"Ermənistanın son iki maddəni qəbul etməsi sülh sazişinin yaxın gələcəkdə imzalanacağını düşünməyə əsas verir" - Politoloq
Azərbaycan-Ermənistan sülh sazişinin mətni ilə bağlı danışıqlar prosesi yekunlaşıb.Son açıq qalan iki maddəni Ermənistan artıq qəbul etdiyini Azərbaycana çatdırıb. Bundan sonra münasibətlərin necə irəliləməsi gözlənilir?
Mövzu ilə bağlı BiG.AZ-a politoloq Elşən Manafov bildirib ki, Ermənistan sülh sazişinin mətni üzərində indiyədək mübahisəli olan son iki maddəni də qəbul edib və bu perspektivdə tərəflər arasında sülh sazişinin yaxın gələcəkdə imzalanacağını düşünməyə əsas verir. Lakin Ermənistan öz əsas qanununda da Azərbaycana yönəli ərazi iddialarından rəsmən imtina etməlidir. Bu isə referendumun keçirilməsindən sonra mümkündü:
"Erməni iqtidarı konstitusiyanın mətnində bəlli müddəaların Azərbaycan tərəfinin tələbi ilə ləğv edilməsi tələblərini ört-basdır etməyə çalışır. Paşinyanı bu məsələdə narahat edən amil müxalifətin seçkilər ərəfəsində bu amildən öz xeyrinə istifadə edə biləcəyi ilə bağlı məqamlardır. Müxalifət Paşinyanı Azərbaycanla danışıqlarda təslimçi mövqelərdə durduğunu iddia etməklə,onun ümummilli maraqlara xəyanət etdiyini qabartmaq və bu qara piardan öz konyuktur maraqları naminə istifadə etmək niyyətindədir.Paşinyan isə, bunlardan ehtiyat edərək konstitusiya islahatları və referendumla bağlı məsələlərin Avropa Birliyinə inteqrasiya zərurətindən irəli gəldiyini,Ermənistan qanunvericiliyinin Avropa standartlarına uygunlaşdırılması amilləri ilə izah etməyə çalışır.
Əlbəttə, rəsmi Bakı üçün əsas olan Ermənistan konstitusiyasında bizə yönəli ərazi iddialarının ləğvidir və bu proseslərin hansı ad altında baş tutacağı bir o qədər də böyuk önəm daşımır.
Sülh müqaviləsinin imzalanmasına mane ola biləcək digər amil rəsmi Bakının ATƏT-in Minsk qrupunun fəaliyyətinə xitam verilməsi və ümumiyyətlə onun ləğvi ilə bağlı mövqeyinə Ermənistan tərəfindən olan fərqli baxışdır.
Avropa ilə münasibətləri genişləndirmək və ona inteqrasiya proseslərini sürətləndirmək üçün rəsmi İrəvan Minsk qrupunun saxlanılmasını məqbul bilir,digər tərəfdən Ermənistanı bu məsələdə cəlb edən əsas amil Minsk qrupunun münaqişə tərəflərinə münasibətə həmişə ikili mövqeyi,xristian təəssübkeşliyi,obyektivlikdən uzaq mövqe sərgiləməsi olub. Bu qrup mövcud olduğu dönəmdə Azərbaycana munasibətdə qərəzli mövqeyi ilə yadda qaldığından rəsmi Bakı onun bundan sonra fəaliyyətində lüzum görmür".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 829 Tarix: 14 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş10° şaxta olacaq
Noyabrın 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağı
13:01 293 Məşhur aparıcı 15 il çalışdığı kanaldan getdi
Aparıcı Günel Qədimova uzun illərdir çalışdığı "Xəzər TV" ilə yollarını ayırıb. xəbər verir ki, o, bu barədə sosial şəbəkədə bildirib. Aparıcı iş yerindən öz razılığı ilə ayrıldığını qeyd edib:. "Bu gün 15 ilə yaxındır bir parçası olduğum Xəzər TV-dən öz istəyimlə ayrıldım. Bura məni
11:42 308 Bu işçilərə fasilələrin verilməsi yeni qaydada tənzimlənəcək - Prezident təsdiqlədi
Küləkli hava şəraitində kranlarla görülən işlərin dayandırılması və işçilərə fasilələrin verilməsi yeni qaydada tənzimlənəcək. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Əmək Məcəlləsinə dəyişiklik edilməsi haqqında Qanun imzalayıb. Yeni qanuna əsasən, küləyin gücü
12:34 233 Azərbaycanın xarici siyasətinin növbəti uğuru
Azərbaycan Respublikasının xarici siyasətində beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi, qarşılıqlı etimada əsaslanan əməkdaşlığın möhkəmləndirilməsi və milli maraqların beynəlxalq müstəvidə ardıcıl şəkildə təmin olunması mühüm istiqamətlərdən birini təşkil edir. Bu baxımdan Azərbaycan Respublikas
14:38 313 Qədəşovun kürəkəninə 11 il həbs - "Atland" müsadirə edildi
"Təbriz" MTK-nın xüsusilə külli miqdarda dələduzluqda və başqa cinayətlərdə ittiham olunan rəhbəri Nofəl Hacıyev və şirkətin icraçı direktoru Talış Məhəmmədovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsind
12:17 275 YAP - dünənin, bu günün və sabahın partiyasıdır
1991-ci ildə Sovet İmperiyasının dağılması nəticəsində oktyabrın 18-də Azərbaycan yenidən öz müstəqilliyini elan etdi. Sovet rejiminin və Kommunist Partiyasının süqutundan sonra müstəqillik əldə etmiş respublikalardan biri kimi Azərbaycanda da müxtəlif siyasi partiyalar və digər qurumlar yaranmağa başlandı
12:42 246 Azərbaycan-Böyük Britaniya münasibətlərində yeni mərhələ
Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmlənməsi, regional və qlobal proseslərə artan təsiri, milli maraqlara əsaslanan müstəqil xarici siyasət kursu ölkəmizin aparıcı dünya dövlətləri ilə əlaqələrinin yeni məzmun qazanmasına zəmin yaradır. Bu baxımdan Azərbaycan Respublikas
15:04 291 Ölkəmizin xarici siyasətinin növbəti diplomatik uğuru
Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli, praqmatik və milli maraqlara əsaslanan xarici siyasət ölkəmizin beynəlxalq mövqelərinin möhkəmləndirilməsində, nüfuzunun yüksəldilməsində və dünyanın aparıcı dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin genişləndirilməsində mühüm rol oynayır
15:00 292 Deputat Ağalar Vəliyevin oğluna məxsus "Kristal Bakı" vətəndaşları aldadır?
Ölkənin aparıcı tikinti şirkətlərindən biri olan "Kristal Bakı" ASC (VÖEN - 3103396091) satışa çıxardığı mənzilləri alıcılara fərqli qiymətlərlə təqdim edir. "Real Azərbaycan" xəbər verir ki, şirkətin rəsmi saytı - " vasitəsilə satışa çıxarılan mənzillərin aylıq ödəniş məbləğlər
15:36 267