Bu yaşda ana olan qadınların 90 yaşına qədər yaşama ehtimalı daha yüksəkdir (ARAŞDIRMA)

Bu yaşda ana olan qadınların 90 yaşına qədər yaşama ehtimalı daha yüksəkdir (ARAŞDIRMA)Bostondakı Universitet Tibb Məktəbinin Menopause jurnalında yayımlanan araşdırmasına görə, 33 yaşdan sonra ana olan qadınlar son övladını 29 yaşına qədər dünyaya gətirən qadınlarla müqayisədə 90 yaş və daha çox yaşama ehtimalına malikdir.

Qaynarinfo-nun məlumatına görə, tədqiqatçılar müəyyən ediblər ki, təbiətən daha gec yaşda ana olmaq qabiliyyəti insan orqanizminin daha yavaş qocalmasının göstəricisidir. Lakin alimlər vurğulayır ki, süni şəkildə hamiləliyin gecikdirilməsi uzunömürlülüyə təsir göstərmir.

Araşdırmanın həmmüəllifi, Boston Universitetinin biostatistika professoru Paola Sebastiani bildirib: "Əgər siz qəsdən uşaq doğmağı gecikdirsəniz, bu, uzunömürlü olmağınıza kömək etməyəcək".

Sebastiani və komandası "Long Life Family Study" adlı elmi tədqiqatın məlumatlarını təhlil ediblər. Bu araşdırmada uzunömürlülüklə seçilən 551 ailə iştirak edib. Tədqiqatçılar 462 qadının son övladını hansı yaşda dünyaya gətirdiyini və onların neçə il yaşadığını araşdırıblar.

Nəticələrə əsasən:

* Daha gec yaşda ana olan qadınların ömrü daha uzun olub.
* Onların 95 yaş və daha çox yaşama ehtimalı iki dəfə yüksəkdir.

Alimlərin fikrincə, daha gec yaşda ana olan qadınlarda qocalma prosesini yavaşladan və məhsuldarlığa təsir edən yaşla bağlı xəstəliklərin riskini azaldan genetik xüsusiyyətlər ola bilər.

Bu genetik xüsusiyyətlər, həmin qadınların uzun müddət uşaq doğmaq imkanına malik olmasını təmin edir və bu da onların bu genləri gələcək nəsillərə ötürmək şansını artırır.

Araşdırmanın digər müəllifi, doktor Tomas Perlz qeyd edib: "Bu tapıntılar, 100 yaş və daha çox yaşayanların 85%-nin qadın, lakin cəmi 15%-nin kişi olmasının səbəbini başa düşmək üçün açar ola bilər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1378   Tarix: 21 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda təcili yardım maşınında yük daşınır - Video

Bakıda təcili tibbi yardım avtomobili ilə yük daşınmasına dair görüntülər yayılıb. "Qafqazinfo" xəbər verir ki, görüntülər sosial şəbəkələrdə paylaşılıb. Görüntülərdən aydın olur ki, ambulansda tikinti materialları daşınır. Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB

16:33 285
.

Azərbaycanda terminallarla ödəniş qaydası dəyişdi

Ödənişlərin təhlükəsizliyinin artırılması və qanunvericiliyin tələblərinə uyğun olaraq terminallar vasitəsilə nağd vəsaitlərin qəbulu üzrə yeni qayda tətbiq olunur. xəbər verir ki, qaydaya əsasən, 500 AZN-dən artıq məbləğdə ödəniş və ya pul köçürməsi həyata keçirmək istəyən istifadəçilər şəxsiyyətlərin

21:44 0
.

Ağcabədidə qəbiristanlıqdan 10 min manatlıq aksesuar oğurlanıb - FOTO

Ağcabədi rayonunda qəbiristanlıqdan xeyli sayda mərmər aksesuar oğurlanıb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Yuxarı Qiyaməddinli kənd qəbiristanlığında qeydə alınıb. Kənd sakinlərinin sözlərinə görə, bir neçə gün əvvəl yaxınlarının məzarını ziyarətə gedən şəxslər qəbirüstü abidələri

21:15 95
.

Millətlər Liqasının tarixini yenidən yazdı: Dyökereş Ronaldonu keçdi

İsveç millisini hücumçusu ardıcıl səkkizinci oyununda qol vuraraq Millətlər Liqasında unikal rekorda imza atıb. Noyabrın 14-də İsveç Millətlər Liqasının beşinci turunda Bosniya və Herseqovinanı 3-2 hesabı ilə məğlub edib. -ın xəbərinə görə, Viktor Dyökereş iki penaltini - biri 11-ci dəqiqədə, digər

19:45 161
.

Ölkəmizin beynəlxalq mövqeyini daha da möhkəmləndirən əməkdaşlıq

Azərbaycan ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması iki ölkə arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Noyabrın 12-də Dublində imzalanan bu sənəd təkcə diplomatik münasibətləri

14:49 293
.

Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığı qarşılıqlı etimada və ortaq maraqlara əsaslanır

Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü və praqmatik xarici siyasət ölkəmizin beynəlxalq mövqeyinin möhkəmləndirilməsinə, aparıcı dövlətlərlə qarşılıqlı faydalı münasibətlərin genişləndirilməsinə mühüm töhfə verir. Azərbaycanın müxtəlif geosiyasi və iqtisadi mərkəzlərlə qurduğu tərəfdaşlı

14:45 288
.

Qara dənizdə batan yük gəmisindən azərbaycanlılar xilas edildilər

Somali bayrağı altında üzən və Bolqarıstan sahillərində partlayış nəticəsində batan "BETUL 8" yük gəmisindən 12 nəfər xilas edilib. Bu barədə Türkiyənin NTV nəşrinə istinadən məlumat verir. Məlumata görə, Türkiyə və Bolqarıstan səlahiyyətlilərinin koordinasiyalı işləri nəticəsində gəmidə ola

20:30 129
.

Novxanıda sərnişinlər avtobusda ekstrim yaşadı - Video

Paytaxtın Zabrat qəsəbəsi ilə Novxanı qəsəbələrini birləşdirən 537 saylı müntəzəm marşrut xəttində maraqlı anlar yaşanıb. "Qafqazinfo" xəbər verir ki, Novxanı qəsəbəsi istiqamətində əsas yolun bağlı olması səbəbindən nəqliyyat vasitələri çimərliklərin ərazisi ilə hərəkət etməli olub. Bu zama

11:51 468
.

Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığı: yeni dünya nizamında nümunəvi əməkdaşlıq modeli

Dünya siyasətində baş verən fundamental dəyişikliklər, geosiyasi rəqabətin güclənməsi və qlobal iqtisadi münasibətlərin yenidən formalaşması dövlətlər qarşısında yeni vəzifələr müəyyənləşdirir. Belə bir şəraitdə beynəlxalq mövqe yalnız siyasi və iqtisadi resurslarla deyil, həm də düzgün tərəfdaşlıq strategiyası

15:06 295
.