Deputat Ağalar Vəliyevin oğluna məxsus "Kristal Bakı" vətəndaşları aldadır?
Ölkənin aparıcı tikinti şirkətlərindən biri olan "Kristal Bakı" ASC (VÖEN - 3103396091) satışa çıxardığı mənzilləri alıcılara fərqli qiymətlərlə təqdim edir.
"Real Azərbaycan" xəbər verir ki, şirkətin rəsmi saytı - "Kristal.az" vasitəsilə satışa çıxarılan mənzillərin aylıq ödəniş məbləğləri ilə bağlı uyğunsuzluq müşahidə olunur.
Məsələn, Biləcəri yaşayış kompleksində yerləşən, ümumi sahəsi 75,39 kvadratmetr olan 3 otaqlı studiya mənzilin qiyməti 192 min 245 manat göstərilir.
Saytın "Layihələr" bölməsində qeyd olunur ki, bu mənzili əldə etmək üçün 30% ilkin ödəniş (57 min 673 manat 50 qəpik) edilməli, qalan məbləğ isə 20 il müddətində aylıq 1 461 manat 75 qəpik olmaqla ödənilməlidir.
Lakin həmin səhifədəki "İpoteka sorğusu" bölməsinə daxil olduqda eyni mənzil üçün fərqli ödəniş məbləği göstərilir. Belə ki, bu səhifədə ilkin ödəniş 57 min 674 manat, aylıq ödəniş isə 1 576 manat 61 qəpik qeyd olunur.
Deputatın oğlu vətəndaşları aldadır? -
Beləliklə, eyni mənzil və eyni kredit müddəti üçün göstərilən aylıq ödənişlər arasında 114 manat 86 qəpik fərq yaranır.
Məsələ ilə bağlı "Kristal" şirkətinə ünvanladığımız sorğuya cavab olaraq bildirildi ki, buna səbəb saytda müvəqqəti yaranmış texniki xətadır:
"Həmin xəta səbəbindən faiz dərəcəsi düzgün hesablanmadığı üçün aylıq ödəniş məbləği yanlış əks olunmuşdu. Hazırda texniki problem aradan qaldırılıb və hər iki bölmədə aylıq ödəniş məbləği eyni olaraq göstərilir".
Məlumat üçün bildirək ki, "Kristal Bakı" ASC 19 mart 2020-ci il tarixində vergi qeydiyyatına alınıb. Şirkətin səhmlərinin 50%-i Vəliyev Pərviz Ağalar oğluna, 25%-i Nəbiyev Fərid Elbrus oğluna, 25%-i isə Nəbiyev Araz Mahayət oğluna məxsusdur. ASC-yə yekun nəzarəti Pərviz Vəliyev həyata keçirir.
Onu da bildirək ki, Pərviz Vəliyev millət vəkili Ağalar Vəliyevin oğludur.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 86 Tarix: 16 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda minimum əməkhaqqı 500 manat civarında olacaq
Azərbaycanda minimum əməkhaqqının nə qədər artacağı ilə bağlı müzakirələr yekunlaşmaq üzrədir. -ın əldə etdiyi məlumata görə, minimum əməkhaqqının 100 manat civarında artırılması proqnozlaşdırılır. Xatırladaq ki, hazırda bu rəqəm 400 manatdır. Noyabrın sonunda, dekabrın əvvəlində isə sözügedən layihəni
14:11 170 Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığı qarşılıqlı etimada və ortaq maraqlara əsaslanır
Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü və praqmatik xarici siyasət ölkəmizin beynəlxalq mövqeyinin möhkəmləndirilməsinə, aparıcı dövlətlərlə qarşılıqlı faydalı münasibətlərin genişləndirilməsinə mühüm töhfə verir. Azərbaycanın müxtəlif geosiyasi və iqtisadi mərkəzlərlə qurduğu tərəfdaşlı
14:45 102 Paşinyan Ermənistanın 20 ildən sonrakı hədəfini açıqladı
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin gələcəyi ilə bağlı iddialı hədəf açıqlayıb. xəbər verir ki, RİA Novostinin məlumatına görə, Paşinyan bu barədə Dublin Beynəlxalq və Avropa İşləri İnstitutunda çıxışı zamanı danışıb. Baş nazir 20 ildən sonra Ermənistanı Avropa İttifaqının üzvü kimi görmə
10:14 184 Ermənistanda yeni Konstitusiya layihəsi gələn həftə açıqlanacaq
Ermənistan hakimiyyəti yeni Konstitusiya layihəsini gələn həftə ictimaiyyətə təqdim etməyi planlaşdırır. Bundan sonra sənədlə bağlı ictimai müzakirələr və dinləmələr təşkil olunacaq. xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" "Joxovurd" qəzetinə istinadən məlumat yayıb. Nəşri
10:29 191 Maksim Qalkin Bakıda toyda - Foto
Rusiyalı şoumen Maksim Qalkin Bakıda toy məclisinə qatılıb. Axşam.az xəbər verir ki, onun Bakıdan fotosunu aparıcı Leyla Quliyeva paylaşıb. Leylanın məclislərdən birində lentə aldığı görüntüdə Əməkdar artist Abbas Bağırov da yer alıb. Aparıcı paylaşımında "Çətin gün idi. Hərtərəfli çətin idi. Amm
11:36 256 Məşhur aparıcı 15 il çalışdığı kanaldan getdi
Aparıcı Günel Qədimova uzun illərdir çalışdığı "Xəzər TV" ilə yollarını ayırıb. xəbər verir ki, o, bu barədə sosial şəbəkədə bildirib. Aparıcı iş yerindən öz razılığı ilə ayrıldığını qeyd edib:. "Bu gün 15 ilə yaxındır bir parçası olduğum Xəzər TV-dən öz istəyimlə ayrıldım. Bura məni
11:42 250 Üç ölkə arasında nüvə sazişinin əldə olunması gözlənilmir
Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Çin Prezidenti Si Cinpin arasında keçiriləcək üçtərəfli görüşdən sonra nüvə silahları ilə bağlı sazişin əldə olunması ehtimalı olduqca aşağı qiymətləndirilir. xəbər verir ki, bu barədə IMEMO RAS-ın Beynəlxalq Təhlükəsizlik Mərkəzinin elm
10:42 183 Azərbaycan-Böyük Britaniya diplomatik münasibətlərində yeni inkişaf mərhələsi
Azərbaycanın milli maraqlara əsaslanan çoxvektorlu və balanslaşdırılmış xarici siyasət strategiyası ölkəni regional gücdən qlobal miqyaslı etibarlı strateji tərəfdaşa çevirib. Bu günlərdə dövlət başçısı İlham Əliyevin Dublində keçirilən "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısında iştirak
14:42 109 Ölüm saçan döşəklər: Yeddi nəfər həyatını itirib, 35 nəfər ağır xəsarət alıb
ABŞ Qida və Dərman Administrasiyası (FDA) "Medline" şirkətinin istehsal etdiyi qüsurlu ortopedik döşəklərlə bağlı yeddi nəfərin həyatını itirdiyini açıqlayıb. xəbər verir ki, bu barədə FDA-nın rəsmi saytında məlumat yayımlanıb. Məlumata görə, "Medline" şirkətinə yeddi ölüm və 35 ağı
15.11.2026 425