"Avropa Parlamentinin qəbul etdiyi qətnamə terrorizmi təşviq edən qəbuledilməz sənəddir" -Bəhruz Məhərrəmov

"Avropa Parlamentinin qəbul etdiyi qətnamə terrorizmi təşviq edən qəbuledilməz sənəddir" -Bəhruz MəhərrəmovAvropa Parlamenti "Erməni girovların qanunsuz tutulması və qondarma məhkəmə prosesləri" adlı əsassız, qeyri-obyektiv və qərəzli qətnamə qəbul edib.

Mövzu ilə bağlı BiG.AZ-a danışan Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib ki, Avropa Parlamentinin qəbul etdiyi "Erməni girovların qanunsuz tutulması və qondarma məhkəmə prosesləri" adlı qətnamə birmənalı şəkildə ikili standartlarla əsaslanan, terrorizmi, sülh və insanlıq əleyhinə digər çoxsaylı cinayətləri açıq şəkildə müdafiə edən, Cənubi Qafqazda cəzasızlıq mühitini təşviq edən qəbuledilməz sənəddir və ümumbəşəri dəyərlər adına heç bir hüquqi qüvvəyə malik ola bilməz:

"Hər kəs, o cümlədən Avropa Parlamentinin üzvləri də yaxşı bilir ki, bu gün müdafiəsinə qalxdıqları şəxslər 30 ildən artıq bir dövrdə Azərbaycan xalqının, dövlətinin maraq və mənafelərinə qarşı çoxsaylı cinayətlər törətmiş, etnik təmizləmə, soyqırım, o cümlədən beynəlxalq hümanitar hüquq qaydalarını kobud pozuntularına dövlət siyasəti çərçivəsində yol verməklə bütövlükdə bəşəriyyət əleyhinə cinayətlər törətmiş və bu əməlləri təkzibedilməz sübutlarla təsdiq olunmaqdadır. Həmin şəxslərin müdafiə olunması, onların girov adlandırılması isə Avropa Parlamentinin özünün cinayətkar mahiyyətini ifşa edir və göstərir ki, əslində Avroparlament Avropa İttifaqının digər strukturları kimi özünün maraqlarını dinc, sabit şəraitdə beynəlxalq hüququn ümumtanınmış normalarında əksini tapan qaydada, əməkdaşlıq mühitində yox, terror, təcavüz və münaqişələrin hökm sürdüyü situasiyada realizə etməkdə maraqlıdır, bu mənada əli azərbaycanlıların qanına batmış və bütövlükdə bəşəri cinayətlər törətmiş separatçı "liderləri" müdafiə etməklə onlar bunu bir daha təsdiq edir. Digər tərəfdən Azərbaycanın hərbi-siyasi qələbələri ilə yaratdığı yeni situasiyada Qərb imperializminin bölgəyə təsir imkanlarının azalması şəraitində Avroparlament və digər oxşar təcavüzkar strukturlar konkret cinayətlərdən təqsirləndirilən erməni əsilli şəxslərin məhkəməsini siyasiləşdirməklə Azərbaycanın üzərində müəyyən təsir riçakları yaratmağı hədəfləyir. Lakin nəzərə almaq lazımdır ki, bölgədə hərbi-siyasi duruma və əməliyyat şəraitinə Azərbaycan nəzarət etdiyi üçün, o cümlədən ölkəmizin güc və imkanları, habelə həyata keçirilən qətiyyətli müstəqil siyasət Azərbaycana suveren davranmağa imkan verdiyi üçün bu kimi cəhdlərin hər hansı formada regionda qalıcı təsirə malik olması mümkün deyil. Qeyd etdiyimiz kimi, bu, yalnız və yalnız Qərb imperializminin növbəti fiaskosudur.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1005   Tarix: 17 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

TOP MP3