Rəsmi Bakıdan Paşinyana SƏRT CAVAB

Rəsmi Bakıdan Paşinyana SƏRT CAVAB"25 yanvar tarixində Ermənistan baş nazirinin İctimai Televiziyaya verdiyi müsahibədə guya regional eskalasiyaya rəvac vermək məqsədilə separatçı rejimin nümayəndələrinə qarşı psixotrop maddələrin tətbiq olunması ilə bağlı səsləndirdiyi iddiaların heç bir əsası yoxdur və tamamilə gülüncdür".

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib:

"Təqsirləndirilən şəxslərin bütün hüquq və vəzifələri lazımi qaydada təmin olunub və izah edilib, bütün məhkəmə prosesi və ifadələri qeydə alınıb. Azərbaycanda məhbuslara qarşı qəddar rəftarla bağlı iddialar müstəqil şəkildə, o cümlədən Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən araşdırılıb və bu iddiaların yalan olduğu təsbit edilib.

Ermənistan tərəfindən belə bir bəyanatın verilməsinin, bu ölkənin siyasi rəhbərliyinin bir zamanlar Azərbaycana qarşı təcavüz aktı və siyasətini davam etdirmək naminə bütün vasitələrlə açıq şəkildə dəstəklədikləri şəxslərin hazırda müharibə cinayətləri törətməkdə ittiham olunması ilə əlaqədar davam edən məhkəmə prosesi ilə bağlı nə qədər əsəbi olduğunu nümayiş etdirdiyi aydındır.

Üzdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını iddia edən Ermənistan baş nazirinin ölkəmizin ərazilərində saxladığı qondarma rejimi təbliğ etdiyini və 2 sentyabr 2023-cü il tarixində, nümayəndələrinin Azərbaycan tərəfindən məsuliyyətə cəlb edilməsindən bir neçə həftə əvvəl, separatçı xunta rejimini qondarma "müstəqillik" münasibətilə təbrik etdiyini heç kim unutmayıb.

Ermənistanın işğalçı və təcavüzkar ölkə kimi dövlət məsuliyyəti və bir sıra qanunsuz əməlləri danılması mümkün olmayan faktdır. Beləliklə, bu əməllərdə təqsirləndirilən şəxslərin məsuliyyətə cəlb olunması, siyasi manipulyasiya ilə xələl gətirilə bilinməyəcək qədər haqq işidir", - deyə A.Hacızadə qeyd edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1008   Tarix: 26 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İranda "Bəsic" komandiri öldürüldü

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) "Bəsic" hərbiləşdirilmiş qüvvələrinin komandirlərindən biri Əbdürrauf Esaqi öldürülüb. İran KİV-nə istinadən xəbər verir ki, hadisə ölkənin cənub-şərq bölgəsində baş verib. İran hakimiyyəti hadisəni terror hücumu kimi təsvir edib. Medianın məlumatın

08.09.2026 126
.

Xəzərdə pilotsuz dövr: Azərbaycan Hərbi Dəniz Qüvvələrini necə gücləndirir?

"Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 6-da Hərbi Dəniz Qüvvələrində olublar. Bu ziyarət kifayət qədər maraqlı məqamlarla yadda qalıb". Bunu BİG.AZ-a açıqlamasında politoloq Turan Rzayev bildirib. O, qeyd edib ki, səfərin ən diqqətçəkən tərəfi Prezident İlham Əliye

08.09.2026 215
.

PISA 2025: Azərbaycanın oxu savadlılığı üzrə nəticələri AÇIQLANDI

"Azərbaycan PISA 2025-də oxu savadlılığı üzrə 374 bal toplayaraq 91 ölkə və region arasında 71-ci yerdə qərarlaşıb. Bakı üzrə göstərici isə 405 bal təşkil edib və paytaxt əvvəlki qiymətləndirmə dövrü ilə müqayisədə 39 bal irəliləyib". xəbər verir ki, bu nəticələr PISA 2025 - Şagird Qiymətləndirilməs

08.09.2026 128
.

Bakıda oyuncaq maşınla magistral yola çıxan şəxs cəzalandırıldı - Video

Bakıda elektrik mühərrikli oyuncaq avtomobillə əsas yolda şütüyən şəxs məsuliyyətə cəlb olunub. Axşam.az xəbər verir ki, həmin şəxsin görüntüləri sosial şəbəkələrdə yayılıb. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) bildirilib ki, həmin şəxs məsuliyyətə cəlb edilib:. "Bakıda hərəkətin intensi

08.09.2026 331
.

Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi

Media və Yayım Şurasına sədr və üzvlər təyin edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, aşağıdakı şəxslər Azərbaycan Respublikası Media və Yayım Şurasının sədri və üzvləri təyin ediliblər:. Media və Yayım Şurasının sədri

08.09.2026 190
.

3 cərrah ixtisasına uyğun olmayan plastik əməliyyatlar aparıb

Ötən ay ümumilikdə 22 klinika və 3 plastik cərrah barəsində inzibati tənbeh tədbirləri tətbiq edilib. xəbər verir ki, Analitik Ekspertiza Mərkəzindən APA-ya bildirilib ki, aşkarlanan pozuntularla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokollar tərtib olunub. Müəyyən edilmi

08.09.2026 189
.

PISA 2025: Azərbaycan təhsilində islahatların uğurlu nəticəsi - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Azərbaycanın PISA 2025 nəticələri ölkənin təhsil sahəsində son illərdə həyata keçirilən islahatların müsbət nəticələrini bir daha nümayiş etdirib. Beynəlxalq qiymətləndirmədə Azərbaycan şagirdlərinin göstəricilərində əhəmiyyətli irəliləyişlərin qeydə alınması təhsil sistemində aparılan yeniliklərin v

08.09.2026 271
.

İran-ABŞ müharibəsində SON VƏZİYYƏT: Döyüşlər şiddətləndi, neft bahalaşdı

İranla ABŞ arasında altı aydan çoxdur davam edən hərbi qarşıdurma sentyabrın əvvəlində yenidən kəskin mərhələyə daxil olub. Bir aylıq nisbi sakitlikdən sonra tərəflər hava, raket və dəniz hücumlarını bərpa ediblər. Hazırda əsas gərginlik nöqtəsi Hörmüz boğazıdır. İran bu ərazidə yeni "qapalı zona"

08.09.2026 175
.

Paşinyan Rusiya Dəmir Yollarının konsessiyasının satılmasına münasibət bildirdi

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Baş nazirin müavini Aleksey Overçukun konsessiyanın Rusiya Dəmir Yollarının törəmə şirkəti olan "Cənubi Qafqaz Dəmir Yolu"na (SCR) satılması ilə bağlı açıqlamaları müzakirələrin hazırkı vəziyyətini əks etdirmir. xəbər verir ki, Paşinyan b

08.09.2026 189
.