Namaz qılarkən arvadını öldürmüşdü, Azərbaycana gətirildi
Baş Prokurorluğun vəsatəti əsasında Gürcüstanın səlahiyyətli orqanları tərəfindən "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan vətəndaşı Məmmədov Ramil Məhərrəm oğlunun ekstradisiyası haqqında qərar qəbul olunub.
Bu barədə BiG.AZ-a Baş Prokurorluqdan bildirilib.
Belə ki, Bakı şəhəri Xəzər rayon prokurorluğunda ibtidai istintaq edilən cinayət işi üzrə Ramil Məmmədovun Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə barəsində beynəlxalq axtarış elan edilib.
Ramil Məmmədov Gürcüstanın ərazisində saxlanılaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə bugün Azərbaycana gətirilib.
Qeyd edək ki, bu ilin fevralın 8-də Xəzər rayonu Binə qəsəbəsində evlərin birində 1976-cı il təvəllüdlü Lamiyə Məmmədova küt alətlə qətlə yetirilib. Qadın namaz qılarkən öldürülüb. Qətldə şübhəli bilinən Məmmədov Ramil Məhərrəm oğlu Gürcüstanda saxlanılıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1089 Tarix: 17 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRəsmilər Kiyevin Rusiyanın raket hücumuna məruz qaldığını bildirirlər
Rəsmilər bildiriblər ki, Rusiya şənbə günü səhər saatlarında Ukraynanın paytaxtı Kiyevi ballistik raketlərlə vurub. Reuters şahidi hava xəbərdarlığı elan edilməzdən əvvəl şəhərdə bir sıra güclü partlayışlar eşidib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, şəhər hərbi administrasiyası Telegram mesajlaşm
10:06 187 CNN: Peyk görüntüləri İranın nüvə obyektlərini yenidən qurmağa çalışdığını göstərir
CNN-in əldə etdiyi peyk görüntüləri göstərir ki, İran ABŞ və İsraillə müharibədə kövrək atəşkəs dövründə nüvə obyektlərini yenidən qurmağa çalışa bilər. BİG.AZ The Times of İsrael-ə istinadən xəbər verir ki, bir neçə nüvə və raket obyektindən götürülmüş görüntülər göstərir ki, İran ötən ay ABŞ ilə imzaladığ
11:22 198 Venesuelada zəlzələ qurbanlarının sayı 4000-i keçib, minlərlə insan itkin düşüb
Venesuela hökuməti bildirib ki, iki dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 400-i keçib. BİG.AZ The Times of İsrael-ə istinadən xəbər verir ki, Venesuela parlamentinin sədri Xorxe Rodrigez Telegram-da yazıb ki, 24 iyun tarixində baş verən ardıcıl zəlzələlərdə ən azı 4118 nəfər ölüb, 16740 nəfər yaralanıb
11:06 202 Prezident Kiçik Qaladərəsində sakinlərlə görüşdü
Prezident İlham Əliyev iyulun 11-də Şuşa rayonunun Kiçik Qaladərəsi kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb. "Qafqazinfo" xəbər verir ki, Şuşa rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimo
14:10 170 Konqoda Ebolaya yoluxanların sayı artır
Konqo Demokratik Respublikasında (KDR) laboratoriyada təsdiqlənmiş Ebola qızdırması hallarının sayı son 24 saatda 32 nəfər artaraq 1830-a çatıb. -ın TASS-a istinadən xəbərinə görə, bu məlumatlar ölkənin Rabitə və KİV İşləri Nazirliyinin gündəlik bülletenində göstərilib. Məlumata görə, Eboladan ölənləri
17:30 141 Bakıda bu tarixlərdə GÜCLÜ KÜLƏK ƏSƏCƏK - XƏBƏRDARLIQ!
İyulun 12-14-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə güclü külək əsəcək. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti sarı xəbərdarlıq yayıb. Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi, Naxçıvan MR, Şəmkir, Gəncə, Daşkəsən
17:41 183 Tehranda partlayış səsi eşidilib
İranın Fars xəbər agentliyinin şənbə günü verdiyi məlumata görə, İranın Tehran əyalətinin şərq hissəsində bir neçə partlayış səsi eşidilib. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, partlayışın baş vermə səbəbi hələlik məlum deyil. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]
10:48 207 NASA Ay və Mars üçün 4 könüllü axtarır
ABŞ Milli Aeronavtika və Kosmik Administrasiyası (NASA) gələcək Ay və Mars ekspedisiyalarına hazırlıq məqsədilə yeni simulyasiya layihəsinə iştirakçı qəbulu elan edib. xəbər verir ki, məlumata görə, bir il davam edəcək proqram 2027-ci ilin avqust ayında Hyustondakı Conson Kosmik Mərkəzində start götürəcək
19:10 108 Saatına 1 000 manat alan psixoloqlar: Bu qiymətləri kim və necə təyin edir?
Son illərdə pandemiyanın yaratdığı uzunmüddətli təsirlər, qlobal gərginliklər, eləcə də sosial və iqtisadi təzyiqlər insanların psixoloji vəziyyətinə təsirsiz ötüşməyib. Bununla yanaşı, son dövrlər sosial şəbəkələrdə psixoloq xidmətlərinə dair paylaşımların çoxalması da diqqət çəkir. Tələbat və izləyic
17:20 152