Aprelin 1-dən kartdan-karta köçürmələrdə komissiya tutulacaq - Rəsmi

Aprelin 1-dən kartdan-karta köçürmələrdə komissiya tutulacaq - RəsmiXəbər verdiyimiz kimi, Azərbaycanda aprelin 1-dən kartdan-karta pul köçürmələri üzrə yeni xidmət haqqı tarifləri müəyyən edilib.

"Qafqazinfo"nun məlumatına görə, Banklararası Kart Mərkəzində (BKM) emal olunan kartdan köçürmə və karta köçürmə əməliyyatları üzrə xidmət haqları köçürülən vəsaitin məbləğinə uyğun müəyyən edilib.

Milli valyutada həyata keçirilən əməliyyatlara görə aşağıdakı xidmət haqları tətbiq ediləcək:

- 100 manatadək köçürmələr - 3 qəpik;

- 100,01-1000 manat - 10 qəpik;

- 1000,01-10 000 manat - 50 qəpik;

- 10 000,01-40 000 manat - 2 manat;

- 40 000 manatdan yuxarı - 4 manat.

Dollar və avro ilə kartdan köçürmə və karta köçürmə əməliyyatları üzrə də xidmət haqları təsdiq edilib.

Belə ki, 100 vahidədək əməliyyatlarda 0,03,

1000 vahidədək əməliyyatlarda 0,10,

10 min vahidədək əməliyyatlarda 0,50,

40 min vahidədək əməliyyatlarda 2,

daha yüksək məbləğlər üzrə isə 4 dollar və ya avro xidmət haqqı nəzərdə tutulub.

Hökumət Ödəniş Portalı üzrə göndərilən ödəniş sərəncamlarının icrasına görə isə tarif dərəcəsi aşağıdakı kimi olacaq:

- 100 manatadək köçürmələrdə - 3 qəpik;

- 100,01-1000 manat - 10 qəpik;

- 1000,01-10 000 manat - 1 manat;

- 10 000,01-40 000 manat - 4 manat;

- 40 000 manatdan yuxarı - 8 manat tutulma olacaq.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 171   Tarix: 14 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Survivor 2027"nin kapitanları onlar oldu

"Survivor 2027"nin yeni mövsümünün detalları bəlli olub. Axşam.az xəbər verir ki, layihənin aparıcısı Acun Ilıcalı ikiqat çempionlar Turabi Çamkıran və Ogeday Girişkenin yeni mövsümdə komanda kapitanı olacağını açıqlayıb. Könüllü iştirakçılar onların komandalarında mübarizə aparacaqlar. Qalib

13.10.2026 337
.

Dost münasibətlər iqtisadi imkanlara yol açır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin oktyabrın 13-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanat iki ölkə arasında münasibətlərin mövcud vəziyyətini və gələcək inkişaf perspektivlərini əks etdirən mühü

12:00 83
.

Gələcək okeanların mənbəyi ola biləcək nəhəng buz buludları tapıldı

Astronomlar Süd Yolu qalaktikasında gələcək planetlərin su ehtiyatlarını formalaşdıra biləcək nəhəng ulduzlararası buz buludlarının geniş xəritəsini hazırlayıblar. Kəşf yeni planetlərdə okeanların necə yarana biləcəyini anlamağa kömək edə bilər. Qaynarinfo xəbər verir ki, tədqiqatın nəticələri "Th

13.10.2026 228
.

ChatGPT istifadəçilərlə hər məsələdə razılaşmayacaq - "OpenAI"dan yeni addım

"OpenAI" ChatGPT-nin istifadəçilərlə həddindən artıq razılaşmaq və onların fikirlərini əsassız şəkildə dəstəkləmək meylini azaltmağa çalışır. Şirkətin məqsədi çatbotun yalnız istifadəçinin eşitmək istədiklərini söyləməsi deyil, yanlış fikirlərə əsaslandırılmış şəkildə etiraz etməsi və alternati

13.10.2026 312
.

Paşinyan tarix və keçmişlə bağlı fikirlərini bölüşdü

Ermənistanın Baş naziri Nikol Paşinyan tarix və keçmiş anlayışları ilə bağlı fikirlərini bölüşüb. xəbər verir ki, Paşinyan bu barədə özünün Telegram kanalında yazıb. "Tarix dedikdə, biz əsasən keçmişdə baş verənləri nəzərdə tuturuq. Bu, fundamental problem deyilmi? Əgər tarix artıq baş veribsə

10:39 129
.

Yumurtanı bir ilədək dondurub saxlamağın düzgün üsulları

Yumurtanı yalnız soyuducuda deyil, dondurucu kamerada da saxlamaq olar. Düzgün dondurulduqda yumurta bir neçə ay ərzində müxtəlif yeməklərin hazırlanmasında istifadə edilə bilər. Lakin yumurtanı qabıqlı halda dondurucuya qoymaq olmaz. Çünki donma zamanı içərisindəki maye genişlənir və nəticədə qabı

13.10.2026 241
.

Azərbaycan ətrafında yeni təzyiq dalğası: İran və Türkiyədəki dairələrin rolu

Oktyabrın 12-də Bakı və ətraf qəsəbələrdə keçirilən hicabla bağlı aksiyalar bir sıra sualları gündəmə gətirdi. Aksiyaların keçirildiyi ərazilər, iştirakçıların mütəşəkkil şəkildə iştirakı və əvvəlcədən hazırlanmış plakatlar müəllifin fikrincə, prosesin arxasında xarici təsirlərin ola biləcəyini göstərə

11:18 138
.

Azərbaycanla Qlobal Cənub ölkələri arasında siyasi və iqtisadi əməkdaşlığın perspektivləri

Müasir beynəlxalq münasibətlər sistemində Qlobal Cənub ölkələrinin siyasi və iqtisadi çəkisinin artması dünya siyasətinin əsas tendensiyalarından biridir. Asiya, Afrika, Latın Amerikası və Okeaniyanın inkişaf etməkdə olan dövlətlərini əhatə edən bu anlayış vahid siyasi təşkilatı deyil, müxtəlif maraqlar

11:48 101
.

Paşinyan Aİ ilə bağlı mövqeyini dəyişir? Ermənistandan açıqlama

Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı mövqeyini dəyişməkdə ittiham olunur. xəbər verir ki, Sputnik Armenia Ermənistan Demokrat Partiyasının lideri Aram Sarkisyanın açıqlamasını yayımlayıb. Erməni siyasətçinin sözlərinə görə, Paşinyan Ermənistanda və dünyada mövcu

10:34 124
.