"Azərbaycanın güclənən mövqeyi ölkəmizə yeni investisiya axınlarına şərait yaradır"-Tural İsmayılov
Azərbaycanın aktiv iştirak etdiyi beynəlxalq tədbirlər sırasında Davos İqtisad Forumu xüsusi rola malikdir. Bu il 55-ci iclasını keçirən Forumda qlobal iqtisadi məsələlər ətrafında ciddi müzakirələr aparılır, panel iclaslar keçirilir.
Nüfuzuna görə Davos Forumu yüksək reytinqə malikdir və bu səbəbdən də burada aparılan müzakirələrə diqqət də yüksək olur.
Məlumat üçün bildirək ki, Azərbaycanın Davos Forumunda ilk dəfə iştirakı 1995-ci ilə təsadüf edir. Həmin ilin 27-31 yanvar tarixlərində Ulu Öndər Heydər Əliyev ilk dəfə olaraq Forumda iştirak edib. Sonrakı illərdə də bu ənənə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən davam etdirilib.
O, 2007-ci ildən başlayaraq mütəmadi olaraq bu tədbirdə iştirak edir və bu, səbəbsiz deyil. Cənubi Qafqazda lider mövqeyə malik olan Azərbaycan hər il sosial-iqtisadi, siyasi, enerji, nəqliyyat və digər sahələrdə uğurlar əldə edir və bu nailiyyətlərə dünyanın marağı getdikcə daha da artır.
Azərbaycanın Davos İqtisadi Forumunda iştirakı və fəallığını ilbəil artırması Prezident İlham Əliyevin rəhbərliyi sayəsində ölkəmizin davamlı uğurları ilə bağlıdır. Dövlət başçısı hər il keçirilən iclaslar çərçivəsində çıxışlar edib, panellərə qatılıb, çoxsaylı suallara cavab verib.
Bu il də cənab Prezident bu ənənəni davam etdirib.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən politoloq Tural İsmayılov bildirdi ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev Davos Forumunda çox vacib görüşlər keçirib. Nəzərə almaq lazımdır ki, artıq ənənəvi şəkil alan Davos Forumu dünyanın ən önəmli iqtisadi və siyasi toplantılarından biridir:
"Hər il cənab Prezident İlham Əliyev Davos Forumunda xüsusi qonaq kimi iştirak edir. Özəlliklə, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsindən sonra ölkəmiz beynəlxalq münasibətlər sistemində mövqelərini kifayət qədər gücləndirib.
Davos Forumunda qarşı tərəflərin müraciəti əsasında cənab Prezident İlham Əliyev həm dövlət başçıları ilə səmərəli müzakirələr aparır, həm də dünyanın önəmli investisiya şirkətlərinin rəhbərləri ilə görüşlərdə ölkəmizin investisiya mühiti, Azərbaycanın iqtisadi inkişaf modelləri haqqında məlumat almaq imkanlarını genişləndirir. Bu gün Azərbaycan azad edilmiş torpaqların iqtisadi inkişafına görə də kifayət qədər diqqət mərkəzində olan ölkədir. Özəlliklə də cənab Prezidentin Davos Forumunda görüşlər keçirdiyi şirkətlərin rəhbərləri Azərbaycanın bu potensialı ilə yaxından maraqlanırlar. Azərbaycan önəmli geosiyasi mövqeyə malikdir. Azərbaycanın beynəlxalq münasibətlər sistemində siyasi çəkisinin hər gün daha da inkişaf etməsi beynəlxalq aləmin xüsusi diqqətində və marağındadır. Dövlət rəhbərləri müxtəlif görüşlərdə Azərbaycanın inkişafı ilə bağlı mövqe və fikirlərini ölkə başçısına bildirirlər. Dünyanın inkişaf etmiş ölkələrinin başçıları görüşlərdə Azərbaycanın artan iqtisadi və siyasi gücündən bəhs edirlər. Bütün bu görüşlər, Azərbaycanın güclənən mövqeyi ölkəmizə yeni investisiya axınlarına şərait yaradır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 689 Tarix: 23 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Ay Bizimdir" - Trampdan gözlənilməz paylaşım
ABŞ Prezidenti Donald Tramp Ayla bağlı diqqətçəkən paylaşım edib. xəbər verir ki, o, bunu özünün "Truth Social" səhifəsində yazıb. Ağ Ev rəhbəri Ayın şəklini "Ay Bizimdir" başlığı və ABŞ bayrağı ilə paylaşıb. Paylaşımın hansı hadisə və ya qərarla bağlı olduğu isə aydın deyil. Bel
14:10 174 "Şəki yaylası"nda faciə - 2 nəfər öldü
Şəkiyə istirahətə gedən iki nəfər faciəvi şəkildə ölüb. "Qafqazinfo"nun məlumatına görə, hadisə bu gün Şəki rayonundakı istirahət mərkəzlərinin birində baş verib. Belə ki, Qax rayon sakini 30 yaşlı Məmmədov Coşqun Ceyhun oğlu və 27 yaşlı Bayramov Ucal Asif oğlu hündürlükdən yıxılaraq həla
20:18 244 Yumurta arıqlamağı sürətləndirə bilər - Amma bir şərtlə
Yumurta arıqlamaq istəyənlərin rasionunda faydalı məhsullardan biri ola bilər. O, yüksək miqdarda zülal ehtiva edir, nisbətən az kalorilidir və toxluq hissinin daha uzun müddət davam etməsinə kömək edir. Ancaq nəticə yalnız bir məhsuldan deyil, ümumi qidalanmadan və gün ərzində qəbul edilən enerji miqdarında
19:15 161 İran-ABŞ müharibəsində SON VƏZİYYƏT: Döyüşlər şiddətləndi, neft bahalaşdı
İranla ABŞ arasında altı aydan çoxdur davam edən hərbi qarşıdurma sentyabrın əvvəlində yenidən kəskin mərhələyə daxil olub. Bir aylıq nisbi sakitlikdən sonra tərəflər hava, raket və dəniz hücumlarını bərpa ediblər. Hazırda əsas gərginlik nöqtəsi Hörmüz boğazıdır. İran bu ərazidə yeni "qapalı zona"
19:00 153 Ölkəmiz təbiət elmləri üzrə beynəlxalq qiymətləndirmədə neçə bal toplayıb?
Azərbaycan PISA 2025-də təbiət elmləri üzrə 409 bal toplayaraq 92 ölkə və region arasında 69-cu yerdə qərarlaşıb. Bakı üzrə göstərici isə 440 bal təşkil edib və paytaxt əvvəlki qiymətləndirmə dövrü ilə müqayisədə 60 bal irəliləyib. xəbər verir ki, bu nəticələr PISA 2025 - Şagird Qiymətləndirilməsi üzr
13:28 138 Xəzərdə pilotsuz dövr: Azərbaycan Hərbi Dəniz Qüvvələrini necə gücləndirir?
"Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 6-da Hərbi Dəniz Qüvvələrində olublar. Bu ziyarət kifayət qədər maraqlı məqamlarla yadda qalıb". Bunu BİG.AZ-a açıqlamasında politoloq Turan Rzayev bildirib. O, qeyd edib ki, səfərin ən diqqətçəkən tərəfi Prezident İlham Əliye
15:05 197 Bakıda riyazi savadlılıqda aşağı nəticə göstərən şagirdlərin payı azalıb
Bakıda riyazi savadlılıq üzrə 2-ci səviyyədən aşağı nəticə göstərən şagirdlərin payı 2025-ci ildə 37 faizə düşüb. 5 və 6-cı səviyyələrdə nəticə göstərən şagirdlərin payı isə 8.1 faizə yüksəlib. xəbər verir ki, bu nəticələr PISA 2025 - Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrini
13:06 146 Hər gün hazır qəhvə içənlərin DİQQƏTİNƏ
Müəyyən şərtlər daxilində gündəlik içdiyimiz hazır qəhvə orqanizmə mənfi təsir göstərə bilər. Üstəlik, bunun ilk fəsadları uzun müddət nəzərə çarpmaya bilər. xəbər verir ki, hazır qəhvə kofeini sürətli şəkildə qəbul etməyin ən asan yollarından biridir. Ancaq hər gün içildikdə qəhvənin miqdarı, insanı
18:45 174 Azərbaycanlı jurnalistlərin İsrail səfəri: Media sahəsində yeni əməkdaşlıq
Azərbaycanlı jurnalistlərin İsrailə səfəri iki ölkə arasında münasibətlərin yalnız siyasi, iqtisadi və təhlükəsizlik sahələri ilə məhdudlaşmadığını, media istiqamətində də əlaqələrin inkişaf etdiyini bir daha göstərib. Media-tur çərçivəsində İsrailə səfər edən azərbaycanlı jurnalistlər bir sıra yerl
13:43 228