əsaslanan xarici siyasət ölkəmizin beynəlxalq mövqelərinin möhkəmləndirilməsində, nüfuzunun yüksəldilməsində və dünyanın aparıcı dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin genişləndirilməsində mühüm rol oynayır

15:00 292
.

Məşhur salonlar şəbəkəsinin rəhbəri ilə bağlı məhkəmədən qərar

"Beautytime" salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyevanın təqsirləndirilən şəxs qismində cəlb olunduğu işlərdən biri yekunlaşıb. "Unikal"a istinadən xəbər verir ki, xüsusi ittihamçı Röyal Masiyevin şikayəti əsasında Könül Həmzəyevanın Cinayət Məcəlləsinin 147.2-ci (ağır cinayə

21:47 0
.

Qara dənizdə batan yük gəmisindən azərbaycanlılar xilas edildilər

Somali bayrağı altında üzən və Bolqarıstan sahillərində partlayış nəticəsində batan "BETUL 8" yük gəmisindən 12 nəfər xilas edilib. Bu barədə Türkiyənin NTV nəşrinə istinadən məlumat verir. Məlumata görə, Türkiyə və Bolqarıstan səlahiyyətlilərinin koordinasiyalı işləri nəticəsində gəmidə ola

20:30 129
.

Azərbaycan-Böyük Britaniya münasibətlərində yeni mərhələ

Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmlənməsi, regional və qlobal proseslərə artan təsiri, milli maraqlara əsaslanan müstəqil xarici siyasət kursu ölkəmizin aparıcı dünya dövlətləri ilə əlaqələrinin yeni məzmun qazanmasına zəmin yaradır. Bu baxımdan Azərbaycan Respublikas

15:04 291
.

Azərbaycanda minimum əməkhaqqı 500 manat civarında olacaq

Azərbaycanda minimum əməkhaqqının nə qədər artacağı ilə bağlı müzakirələr yekunlaşmaq üzrədir. -ın əldə etdiyi məlumata görə, minimum əməkhaqqının 100 manat civarında artırılması proqnozlaşdırılır. Xatırladaq ki, hazırda bu rəqəm 400 manatdır. Noyabrın sonunda, dekabrın əvvəlində isə sözügedən layihəni

14:11 328
.

"Kurtlar Vadisi"nin Çakırı toyda kisənin ağzını açdı: gəlinə görün nə hədiyyə etdi

Türkiyənin məşhur aktyoru Oktay Kaynarca qatıldığı toy mərasimində bahalı hədiyyəsi ilə diqqət mərkəzinə düşüb. Türkiyə mediasına istinadən xəbər verir ki, aktyor Mersin şəhərində kirvəsi və yaxın ailə dostu Ali Topçunun oğlu Süleyman Topçunun toyunda iştirak edib. İstanbulda vəkil kimi fəaliyyət göstərə

18:45 222
.

İlham Əliyev Gənclər və İdman Nazirliyinə bir milyon manat ayırdı

Prezident İlham Əliyev 2027-ci ildə növbəti "Yüksəliş" müsabiqəsinin keçirilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadən xəbər verir. Sərəncama əsasən, 2027-ci ildə növbəti "Yüksəliş" müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçü

16:23 221
.