"Qərbin təxribatına uyan Ermənistanın hansı addımlar atacağı müəmmalı xarakter daşıyır" - POLİTOLOQDAN AÇIQLAMA
Prezident İlham Əliyevin "Euronews" televiziyasına verdiyi müsahibədə:
"İkinci Qarabağ müharibəsinin bitməsindən beş il keçməsinə baxmayaraq, Ermənistanla sülh müqaviləmiz yoxdur. Bəli, sakitlikdir, itkilər yoxdur və bu da bugünkü vəziyyətin böyük üstünlüyüdür. Lakin sülh sazişi imzalanana qədər burada sabitlik olmayacaq.
Eyni yanaşmanı dünyanın bütün digər hissələrinə - Yaxın Şərqə və Afrikaya da şamil etmək olar. Əfsuslar olsun ki, münaqişələrin sayı artmaqdadır və əgər siz öz həllini tapmış münaqişə axtarsanız, görə bilərsiniz ki, sadəcə burada, Qarabağda olan münaqişə öz həllini tapıb. Bu, beynəlxalq hüquq, tarixi ədalət əsasında həllini tapmış yeganə münaqişədir. Bu həlli bütün dünya qəbul edir" deyə bildirib.
Bu halda Azərbaycan müharibəyə hazırlaşmalıdırmı?
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən politoloq Elçin Xalidbəyli bildirib ki, Cənubi Qafqazda yenidən müharibə olacaqsa, bu yalnız və yalnız Ermənistanın təxribatı nəticəsində başlaya bilər. Buna isə qərbdəki ermənipərəst qüvvələrin təhlükəsizlik təminatı ilə nail olması mümkündür:
"Ermənistan qərbdəki himayədarlarına güvənərək Azərbaycana qarşı təxribatlar törədə bilər. Müharibə olmasa da, qısa müddətli sakitliyin pozulmasına şərait yaratması gözləniləndir. Başqa bir halda, Cənubi Qafqazda müharibənin başlaması mümkün deyil. Azərbaycan dövləti öz ərazi bütövlüyünü təmin etdikdən sonra hər hansı bir ölkəyə qarşı hərbi planı mövcud deyil. Azərbaycan sülh istəyən dövlətdir. Ölkəmizin əsas hədəfi gələcək inkişaf perspektivlərinin istiqamətlərini müəyyənləşdirməkdən ibarətdir. Azərbaycan sülh və sabitlik şəraitində inkişaf barədə düşünür.
Prezident İlham Əliyevin "Euronews" televiziyasına verdiyi müsahibədə "- Sülh sazişi imzalanana qədər burada sabitlik olmayacaq" deyərkən bunları nəzərdə tutur. Sülh sazişi imzalandıqdan sonra Ermənistanın müharibə etmək ehtimalı azalır. Bundan sonra münaqişə arxa plana keçmiş olacaq.
Cənubi Qafqazda savaş təhlükəsinin qarşısını birdəfəlik ala biləcək yeganə faktor, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanmasından ibarətdir. Bu sazişin imzalanması üçün Ermənistan bütün təxribat və savaşa hazırlıq prosesini bir kənara qoyaraq Azərbaycanın tələblərini yerinə yetirməlidir. Ermənistan konstitusiyasında dəyişikliklər edərək Azərbaycana qarşı ərazi iddialarına son qoymalıdır. Bu halda sülh sazişi üçün irəliyə doğru önəmli addımlar atılmış olacaq.
Lakin hazırda qərbin təxribatına uyan Ermənistanın hansı addımlar atacağı müəmmalı xarakter daşıyır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 933 Tarix: 17 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMənzillərin qiyməti ucuzlaşır
Çində daşınmaz əmlaka investisiyaların azalması fonunda mənzillərin qiyməti ucuzlaşıb. Bunu xarici mediaya istinadən bildirib. Çin Milli Statistika Bürosunun açıqladığı mənzil qiymətləri indeksinə əsasən, oktyabr ayında ölkənin iri və orta ölçülü 70 şəhərinin əksəriyyətində yeni və ikinci əl mənzilləri
12:37 265 Kişi arvadının istəyi ilə ikinci dəfə evləndi
ABŞ-da qadın ev işlərindən və uşaqlara qulluq etməkdən yorulduğu üçün ərinə ikinci dəfə evlənməyi təklif edib. xarici mediaya istinadən xəbər verir ki, ailəsini dolandırmaq üçün həftənin altı günü işləməyə məcbur olan kişi evdə həyat yoldaşına kifayət qədər kömək edə bilməyib. Qadın isə həm ev işlərinin
19:30 183 Prezidentdən Xəzər dənizi ilə bağlı - Fərman
Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsinin sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında Azərbaycan Prezidenti İlham Əliyev Fərman imzalayıb. "Qafqazinfo" xəbər verir ki, Fərmana əsasən, Xəzər dənizinin (gölünün) Azərbaycana mənsu
16:59 271 Kirayə ev axtaranlara xəbər - "Qiymətlər əvvəlki səviyyəyə qayıtmayacaq"
Bakıda kirayə mənzil bazarında qiymətlər mövsümdən asılı olaraq dəyişir. Adətən yay aylarının sonu və payızın əvvəlində, xüsusilə tələbələrin paytaxta axını ilə əlaqədar kirayə evlər bahalaşır. Bəs hazırda Bakıda kirayə mənzillərin qiymətində enmə gözlənilirmi? Qarşıdakı aylarda ev kirayələmək istəyənlə
18:30 184 Ağcabədidə qəbiristanlıqdan 10 min manatlıq aksesuar oğurlanıb - FOTO
Ağcabədi rayonunda qəbiristanlıqdan xeyli sayda mərmər aksesuar oğurlanıb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Yuxarı Qiyaməddinli kənd qəbiristanlığında qeydə alınıb. Kənd sakinlərinin sözlərinə görə, bir neçə gün əvvəl yaxınlarının məzarını ziyarətə gedən şəxslər qəbirüstü abidələri
21:15 95 Millətlər Liqasının tarixini yenidən yazdı: Dyökereş Ronaldonu keçdi
İsveç millisini hücumçusu ardıcıl səkkizinci oyununda qol vuraraq Millətlər Liqasında unikal rekorda imza atıb. Noyabrın 14-də İsveç Millətlər Liqasının beşinci turunda Bosniya və Herseqovinanı 3-2 hesabı ilə məğlub edib. -ın xəbərinə görə, Viktor Dyökereş iki penaltini - biri 11-ci dəqiqədə, digər
19:45 161 Maksim Qalkin Bakıda toyda - Foto
Rusiyalı şoumen Maksim Qalkin Bakıda toy məclisinə qatılıb. Axşam.az xəbər verir ki, onun Bakıdan fotosunu aparıcı Leyla Quliyeva paylaşıb. Leylanın məclislərdən birində lentə aldığı görüntüdə Əməkdar artist Abbas Bağırov da yer alıb. Aparıcı paylaşımında "Çətin gün idi. Hərtərəfli çətin idi. Amm
11:36 325 Azərbaycan-Böyük Britaniya münasibətlərində yeni mərhələ
Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmlənməsi, regional və qlobal proseslərə artan təsiri, milli maraqlara əsaslanan müstəqil xarici siyasət kursu ölkəmizin aparıcı dünya dövlətləri ilə əlaqələrinin yeni məzmun qazanmasına zəmin yaradır. Bu baxımdan Azərbaycan Respublikas
15:04 291 Azərbaycan-Böyük Britaniya diplomatik münasibətlərində yeni inkişaf mərhələsi
Azərbaycanın milli maraqlara əsaslanan çoxvektorlu və balanslaşdırılmış xarici siyasət strategiyası ölkəni regional gücdən qlobal miqyaslı etibarlı strateji tərəfdaşa çevirib. Bu günlərdə dövlət başçısı İlham Əliyevin Dublində keçirilən "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısında iştirak
14:42 305