Bakıda tikiş sexinin fəaliyyəti dayandırıldı - Video
Bakı şəhərinin Binəqədi rayonunda yerləşən "Bakı Tekstil Fabriki" MMC-yə məxsus tikiş sexinin fəaliyyəti dayandırılıb.
BiG.AZ xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb.
Bildirilib ki, nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən tikiş sexində yoxlama keçirilib.
Keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Belə ki:
- obyektdə ilkin yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb, həmçinin mövcud qurğuya texniki qulluq göstərilməyib;
- elektrik təsərrüfatı "Elektrik Qurğularının Quraşdırılması Qaydası"nın tələblərinə uyğun quraşdırılmayıb və elektrik təsərrüfatına profilaktik baxış keçirilməyib;
- obyektdə yanğın su hovuzu mövcud deyil və daxili yanğın kranları quraşdırılmayıb;
- obyekt odsöndürən balonlarla tam təmin olunmayıb;
- təxliyə planı mövcud deyil;
- obyektin taxta konstruksiyalarına odadavamlı məhlul hopdurulmayıb;
- obyektin müəyyən yerlərində yanar üzlüklərdən istifadə olunub;
- istehsalat və anbar otaqlarında yanar materialdan istifadə edilərək otaqlar yaradılıb;
- anbar sahəsində mallar "Yanğın Təhlükəsizliyi Qaydaları"nın tələblərinə uyğun yığılmayıb;
- obyektin ərazisi yanar tullantılardan təmizlənməyib;
- obyektin tikinti və lahiyə sənədləri yanğın təhlükəsizliyinə əməl olunması baxımından DYNX ilə razılaşdırılmayıb;
- obyektin daşınmaz əmlakının icbarı sığorta şəhadətnaməsi təqdim olunmayıb.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhərinin Binəqədi rayonunda yerləşən "Bakı Tekstil Fabriki" MMC-yə məxsus tikiş sexinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 649 Tarix: 12 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda xəyanət: həyat yoldaşından təzminat tələb etmək mümkündürmü? - HÜQUQŞÜNASDAN AÇIQLAMA
Azərbaycanda ailə münasibətlərində xəyanət məsələsi tez-tez hüquqi mübahisələrə səbəb olur. Həyat yoldaşı xəyanət edən şəxsə qarşı təzminat tələb etmək mümkün olub-olmaması maraq doğuran suallardandır. Azərbaycan qanunvericiliyi ailə və nikah münasibətlərində tərəflərin həm maddi, həm də mənəvi hüquqların
14:28 235 "Samsung" un ən bahalı modeli problemlərlə gündəmdə
Samsung-un qatlanan smartfonu Galaxy Z TriFold istifadəçilərinin şikayətləri artmaqdadır. xarici mediaya istinadən xəbər verir ki, cihaz sahibləri Reddit və digər sosial şəbəkələrdə ekran və menteşə nasazlıqları ilə bağlı paylaşımlar edirlər. İstifadəçilərin sözlərinə görə, problemlər cihaz alındıqda
11:36 244 İrəvanda silahlı insident: 10 nəfər yaralandı
İrəvanın inzibati rayonlarından biri olan Ayapnyakda silahlı insident baş verib, nəticədə 10 nəfər yaralanıb. xarici mediaya istinadən xəbər verir ki, bu barədə "PastInfo" xəbər agentliyi məlumat yayıb. Bildirilir ki, hadisə yerindən avtomat və tapançaya məxsus bir neçə giliz, qan izləri, bıçaq
11:07 199 Ölüm xəbəri yayılan Orxan Lökbatanlının vəziyyəti stabildir
Bir neçə gün öncə ağır əməliyyat keçirən məşhur meyxanaçı Orxan Lökbatanlı haqda sosial mediada dezinformasiya yayılıb. -ın verdiyi xəbərinə görə, məlumat həqiqəti əks etdirmir. Meyxanaçı ilə əlaqə saxlanılıb, hazırda vəziyyəti stabildir. Qeyd edək ki, yayılan yalan xəbər meyxanaçının izləyicilərin
10:33 400 "Övladınızın harada və kiminlə vaxt keçirdiyini bilin" - DİN
Daxili İşlər Nazirliyi tərəfindən cinayətlərin, o cümlədən uşaqlara qarşı törədilən ailə-məişət xarakterli zorakılıq əməllərinin qarşısının alınması istiqamətində aidiyyəti dövlət qurumları ilə birgə profilaktik tədbirlər davam etdirilir. DİN-in Mətbuat xidmətindən Axşam.az-a bildirilib ki, uşaq təkc
11:41 264 Bakcell və Peerstack Academy "The Tech Builders" layihəsinə start verib
İnnovasiya lideri Bakcell və Peerstack Academy gənclərin innovasiya və rəqəmsal bacarıqlar sahəsində inkişafını dəstəkləyən "The Tech Builders" layihəsinə start verib. Layihə çərçivəsində Peerstack Academy-də tələbələrlə görüş keçirilib. Tədbirdə Bakcell-in İctimaiyyətlə əlaqələr və korporati
16:10 150 İran müharibəsindən qorxan Trampın hərbi seçimləri: Dörd ssenari
ABŞ ilə İran arasında artan gərginlik fonunda Vaşinqtonun hərbi əməliyyatlara başlaya biləcəyi ehtimalı yenidən gündəmə gəlib. Məlumata görə, diplomatik danışıqlar davam etsə də, bölgədə baş verən son hadisələr mümkün müharibə riskinin artdığını göstərir. Məqalədə qeyd olunur ki, ABŞ Prezidenti Donal
15:51 177 Tramp İrana hücum variantlarını nəzərdən keçirərkən ABŞ təyyarədaşıyan gəmisi İsrail sahillərinə yerləşdirilə bilər
ABŞ mediası xəbər verir ki, Prezident Tramp 2003-cü ildən bəri Yaxın Şərqdə ən böyük Amerika hərbi kontingenti qurduğu bir vaxtda İrana zərbələr endirmək üçün variantları nəzərdən keçirir; The New York Times qəzetinin məlumatına görə, USS Gerald Ford hələ gəlməyib, lakin əvvəlcə İsraili müdafiə etməs
11:52 249 Putinin köməkçisi Cenevrədə iki saatlıq gizli görüş keçirib
Rusiya prezidentinin köməkçisi Vladimir Medinski hava limanına yola düşməzdən əvvəl Cenevrə "İnterkontinental" hotelində iki saatlıq qapalı danışıqlar aparıb. APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Danışıqlar qrupundakı mənbə "İzvestiya"ya bildirib. Mənbə görüşün kiminl
18.02.2026 328