"Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz"
"Son günlər ölkəmizin, insanların birliyi ətrafında yaranan müzakirələr və mübahisələr bu dövlətin vətəndaşı kimi məni də narahat edir. Hər şeydən öncə mən bir anayam, övladımın məktəbdəki nizam-intizamına, geyiminə hər zaman diqqət etməyə çalışmışam. Bir insan olaraq da ona başqalarından fərqli davranmamağı aşılamışam. Əminəm ki, çox valideyn də övladlarını bu yöndə yetişdirməyə çalışır".
"Qafqazinfo" xəbər verir ki, bu fikirləri Xalq artisti Röya Ayxan instaqram hesabında paylaşıb.
O bildirib ki, vahid geyim forması ilə bağlı qaydaların şagirdlərə izah edilməsi və maarifləndirmə işlərinin aparılması təhsil prosesinin təşkilinin tərkib hissəsidir: "Nəticədə biz bu Vətənin övladıyıq. Gələcəyə bir ana, bir əsgər yetişdiririk. Həyatımızdakı bütün çətinliklərə baxmayaraq, onların gələcəyini parlaq, işıqlı görmək istəyirik. İllərlə basqı altında böyüyən neçə-neçə valideynlər var ki, bu gün travma saydıqları keçmişdən qurtulmaq istəyirlər. Ancaq biz bunları yaşayıb nəticə çıxarmışıqsa, onları zorla istəmədikləri bir işə alət etməyimiz düzgün deyil. Qoy övladlarımız rahat böyüsün, gələcəyini seçmə şansı olsun. Bundan gözəl nə var? Təbii ki, valideyn kimi hər zaman onları yanlış yoldan döndərməli, təhsilə, elmə, biliyə yönləndirməliyik. Qoy bütün balalarımız savadlı olsun, istədiyi peşəyə yönəlsin, Vətəninə, dövlətinə yararlı insan olsun.
Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz. Necə ki, zamanında sərhədlərin bağlı qalmasına etiraz edirdiniz, halbuki o bağlı sərhədlər qonşuluğumuzdakı müharibələrin bizə sıçramasının qarşısını aldı.
Əziz həmkarlarım, bu məsələdə heç birimiz susmamalı, azərbaycanlı mövqeyimizi ortaya qoymalıyıq. Azərbaycan dövlətini və onun qanunlarını dəstəkləməliyik. Heç bir linç kampaniyasına, kənar müdaxilələrə baxmamalıyıq, bilməliyik ki, dövlətimizin mövqeyini müdafiə edirik və onun yanındayıq! Hamımız bu Vətənin övladlarıyıq, ona sahib çıxaq, təxribatlara uymayaq, əzizlərim!"
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 150 Tarix: 14 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm" - Video
"Azərbaycanda din dövlətdən, məktəb də dindən ayrıdır". "Qafqazinfo" xəbər verir ki, bunu Qafqaz Müsəlmanlar İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə "Real TV"yə müsahibəsində bildirib. "Biz dövlətin qərarlarına qarşı heç bir şey demək iqtidarında deyilik
13.10.2026 502 Bakıda arvadını öldürən ər məhkəmədə danışdı: "Bıçağı corabımdan çıxardım..."
Bakıda 35 yaşlı müəllimə Pərvanə Abbasovanı bıçaqlayaraq öldürməkdə təqsirləndirilən həyat yoldaşı Vasif Abbasov hakim qarşısına çıxarılıb. xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilə
13.10.2026 363 Anasının dəfninə getməməsinin səbəbini AÇIQLADI
Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil aprel ayında vəfat edən anası Yurdagül Ekenin dəfn mərasimində iştirak etməməsinin səbəbini aylar sonra açıqlayıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, 69 yaşlı şoumen anasının dəfninə getməməsinin səhhəti ilə deyil, uşaqlıq illərindən qalan incikliklərl
13.10.2026 333 Uşaq qəzəbi zamanı valideynlər nə etməlidir? - Vacib TÖVSİYƏLƏR
Uşaqların qəfil qəzəblənməsi, yüksək səslə ağlaması və ya istədikləri olmayanda isterikaya düşməsi bir çox valideynin qarşılaşdığı vəziyyətdir. Belə anlarda böyüklər çox vaxt necə davranacaqlarını bilmirlər. Bəziləri uşağı cəzalandırmağa çalışır, digərləri isə sakitləşdirmək üçün onun bütün istəklərin
13.10.2026 271 Cerrard "Mançester Siti" haqqında: "Klubun titulları əlindən alınmalıdır, bir neçə il..."
"Liverpul"un keçmiş kapitanı Stiven Cerrard "Mançester Siti"nin Premyer Liqanın maliyyə qaydalarını pozduğuna görə mümkün cəzası barədə danışıb. -ın məlumatına görə, sentyabrın 25-də komissiyanın "Mançester Siti"ni onlara qarşı irəli sürülən 115 ittihamdan 114-də günahka
13.10.2026 268 Misir Məkkə Müdafiə İttifaqına qoşula bilər
Misir Məkkə Müdafiə İttifaqına qoşula bilər. Teleqraf xəbər verir ki, bu barədə Misir xarici işlər naziri Bədr Əbdül Ati "Bloomberg"ə bildirib. "Misir avqust ayında Məkkədə Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında imzalanmış regional müdafiə sazişinə qoşulmaq məsələsini cidd
13.10.2026 239 "Təxribatçı qüvvələr həssas insanlardan sui-istifadə etməsinlər" - Allahşükür Paşazadə
"Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır". xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə "Real" Tv-yə müsahibəsində bildirib. "Bu yaxınlarda "Anım günü"nü keçirdik. Qarşıdan da "Zəfər günü" gəlir
13.10.2026 283 Fərqli markaların batareyalarını birlikdə istifadə etmək olar?
Pultun və ya başqa cihazın batareyalarını dəyişərkən əlimizə keçən ilk batareyaları taxırıq. Lakin ölçülərinin və gərginliklərinin eyni olması fərqli markaların batareyalarını birlikdə işlətməyin təhlükəsiz olduğu demək deyil. xarici mediaya istinadla xəbər verir ki, istehsalçıdan asılı olaraq batareyaları
13.10.2026 226 Hər gecənin bir "Sabah"ı var... - Yenilənib
Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində 2-ci tura start veriləcək. "Qafqazinfo" xəbər verir ki, "Sabah" turnirdə ilk ev oyununa çıxacaq. Azərbaycan çempionu Praqa "Slaviya"sını qəbul edəcək. Bakı Olimpiya Stadionunda keçiriləcək matçı avstriyalı hakimlər idar
13.10.2026 404