HONOR-un, süni zəka üzərindən işləyən cihazlar ekosisteminə keçidi üçün nəzərdə tutulan yeni korporativ strategiyasını təqdimatı keçirilib

HONOR-un, süni zəka üzərindən işləyən cihazlar ekosisteminə keçidi üçün nəzərdə tutulan yeni korporativ strategiyasını təqdimatı keçirilibQlobal texnologiya brendi HONOR-un, süni zəka üzərindən işləyən cihazlar ekosisteminə keçidi üçün nəzərdə tutulan yeni korporativ strategiyasını təqdimatı keçirilib.

Açıq əməkdaşlıq prinsiplərinə əsaslanan üç mərhələli fəaliyyət planı təqdim edilib.

[Barselona, ​​İspaniya - 2 mart 2025-ci il] - Qlobal texnologiya brendi HONOR ötən günlərdə texnologiya nəhəngi smartfon istehsalçısından AI cihaz ekosistem şirkəti olmaq üçün yeni korperativ strategiyası HONOR ALPHA PLAN ilə bağlı bütün yenilikləri də elan edib. Bu üç mərhələli plan, HONOR-un yeni ağıllı dünyaya keçid etmək üçün atacağı cəsarətli addımları ətraflı şəkildə təsvir edir və sənayeni insan potensialını maksimuma çatdıran və nəticədə bütün bəşəriyyətə fayda verən açıq, dəyər mübadiləsi ekosistemi yaratmağa çağırır.

HONOR-un, süni zəka üzərindən işləyən cihazlar ekosisteminə keçidi üçün nəzərdə tutulan yeni korporativ strategiyasını təqdimatı keçirilib"Aydındır ki, süni intellekt inqilabı məişət texnikası sənayesinin yenidən formalaşdıracaq, məhsuldarlığımızı, cəmiyyətimizi və hətta mədəniyyətimizi əvvəlkindən daha çox dəyişdirəcək," - deyə HONOR-un baş direktoru James Li bildirib. "Mən hamımızı birləşməyə və süni intellekt texnologiyasının yaratdığı çətinliklərə və geniş imkanlara birlikdə cavab verməyə çağırıram. Sənayeni həqiqətən açıq olmağa dəvət edirəm ki, bu həyəcanverici süni intellekt gələcəyini tam şəkildə qəbul edə bilək. Gəlin bunu birlikdə edək.
"HONOR ALPHA PLAN adının seçilməsi unikal simvolik məna daşıyır. Yunan əlifbasının ilk hərfi olan "Alpha", HONOR-un texnoloji mükəmməllik üçün dayanmadan çalışmasını ifadə edir. Həmçinin, Çin dilində "insan" (人) sözü mənasını verən heroqlif, "α" (alfa) hərfinin aşağı hissəsində gizlənmişdir. Bu, HONOR-un insan yönümlü innovasiyalara sadiqliyini və Qərblə Şərqi birləşdirən qlobal yanaşmasını əks etdirir.
Sözü gedən bu plan üç əsas mərhələdən ibarətdir. İlk mərhələ yüksək intellektə sahib cihazların yaradılmasıdır. HONOR AI dövründə yeni cihaz modellərini formalaşdırmaq üçün tərəfdaşları ilə texnologiya üfüqlərini dəf edərək, birgə innovasiya həllərini həyata keçirəcəkdir. Növbəti mərhələdə sənaye sərhədlərini aşaraq, fiziki AI dövrünün təməli qoyulacaqdır. Son mərhələdə isə Süni Ümumi İntellekt (AGI) dövrünə qədəm qoyaraq, HONOR insan potensialının sərhədlərini aşmağa və yeni sivilizasiya modelini formalaşdırmağa töhfə verəcəkdir.
HONOR-un bu yolda ilk addımı insan yönümlü süni zəkadan istifadə edəcək intellektual telefonun yaradılması olacaqdır. Sözü gedən bu telefon, insan potensialını maksimum dərəcədə artırmaq üçün xüsusi hazırlanaraq, HONOR-un təqdim etdiyi qabaqcıl AI texnologiyalarını özündə birləşdirəcək.
Agentic AI Dövrü üçün Aparıcı AI Texnologiyası
HONOR tərəfindən hazırlanmış dünyanın ilk GUI əsaslı şəxsi mobil AI agenti, gündəlik istifadə rahatlığını ağıllı texnologiya ilə yenidən müəyyənləşdirir.

Google Cloud və Qualcomm Technologies ilə əməkdaşlıqda keçirilən texnologiya nümayişində HONOR süni intellekt agentinin HONOR Calendar-da qeydə alınmış görüşlər və trafik məlumatlarını nəzərə alaraq üçüncü tərəf xidməti vasitəsilə masa sifariş etməyə necə kömək edə biləcəyini nümayiş etdirib. HONOR yaxın gələcəkdə beynəlxalq bazarlarda da öz cihazlarında köməkçi-agent istifadə təcrübələrini reallaşdırmağı planlaşdırır.

Həmçinin istehsalçı, HONOR-un təsvir texnologiyası üçün yeni brend olan AiMAGE ilə mobil fotoçəkiliş imkanlarını genişləndirir. AI Kernel ilə təchiz edilmiş AiMAGE, device-cloud AI modellərini dəstəkləyən ilk həllidir. Belə ki, adi model təsvirin aydınlığı 50% artırmaq üçün 1,3 milyard parametr modelinin dəstəklənməsi tələb olunurdusa, device-cloud-da şəkillərin keyfiyyətini kütləvi şəkildə artırmaq üçün 12,4 milyard parametr modelinə əsaslanan daha geniş miqyaslı hesablama resurslarından faydalanılır.

Burada həmçinin, AiMAGE-ın əsasını təşkil edən və eyni dərəcədə vacib olan AI ekosistem komponentini də qeyd etmək lazımdır. Belə ki, partnyorlarla, o cümlədən Google Cloud ilə əməkdaşlıq edərək, HONOR daha intuitiv süni zəka xüsusiyyətlərini smartfonlarına inteqrasiya edərək, təsvir təkliflərinin çox yönlülüyünü təkmilləşdirməyə davam edəcək. Köhnə portretləri bərpa etmək üçün yeni AI Upscale xüsusiyyəti bu ilin Mart ayından başlayaraq Snapdragon® 8 Elite Mobil Platforması ilə təchiz edilmiş HONOR Magic7 seriyasına tədricən tətbiq ediləcək.

Bundan əlavə, HONOR dünyanın ilk tam ekosistemli fayl paylaşma texnologiyasını da təqdim etmişdir. Bununla, istifadəçilər faylları bir və ya bir neçə iOS və Android cihazlarına köçürmələrindən asılı olmayaraq, ultra sürətli transferdən zövq ala biləcəklər. Həmçinin, istehsalçı AI Deepfake-nin təyin edilməsi funksiyasının tezliklə beynəlxalq bazarlarda ən son flaqman smartfonlarında təqdim olunacağını açıqlamışdır.

Qlobal Tərəfdaşlarla Açıq, Dəyər Paylaşımı Ekosisteminin birgə yaradılması
"Fiziki süni zəka dövrünə qədəm qoyduğumuz bir vaxtda biz sənaye sərhədlərimizi aşmalıyıq və AI ekosistemi üçün yeni paradiqma yaratmalıyıq" deyə cənab Li qeyd edib. Strateji planının ikinci mərhələsini həyata keçirmək üçün HONOR sənayenin daha geniş cihaz bazasının süni zəka imkanlarından istifadəsini təmin etməyə çağıraraq, qlobal tərəfdaşlarla dəyər mübadiləsi ekosistemini birgə yaradır. Öz öhdəliyinin sübutu olaraq, HONOR bu gün bu planı maliyyələşdirmək üçün növbəti beş il ərzində 10 milyard ABŞ dollarından çox sərmayə yatıracağını elan edib.

"Sonunda məqsədimizə çataraq, biz insan potensialının sərhədlərini aşacağıq və AGI dövründə sivilizasiya üçün yeni paradiqma yaradacağıq. Karbon əsaslı həyat və silikon əsaslı zəka arasında birgə mövcudluğun şahidi olacaqsınız. "Buna görə də hər birimiz zəkalı bir dünya yaratmaq üçün insan potensialını maksimuma çatdırmalı və birlikdə işləməliyik" deyən, cənab Li, planının üçüncü və sonuncu addımını həyata keçirmək üçün hər kəsi HONOR-a qoşulmağa dəvət etdi.

Google Cloud, Qualcomm Technologies, Inc., CKH Group, Orange, Telefónica və Vodafone-dan nümayəndələr səhnədə cənab Li-yə qoşularaq ağac işıqlandırma mərasimini həyata keçirdilər. Süni intellekt ekosistemini və süni intellekt cihazlarını təmsil edən işıq ağacının işıqlandırılması, sənaye tərəfdaşlarının bütün dünyadakı istehlakçılara xidmət edəcək süni intellekt cihaz ekosistemini birgə inkişaf etdirmək üçün əməkdaşlığını simvolizə etdi.
"Bu gün HONOR, süni intellektin cihaz istifadəçi təcrübəsinin hər aspektini dəstəkləyəcəyi bir gələcək üçün cəsarətli yeni bir vizyon təqdim etdi. Texnologiyamızı inteqrasiya edərək, növbəti nəsil süni intellekt cihazlarını gücləndirmək üçün HONOR ilə əməkdaşlıq etməkdən məmnunuq," dedi Alex Katouzian, Qualcomm Technologies, Inc.-in Mobil, Hesablama və XR, Geyilə bilən Texnologiyalar Qrupunun Baş Meneceri.
"Əməkdaşlıq - AI üçün açıq ekosistemi birləşdirən bir əsasdır. Biz HONOR və digər sənaye tərəfdaşları ilə bu yüyürüşdə əl-ələ verməkdən məmnunuq. Biz Google Gemini-nin süni zəka modellərini HONOR cihazlarına inteqrasiya etmək və bütün dünyada istifadəçilər üçün onların məlumat təhlükəsizliyini və istifadəçi məxfiliyini qoruyarkən əvvəllər heç vaxt mümkün olmayan yeni imkanlar yaratmaq üçün dayanmadan işləyirik", - deyə Google Cloud üzrə Qlobal Həllər və İstehlakçı AI-nin idarəedici direktoru Matt Valdbusser bildirib.

HONOR ALPHA PLAN-ın istehlakçı yönümlü yanaşmaya yetirdiyi diqqəti nümayiş etdirmək üçün HONOR Avropa bazarından başlayaraq HONOR Magic seriyası üçün yeddi illik Android OS və təhlükəsizlik yeniləmələri təqdim etməyi öhdəsinə götürmüşdür.

Bundan əlavə, HONOR ilkin məqsədi kimi, üzümüzə gələn beş il ərzində, yəni 2040-cı ilə qədər, operativ karbon neytrallığına nail olmaq üçün davamlılıq təşəbbüslərini sürətləndirməyi öhdəsinə götürmüşdür. HONOR həmçinin 2050-ci ilə qədər bütün tədarük zənciri və məhsulları üzrə karbon neytrallığına nail olmaq planını açıqlamışdır.

Yeni Məhsul Sərgisi
MWC Barcelona 2025-də HONOR beynəlxalq bazarlardakı istehlakçılara daha çox seçim təqdim etmək üçün bir neçə yeni məhsul təqdim etdi. Zərif üzüm yarpağı əyrili dizaynı və yüngül gövdəsi ilə AI PC HONOR MagicBook Pro 14, HONOR Turbo X inteqrasiyası sayəsində güclü performans və rekord qıran batareya ömrü təmin edir.

HONOR Pad V9 isə sənayedə lider olan 2.8K HONOR Eye Comfort displeyini və ən yaxşı performans göstərən batareyalardan birini ultra nazik korpus altında toplayaraq, süni zəka üzərindən işləyən öyrənmə və ofis proqramları təcrübəsini təqdim edir.

Burada təqdim olunmuş digər cihaz, premium dizayn və ağıllı texnologiyaları özündə birləşdirən HONOR Watch 5 Ultra isə, öz növbəsində istifadəçilərə fiziki aktivliklərini izləmək üçün 15 günə qədər batareya ömrü təklif edir.

HONOR süni zəka üzərində işləyərək real zaman çərçivəsində sinxron tərcüməni dəstəstəkləyən və bir çox daha üstün xüsusiyyətə malik, güclü səs ötürməsini təmin edən HONOR Earbuds Open, erqonomik qulaqlıqları da sözü gedən tədbirdə təqdim etmişdir.

MWC Stendi haqqında ətraflı məlumat
3-6 mart tarixləri arasında MWC Barcelona 2025-in ziyarətçiləri HONOR və onun tərəfdaşlarının ən son yenilikləri ilə tanış olmaq üçün Fira Gran Via-nın 3-cü zalında yerləşən HONOR stendini ziyarət edə bilərlər.

###

Snapdragon Qualcomm Incorporated şirkətinin qeydə alınmış ticarət nişanıdır. Snapdragon və/və ya Qualcomm Technologies, Inc.-nin törəmə şirkətlərinin məhsuludur.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 10461   Tarix: 06 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

BU ŞƏXSLƏR 15-20 İL TEZ PENSİYAYA ÇIXA BİLƏR - Kimlərin pensiya yaş həddi azaldılıb?

Bu aydan Azərbaycanda qadınlar ilə kişilərin pensiya yaşları bərabərləşdi. Bəs, kimlər daha tez pensiyaya çıxa bilərlər? Bu siyahını necə genişləşdirmək olar?. Bu suala cavabında iqtisadçı deputat Vüqar Bayramov bildirib ki, daha tez pensiyaya çıxmaq hüququ yalnız çox uşaqlı ailələrə deyil, bir sır

00:15 115
.

Moldova hökuməti Ukraynadan olan BANKİRƏ TAPŞIRILIR

Moldova Prezidenti Maya Sandu Ukraynada yaşayan bankir Vasili Tofanı ölkənin baş naziri vəzifəsinə namizəd kimi irəli sürüb. -ın xəbərinə görə, bu barədə "RİA Novosti" nəşri məlumat verib. Brifinq zamanı ölkə lideri bildirib ki, "Hərəkət və həmrəylik" partiyası ilə məsləhətləşmələ

11.07.2026 162
.

Prezident İlham Əliyev "Xankəndi" hotelinin açılışında iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də "Xankəndi" hotelinin açılışında iştirak edib. "Report" xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri Ramin Quluzadə dövlətimizin başçısına "Xankəndi" Mehmanxana Kompleksinə aid "Xankəndi" hotelind

11.07.2026 182
.

Kimlər hərbi xidmətə yararsız sayılır? - RƏSMİ AÇIQLAMA

Hər il hərbi xidmətə çağırış prosesi başladıqda cəmiyyətdə eyni suallar yenidən gündəmə gəlir. Vətəndaşların bir qismi hərbi xidmətə cəlb olunsa da, müəyyən kateqoriyaya aid şəxslər sağlamlıq vəziyyəti, fiziki göstəriciləri və ya qanunvericilikdə nəzərdə tutulan digər əsaslara görə hərbi xidmətə yararsı

00:17 122
.

İlham Əliyev Xocavənd rayonunun Quzeyxırman kəndində olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də Xocavənd rayonunun Quzeyxırman kəndində olub. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısına burada Quzeyxırman və Güneyxırman kəndlərində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlər barədə məluma

11.07.2026 163
.

Bakıda bu tarixlərdə GÜCLÜ KÜLƏK ƏSƏCƏK - XƏBƏRDARLIQ!

İyulun 12-14-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə güclü külək əsəcək. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti sarı xəbərdarlıq yayıb. Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi, Naxçıvan MR, Şəmkir, Gəncə, Daşkəsən

11.07.2026 255
.

Prezident: "Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir"

"Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və bu gözəl inkişafı görəndə, əlbəttə ki, ürəyim sevinir. Bir daha əmin oluram ki, biz nə qədər böyük xalqıq, qurub-yaradan xalqıq". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Xocavənddə Quzeyxırman və Güneyxırma

11.07.2026 143
.

Azərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-dən çox artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan Türkiyədən 28,789 milyon ABŞ dolları dəyərində geyim idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 26,4 % çoxdur. Təkcə iyunda Türkiyə Azərbaycana 3,699 milyon ABŞ dolları dəyərind

11.07.2026 129
.

Ət bazarında çalxalanma - QİYMƏT ARTACAQ?

2027-ci ildən etibarən heyvanların daşınması qaydalarında mühüm dəyişikliklər tətbiq olunacaq. Yeni tələblərə əsasən, satışa çıxarılacaq və ölkəyə idxal edilən heyvanlar yalnız xüsusi ixtisaslaşdırılmış nəqliyyat vasitələri ilə daşına biləcək. Qərarın əsas məqsədi heyvanların rifahını və daşınma zaman

00:07 103
.

TOP MP3