Smartfon batareyasının ömrünü uzatmaq üçün necə şarj etməliyik?
Smartfonlarda istifadə olunan Li-ion və Li-Pol batareyalar zamanla öz tutumunu itirərək sürətlə boşalır. Yeni cihazlarda tam şarj batareya bütün günü təmin etsə də, 2-3 ildən sonra cihazı gün ərzində bir neçə dəfə şarj etmək lazım gəlir. Batareyanın təbii şəkildə zəifləməsini tamamilə qarşısını almaq mümkün olmasa da, bəzi qaydalara riayət edərək bu prosesi yavaşlatmaq olar.
BAKU.WS həmin tövsiyələri təqdim edir.
Temperatur nəzarəti:
Həm çox soyuq, həm də yüksək temperatur batareyanın ömrünü qısaldır. Soyuq mühitdə şarj zamanı lithium ionlarının anoda yapışaraq normal işini poza bilməsi, isti şəraitdə isə kimyəvi proseslərin sürətlənməsi müşahidə olunur. Optimal şarj temperaturu otaq şəraiti, yəni təxminən 20°C-dir.
Batareya səviyyəsinin qorunması:
Tamamilə boşalma və ya tam şarj vəziyyəti batareyaya mənfi təsir göstərir. Bir çox smartfon istehsalçısı (məsələn, iPhone, Google Pixel, Sony Xperia) batareyanın ömrünü uzatmaq məqsədilə avtomatik 80%-ə qədər şarj məhdudiyyəti tətbiq edir. Bu üsul batareyanın maksimum gərginliyə uzun müddət məruz qalmasının qarşısını alır.
Orijinal və sertifikatlı şarj cihazlarından istifadə:
Yüksək keyfiyyətli şarj adapterləri düzgün cərəyan və gərginlik təmin edir, bu da cihazın batareyasının zədələnməsinin qarşısını alır. Keyfiyyətsiz adapterlər həm də özləri istilik problemi yarada bilər.
Sürətli şarj funksiyasından ehtiyatlı istifadə:
Sürətli şarj rahat olsa da, batareyanın daha yüksək istiləşməsinə və dolayısıyla sürətli aşınmasına səbəb olur. Gündəlik istifadə üçün daha aşağı güclü adapterlər (10–15 W) seçilərsə, batareya ömrü uzana bilər.
Mütəxəssislər bildirir ki, bütün qaydalara dəqiq riayət edilməsə belə, batareyanın ciddi performans düşüşü 1-2 il ardıcıl istifadədən sonra nəzərə çarpır. Əsas diqqət isə ekstremal şərtlərdən, xüsusilə soyuq mühitdə şarjdan qaçınmaqdan ibarətdir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1156 Tarix: 10 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAğcabədidə qəbiristanlıqdan 10 min manatlıq aksesuar oğurlanıb - FOTO
Ağcabədi rayonunda qəbiristanlıqdan xeyli sayda mərmər aksesuar oğurlanıb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Yuxarı Qiyaməddinli kənd qəbiristanlığında qeydə alınıb. Kənd sakinlərinin sözlərinə görə, bir neçə gün əvvəl yaxınlarının məzarını ziyarətə gedən şəxslər qəbirüstü abidələri
21:15 95 Bab əl-Məndəb və Hörmüz eyni vaxtda risk altında: Azərbaycan tranzit marşrutları üçün bunun mənası nədir?
Körfəzdə gərginlik yenidən artıb. Noyabrın 13-də İran İnqilab Keşikçiləri Korpusu Bəhreyndəki ABŞ radarına hücum etdiyini açıqladı. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) iki dronun vurulduğunu bildirdi, itki və zərər olmadığını dedi və radar iddiasını təkzib etdi (Al Jazeera, Reuters). Hər iki tərəfin iddias
20:53 103 Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığı: yeni dünya nizamında nümunəvi əməkdaşlıq modeli
Dünya siyasətində baş verən fundamental dəyişikliklər, geosiyasi rəqabətin güclənməsi və qlobal iqtisadi münasibətlərin yenidən formalaşması dövlətlər qarşısında yeni vəzifələr müəyyənləşdirir. Belə bir şəraitdə beynəlxalq mövqe yalnız siyasi və iqtisadi resurslarla deyil, həm də düzgün tərəfdaşlıq strategiyası
15:06 295 Novxanıda sərnişinlər avtobusda ekstrim yaşadı - Video
Paytaxtın Zabrat qəsəbəsi ilə Novxanı qəsəbələrini birləşdirən 537 saylı müntəzəm marşrut xəttində maraqlı anlar yaşanıb. "Qafqazinfo" xəbər verir ki, Novxanı qəsəbəsi istiqamətində əsas yolun bağlı olması səbəbindən nəqliyyat vasitələri çimərliklərin ərazisi ilə hərəkət etməli olub. Bu zama
11:51 468 YAP Cənubi Qafqazın ən böyük siyasi təşkilatıdır
Yeni Azərbaycan Partiyası hazırda ölkəmizdə olan bir çox partiyalar arasında istər siyasi fəaliyyəti baxımdan, istərsə də üzvlərinin sayına görə xüsusi ilə seçilir. Partiyanın yaranması 90-cı illərə təsadüf edir. Həmin dövr ölkəmizin siyasi-iqtisadi həyatında çətin vəziyyətlə yaddaşlarda qalıb. Bütü
12:49 237 Azərbaycanda minimum əməkhaqqı 500 manat civarında olacaq
Azərbaycanda minimum əməkhaqqının nə qədər artacağı ilə bağlı müzakirələr yekunlaşmaq üzrədir. -ın əldə etdiyi məlumata görə, minimum əməkhaqqının 100 manat civarında artırılması proqnozlaşdırılır. Xatırladaq ki, hazırda bu rəqəm 400 manatdır. Noyabrın sonunda, dekabrın əvvəlində isə sözügedən layihəni
14:11 328 Azərbaycanda koronavirus sürətlə yayılır - "Qripdən fərqlənmir"
Dünyanın bir sıra ölkələrində koronavirusun PJ.2.1 adlı yeni variantı aşkarlanıb. Bu ştamın əlamətləri adi soyuqdəymə və mövsümi qripə bənzəyir. PJ.2.1 ilk dəfə 2026-cı il mayın 2-də Kanadanın Ontario əyalətində müəyyən edilib. Daha sonra ölkənin digər bölgələrində də yoluxma halları qeydə alınıb. İyunu
20:00 188 Dövlət qulluqçusunun pedaqoji fəaliyyəti yeni qaydada tənzimlənəcək
Dövlət qulluqçusunun pedaqoji fəaliyyəti yeni qaydada tənzimlənəcək. -a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı Dövlət Qulluğu Məcəlləsində əksini tapıb. İndiyə qədər qüvvədə olan "Dövlət qulluğu haqqında" qanuna görə, dövlət qulluqçusunun əlav
16:06 238 Din xadimləri dövlət qulluqçusu ola bilməyəcək
Din xadimləri, digər dövlətin vətəndaşlığını qəbul etmiş və (və ya) digər dövlətlər qarşısında öhdəliyi olan şəxslər, o cümlədən və siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan xəstəlikləri ilə əlaqədar dövlət orqanlarında qulluq keçməyə uyğun olmaya
19:00 179