Qida israfının qarşısını necə ala bilərik?-MÜTƏXƏSSİSDƏN AÇIQLAMA

Qida israfının qarşısını necə ala bilərik?-MÜTƏXƏSSİSDƏN AÇIQLAMAQida israfı qlobal miqyasda ciddi sosial, iqtisadi və ekoloji problemlər yaradır. Statistikaya nəzər salsaq dünyada istehsal olunan bütün qidaların təxminən 30-40%-i israf olunur. Bu təkcə maddi itkilərə səbəb olmur, həm də su, enerji və təbii resursların boş yerə sərf olunmasına gətirib çıxarır. Qida tullantılarının azaldılması həm fərdi, həm də cəmiyyət səviyyəsində vacib bir məsələdir.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən sağlam qida təbliğatçısı Asim Vəliyev bildirib ki, insanlar ehtiyaclarından artıq qida almağa meyllidirlər. Bu, adətən tələsik və plansız alış-verişin nəticəsində baş verir. Bunun qarşısını almaq üçün yalnız ehtiyacımız olan məhsulları almalıyıq. Ac olduğumuz zaman çalışaq ki alış-verişə getməyək. Bu hal lazımsız və həddindən artıq qida almağa gətirib çıxarır. Böyük həcmdə qida almaqdansa, az miqdarda və mütəmadi almaq daha məqsədə uyğundur:

Qida israfının qarşısını necə ala bilərik?-MÜTƏXƏSSİSDƏN AÇIQLAMA"Bəzən insanlar artıq miqdarda yemək bişirir və onu israf edirlər. Bunun qarşısını almaq üçün yeyə biləcəyimiz qədər yemək hazırlamalıyıq. Artıq qalan yeməkləri düzgün saxlayıb və növbəti gün üçün istifadə edə bilərik. Artıq qalmış çörəkdən qırıntılar hazırlamaq, tərəvəzlərdən şorba etmək olar. İstifadə edilməyən, amma yararlılıq müddəti keçməmiş məhsulları ehtiyacı olan insanlarla bölüşmək qida israfının qarşısını almağın ən humanist üsullarından biridir.
Restoranlar və marketlər qida tullantılarının əsas mənbələrindən biridir. Onlar artıq qalan yeməkləri ehtiyacı olanlara bağışlaya bilər. Kiçik porsiyalar təklif edərək müştərilərin artıq sifariş verməsinin qarşısını ala bilər. Müştəriləri qalan yeməkləri evə aparmağa təşviq edə bilər. Bəzi hallarda artıq bir çox müştərilər restoranlarda artıq qalmış qidaları paketləyərək evə aparırlar. Əslində bu yaxşı haldır.
Hər sahədə olduğu kimi qida israfına qarşı mübarizədə maarifləndirmə mühüm rol oynayır. İnsanlar bu məsələnin ciddiliyini dərk edərək bu istiqamətdə fərdi və kollektiv tədbirlər görməlidirlər. Məsələn, məktəblərdə və iş yerlərində maarifləndirmə kampaniyaları aparıla bilər. Sosial mediada qida israfı ilə bağlı məlumatlar paylaşa bilərik.
Qida israfına qarşı mübarizə həm fərdi, həm də cəmiyyət səviyyəsində davamlı səylər tələb edir. Düzgün planlaşdırma, şüurlu istehlak vərdişləri və sosial məsuliyyət qida tullantılarının azalmasına və resursların daha effektiv istifadəsinə gətirib çıxara bilər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1187   Tarix: 11 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.