"Valideynlər övladlarına xala, bibi, dayı, əmi qızlarının onların bacısı olduğunu aşılamalıdırlar"-Sosioloqdan açıqlama
Qohumlar arasında nikah halları və bunun törətdiyi fəsadlar digər ölkələrdə olduğu kimi, Azərbaycan cəmiyyətində də narahatlıq doğuran aktual ailə məsələlə¬rindən biridir. Belə nikahların baş verməsi bir çox hallarda sağlamlıq imkanları məh¬dud uşaqların dünyaya gəlməsinə və nə¬ticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur.
Elmi araşdırmalar göstərir ki, qan qohumları arasında bağlanan nikahlar nəticəsində doğulan uşaqlarda genetik xəstəliklərin olması riski olduqca yük¬səkdir və dünya əhalisinin bir qismi bu problemdən əziyyət çəkir. Təəssüf ki, Azərbaycanda da yaxın qohumlar ara¬sında bağlanan nikahlara rast gəlmək mümkündür.
Bəs bu hal qanunsuz evliliklərin sayını artıra bilərmi?
Mövzu ilə bağlı BiG.AZ-a danışan sosioloq Elçin Bayramlı bildirib ki, Azərbaycanda qohum evliliyi min illərlə formalaşmış bir ənənədir. Belə prosesləri qısa müddətdə aradan qaldırmaq çox çətindir. Çalışmaq lazımdır ki, bu problem maarifləndirmə yolu ilə aradan qaldırılsın. Qanun da bu işdə köməklik edəcək. Amma yenə də əksəriyyət bununla razılaşmır və bu qanunu qəbul edə bilmir. Formalaşmış stereotiplər və ənənələr mövcuddur. Bu cür halın qəfildən dəyişməsi mümkün deyil. Bu qanunla razılaşmayanlar qeyri-rəsmi evlilik etmək qərarı verə bilərlər. Bundan başqa, xarici ölkəyə gedərək orada nigah bağlamaq imkanını əldə edəcəklər:
"Son dövrlərdə qohum evliliklərinin sayı artıb. Ailələr övladlarını tez bir zamanda toy edib evləndirməyə çalışırlar. Bu baxımdan problemlər olsa da, düşünürəm ki, tədricən bununla bağlı vəziyyətin tənzimlənəcəyini və minimum sayda qalacağını gözləyirəm.
Bu məsələ bir tərəfdən də insan hüquqları ilə toqquşaraq ziddiyyət təşkil edir. Digər tərəfdən isə mənəviyyat, bioloji və tibbi baxımdan fəsadlar törədir. Bu məsələni tənzimləmək çox çətindir. İstər maarifləndirmə, istərsə də inzibati qaydada çətinliklər yaradır. Davamlı şəkildə qohum evliliyinin mənfi cəhətləri qeyd edilməlidir.
Bir çox ailələrdə dayı, bibi, əmi qızları oğlanlar üçün bacı statusundadır. Bəzi xalqlar bu cür qohumları ikinci bacı adlandırır. Təəssüflər olsun ki, bizim kimi xalqlar bu cür adəti sıradan çıxara bilmirlər.
Bu adəti aradan qaldırmaq üçün valideynlər uşaqlarını ən kiçik yaşından tərbiyə etməlidirlər. Valideynlər uşaqlarına xala, bibi, dayı, əmi qızlarının onların bacısı olduğunu aşılamalıdırlar".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 4018 Tarix: 17 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar
18.09.2021 264 Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN
Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın
18.09.2021 930 Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO
Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald
18.09.2021 1949 İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb
İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın
18.09.2021 443 Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini
18.09.2021 865 Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq
Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar
18.09.2021 381 Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?
"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar
17.09.2021 2089 Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində
18.09.2021 254 Sinemi o əvəz edəcək - FOTO
Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq
17.09.2021 3477