Prezidentin "Euronews"a müsahibəsində dünyaya önəmli mesajlar verildi

Prezidentin "Euronews"a müsahibəsində dünyaya önəmli mesajlar verildiSon vaxtlarda ölkə başçısı İlham Əliyev son illərdə Avropanın və dünyanın aparıcı informasiya agentliklərinə müxtəlif müsahibələr verib. Növbəti müsahibə martın 14-də Bakıda "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi" mövzusunda keçirilən XII Qlobal Bakı Forumu zamanı növbəti dəfə Avropanın ən tanınmış televiziya kanallarından olan "Euronews" televiziyasına verilib. Kanalda yayımlanan müsahibədə bir sıra önəmli məqamlara toxunub.
Azərbaycan lideri XII Qlobal Bakı Forumunun əhəmiyyətini bir daha vurğulayaraq, bu cür forumların "düzgün qiymətləndirmə, fikir mübadiləsi, problemlərin müzakirəsi və gözləntilər üçün vacib" olduğunu bildirdi. O, forum çərçivəsində"təşəbbüskarlarla" yanaşı, baş verənlərdən "məyus olan" iştirakçılardan da danışdı: "Qonşu zalda bəzi insanlar var ki, onlar nikbin olmaq əvəzinə daha çox məyusdurlar. Bu da təbiidir, çünki hər bir ölkənin öz maraqları var. Hər bir siyasətçinin öz baxışları var. Mən ümid edirəm ki, burada, bu forumda ideyaların toqquşması baş verəcək və bu da forumu uğurlu edəcək".
Azərbaycanın əldə etdiyi uğurlar bir daha təsdiqləyir ki, müstəqil xarici siyasət, öz resurslarına güvənmək və milli maraqları üstün tutmaq bu günün dəyişkən və qeyri-sabit beynəlxalq münasibətlər sistemində uğurun əsas şərtidir. Bu, təkcə nəzəri müddəa deyil, Azərbaycanın praktiki təcrübəsi ilə sübuta yetirilmiş mühüm bir həqiqətdir. Azərbaycan öz tarixində dəfələrlə göstərib ki, güclü iqtisadiyyat, çevik diplomatiya və güclü ordu ilə dövlət suverenliyini qorumaq və gələcəyi qurmaq mümkündür. Bu yanaşma regionun digər dövlətləri üçün də nümunəvi model ola bilər.
Prezident İlham Əliyev: "Bu məsələdə mən o qədər də nikbin deyiləm. Mən realist olmağa üstünlük verirəm. Növbəti aylar və ya hətta illərdə sabitliyə nail olacağımızı düşünmürəm. Rusiya-Ukrayna müharibəsindən söhbət gedirsə, hətta müharibə dayansa belə, müharibənin yenidən başlamayacağına dair heç bir zəmanət yoxdur. Bir vaxtlar demək olar ki, otuz il ərzində bizdə - Azərbaycan və Ermənistan arasında atəşkəs razılaşması var idi. Bu razılaşmaya 1994-cü ilin yazında nail olunmuşdur. Lakin bu müharibənin sona çatması demək deyildi. Sadəcə transformasiya baş vermişdir və müharibə yalnız sülh sazişi imzalananda bitir.
Hətta indiki dövrdə, İkinci Qarabağ müharibəsinin bitməsindən beş il keçməsinə baxmayaraq, bizim Ermənistanla sülh müqaviləmiz yoxdur. Bəli, sakitlikdir, itkilər yoxdur və bu da bugünkü vəziyyətin böyük üstünlüyüdür. Lakin sülh sazişi imzalanana qədər burada sabitlik olmayacaq.
Eyni yanaşmanı dünyanın bütün digər hissələrinə - Yaxın Şərqə və Afrikaya da şamil etmək olar. Əfsuslar olsun ki, münaqişələrin sayı artmaqdadır və əgər siz öz həllini tapmış münaqişə axtarsanız, görə bilərsiniz ki, sadəcə burada, Qarabağda olan münaqişə öz həllini tapıb. Bu, beynəlxalq hüquq, tarixi ədalət əsasında həllini tapmış yeganə münaqişədir. Bu həlli bütün dünya qəbul edir".
Dövlət başçısının açıqlaması beynəlxalq münasibətlərin reallıqlarını və müasir geosiyasi dinamikaları dəqiq təsvir edir. Münaqişələrin həlli və uzunmüddətli sabitliyin təmin edilməsi məsələsində hədsiz nikbinlik əvəzinə realist yanaşmanın zəruriliyi vurğulanır. Tarixi təcrübə göstərir ki, müharibələrin formal olaraq dayandırılması sülhün tam bərqərar olması anlamına gəlmir. Sülhün dayanıqlı olması üçün əsas şərtlərdən biri hərtərəfli və hüquqi əsaslara söykənən sülh sazişinin imzalanmasıdır. Bu kontekstdə Azərbaycanın 30 ilə yaxın davam edən Ermənistanla münaqişə təcrübəsi, eləcə də Rusiya-Ukrayna müharibəsi ilə bağlı narahatlıqlar xüsusi diqqət çəkir.

Beynəlxalq miqyasda baş verən qlobal dəyişikliklərə konseptual yanaşması ilə seçilən bu müsahibədə dövlət başçımız dünyaya yeni mesajlarını çatdırmış oldu. Həmin mesajların leytmotivini Azərbaycan və onun milli maraqları təşkil edirdi – desək, səhvə yol vermərik. Bu dəyişməz siyasi xəttin bünövrəsi 1993-cü ildə – Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışından sonra qoyulub. Onun müəllifi olduğu azərbaycançılıq ideologiyasının təməlində məhz milli və dövlət maraqlarının vəhdəti durur. Azərbaycanda bu iki dəyərin bir-birini tamamlaması, üst-üstə düşməsi təsadüfi deyil. "Euronews"a müsahibədə milli maraqlarımızın daim üstün tutulacağının vurğulanması həmin sağlam siyasi xəttin Prezident İlham Əliyev tərəfindən uğurla və qətiyyətlə davam etdirilməsinin təzahürüdür.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü

BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 681   Tarix: 17 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.