Merkel ictimai çıxışları zamanı ingiliscə danışmamağının səbəbini açıqladı

Merkel ictimai çıxışları zamanı ingiliscə danışmamağının səbəbini açıqladıAlmaniyanın keçmiş kansleri Angela Merkel (2005-2021-ci illərdə vəzifədə olub) ingilis dilində etdiyi səhvlərə görə həmişə ictimaiyyət qarşısında alman dilində danışdığını etiraf edib.

Oxu.Az-ın məlumatına görə, o, bu barədə "Berliner Zeitung" qəzetinə müsahibəsində bildirib.

Belə ki, müxbir kanslerdən həmişə tərcüməçisinin olub-olmadığını soruşub.

"Mən hələ Almaniya kansleri olmayan vaxtlarda ingiliscə danışırdım, çünki amerikalılar bunu xoşlayır və bu, daha sürətlidir. Sonra isə ABŞ və İngiltərədə təhsil almış ağıllı jurnalistlər mənə səhvlər etdiyimi göstərirdilər. O vaxtdan bəri mən həmişə ictimaiyyət qarşısında almanca danışıram", - deyə Merkel cavabında bildirib.

"İngilis dilində nə qədər yaxşı danışsanız da, daha incə detalları anlamaq üçün tərcüməçiyə sahib olmaq və ana dilinizdə danışmaq faydalı olacaq", - deyə o vurğulayıb.

Qeyd edək ki, Merkel (qızlıq soyadı Kasner) 17 iyul 1954-cü ildə Hamburqda lüteran keşiş və müəllimə ailəsində anadan olub. 2000-ci ildə o, "Xristian-Demokratik İttifaq" partiyasının ilk qadın sədri olub. 22 noyabr 2005-ci ildə Bundestaq Merkeli Almaniyanın federal kansleri seçib. 8 dekabr 2021-ci ildə o, rəsmi olaraq səlahiyyətlərini təhvil verib.

Merkel dəfələrlə "Forbes" jurnalının versiyasına görə, dünyanın ən nüfuzlu 100 qadın siyahısına başçılıq edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 679   Tarix: 16 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

ABŞ İrandan Hörmüzdəki hücumları dayandıracağını açıq şəkildə tələb edir və rüsum tətbiq etməyəcəyini bildirir

ABŞ-ın yüksək vəzifəli rəsmiləri bildiriblər ki, ABŞ İrandan Hörmüz boğazında gəmilərə hücumları dayandıracağını və boğazdakı bütün zolaqların rüsumsuz gəmiçilik üçün açıq olacağını açıq şəkildə bildirməsini tələb edir. BİG.AZ The Times of İsrael-ə istinadən xəbər verir ki, İran dünya neft tədarükünü

11:12 208
.

Şuşada "Sadıqcanın evi"nin bərpadan sonra açılışı olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də Şuşada tarix-memarlıq abidəsi olan "Sadıqcanın evi"nin bərpadan sonra açılışında iştirak edib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizi

15:49 173
.

Konqoda Ebolaya yoluxanların sayı artır

Konqo Demokratik Respublikasında (KDR) laboratoriyada təsdiqlənmiş Ebola qızdırması hallarının sayı son 24 saatda 32 nəfər artaraq 1830-a çatıb. -ın TASS-a istinadən xəbərinə görə, bu məlumatlar ölkənin Rabitə və KİV İşləri Nazirliyinin gündəlik bülletenində göstərilib. Məlumata görə, Eboladan ölənləri

17:30 149
.

Xaçmazda avtomobil su hovuzuna düşüb, 69 yaşlı sürücü ölüb

Xaçmaz rayonu, Ağyazıbuduq kəndi ərazisində avtomobil su hovuzuna düşüb. Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları cəlb olunub. Dalğıclar tərəfində

19:40 119
.

Gürcüstanda ilk dəfə Ana Südü Bankı fəaliyyətə başlayıb

Gürcüstanda ilk dəfə Ana Südü Bankı Batumidə, İaşvili adına Mərkəzi Ana və Uşaq Xəstəxanasında rəsmi olaraq fəaliyyətə başlayıb. "Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Açılış mərasimində Gürcüstanın işğal olunmuş ərazilərindən olan məcbur

17:50 145
.

İlham Əliyev Xocavənd rayonunun Quzeyxırman kəndində olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də Xocavənd rayonunun Quzeyxırman kəndində olub. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısına burada Quzeyxırman və Güneyxırman kəndlərində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlər barədə məluma

18:33 147
.

Xəzərin potensialı böyükdür, bəs niyə tam istifadə olunmur? - ARAŞDIRMA

Yayın ən isti günləri ilə birlikdə Xəzər sahillərində də canlanma hiss olunur. Həftəsonları Abşeron çimərliklərinə üz tutanların sayı xeyli artır, istirahət zonalarında isə sıxlıq müşahidə edilir. Lakin dəniz mövsümünə marağın yüksəlməsi ilə yanaşı, çimərlik turizminin uzun illərdir həllini gözləyə

15:50 153
.

Vadeful: Almaniya və Fransa Livanla bağlı ortaq siyasət hazırlamaq niyyətindədir

Almaniya və Fransa Livandakı vəziyyətin nizamlanması üzrə birgə təşəbbüslə çıxış etmək niyyətindədir. "Report" xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Yohann Vadeful "Tagesspiegel" qəzetinə müsahibəsində bildirib. "Biz Yaxın Şərqdə sülhün bərqərar olması üzr

19:50 113
.

Qaradağda AĞIR QƏZA - Ölən və yaralananlar var

Qaradağ rayonunda ölümlə nəticələnən qəza olub. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, qəza hadisəsi rayonun Qobustan qəsəbəsi ərazisində baş verib. Belə ki, hərəkətdə olan "Mercedes" markalı minik maşını "VAZ 21015" markalı avtomobillə toqquşub. Nəticədə "VAZ"ı

20:25 101
.

TOP MP3