Böyük Britaniya İrana qarşı sanksiyaları sərtləşdirir: "Şahdəniz" layihəsinə istisna
Böyük Britaniya hökuməti İrana qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan yeni qanunvericilik tədbirlərini təqdim edib.
Bizimyol.info xəbər verir ki, Böyük Britaniyanın xarici işlər nazirinin müavini Stiven Dauti bildirib ki, yeni məhdudiyyətlər İranın ticarət və dəniz daşımaları sektoruna da şamil olunacaq.
Yeni qaydalara əsasən, İran hökumətinin Britaniyanın maliyyə sisteminə çıxışı və nüvə proqramının maliyyələşdirilməsi imkanları daha da məhdudlaşdırılacaq. Energetika, proqram təminatı, metallurgiya və qızıl hasilatı kimi sahələrdə əlavə məhsul, texnologiya və xidmətlərə ticarət qadağaları tətbiq ediləcək.
Məhdudiyyətlər dəniz daşımaları, sığorta və bank xidmətlərini də əhatə edəcək. Bundan əlavə, nüvə proqramının və adi silah istehsalının inkişafına kömək edə biləcək bir sıra məhsul və texnologiyaların İrana ixracı qadağan ediləcək.
Yeni tədbirlər çərçivəsində İran aviaşirkətlərinə məxsus təyyarələrin Böyük Britaniya hava limanlarına enişinə də məhdudiyyət qoyulacaq. Bununla yanaşı, İranın nüvə proqramına və "destabilləşdirici fəaliyyətlərinə" dəstək verən gəmilərə qarşı sanksiya tətbiqi imkanları genişləndiriləcək.
Bununla belə, Britaniya hökuməti Azərbaycanla bağlı mühüm bir layihəni yeni sanksiyalardan kənarda saxlayacaq.
Dautinin sözlərinə görə, "Şahdəniz" qaz yatağının fəaliyyətinin davam etdirilməsinə icazə veriləcək. O bildirib ki, yataq Avropadakı tərəfdaşlar üçün mühüm enerji tədarükünü təmin edir və bu qərar ABŞ və Avropa İttifaqının yanaşması ilə uyğunlaşdırılıb.
Yeni sanksiyalar Böyük Britaniyanın İrana qarşı təzyiq siyasətinin sərtləşdirilməsi istiqamətində növbəti addım kimi qiymətləndirilir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 808 Tarix: 08 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDövlət Bayrağı Günü ölkəmiz üçün ən tarixi günlərdən biridir
Dövlətimizin üçrəngli bayrağı Azərbaycan suverenliyinin və müstəqilliyinin rəmzidir. Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar. Ona görə də, bayraq insanlar, xalqlar üçün həmişə müqəddəs hesab edilib. Bu mənada ölkəmizdə Dövlə
11:28 32 Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı
"Rəhbərlik gəldi, əyləşdi. Dedilər ki, yeni qız gəlib. Ondan əvvəl də aparıcı seçimi ilə bağlı belə bir axtarış aparılırdı. Uşaqlar deyirdilər ki, təcrübəçilər gəlsinlər, aparıcılıq üçün seçim edilsin. Amma heç kim tapılmamışdı. Yalnız bir oğlan təcrübəçi seçilmişdi, o da hələ təcrübə keçirdi. Mə
05.11.2026 468 "Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi
"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omi
10:13 176 Trampdan iki həftə ilə bağlı açıqlama: "Çox şey görəcəksiniz"
ABŞ Prezidenti Donald Tramp növbəti iki həftə ərzində bir sıra tədbirlər elan edəcəyini bildirib. xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Amerika lideri jurnalistlərə açıqlamasında deyib: "Növbəti bir-iki həftə ərzində çox şey görəcəksiniz. Planlaşdırdığımız çoxsayl
10:38 131 Hava çirklənməsinə qarşı Milli Fəaliyyət Planı hazırlanacaq
Bu barədə -a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyev 4 noyabr 2026-cı ildə atmosfer havasının çirklənməsinə qarşı mübarizənin gücləndirilməsi ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, İqlim Dəyişmələri və Atmosfer Havasının Mühafizəsi üzr
05.11.2026 313 Tibbi turizmin inkişafı üçün əlçatanlıq təmin olunmalıdır - AÇIQLAMA
Son dövrdə tibbi turizmin inkişafı aktualdır. Bu məsələ "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda da öz əksini tapıb. "Turizmin inkişafı üçün ilk növbədə güvənin olması önəmlidir". Bunu -a turizm eksperti Ceyhun Aşurov bildirib
05.11.2026 341 Sinif müəllimi idi, işdən çıxıb milyarder oldu - Bir gündə 2,5 milyard qazandı
Çində ibtidai sinif müəllimliyindən ayrılaraq iş dünyasına addım atan Maykl May təsis etdiyi sənaye materialları istehsalçısı "Crown New Materials Technology" şirkətinin ilkin kütləvi təklifi (IPO) vasitəsilə milyarderlər sırasına qoşulub. "Qafqazinfo" xəbər verir ki, Şençjen Fon
05.11.2026 369 Dişləri fırçalayanda bu üç səhvi etməyin
Ağız boşluğuna gündəlik qulluq zamanı yol verilən bəzi vərdişlər diş minasının zədələnməsinə və diş ətlərinin iltihabına səbəb ola bilər. xarici mediaya istinadən xəbər verir ki, stomatoloqlar insanların ağız boşluğuna qulluq zamanı yol verdiyi üç geniş yayılmış səhvi açıqlayıblar. Çoxları bu vərdişləri
05.11.2026 337 AADA və Qazaxıstan Avtobiznes Assosiasiyası arasında birgə Kommunike imzalanıb
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) ofisində ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstan Avtobiznes Assosiasiyasının (AKAB) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə hər iki ölkədə avtomobil sektorunun inkişaf mərhələləri və mövcud problemlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb
05.11.2026 326