Azərbaycanlı jurnalistlərin İsrail səfəri: Media sahəsində yeni əməkdaşlıq
Azərbaycanlı jurnalistlərin İsrailə səfəri iki ölkə arasında münasibətlərin yalnız siyasi, iqtisadi və təhlükəsizlik sahələri ilə məhdudlaşmadığını, media istiqamətində də əlaqələrin inkişaf etdiyini bir daha göstərib. Media-tur çərçivəsində İsrailə səfər edən azərbaycanlı jurnalistlər bir sıra yerli media qurumlarında olub, ölkədəki ictimai-siyasi və təhlükəsizlik vəziyyəti ilə yerində tanış olublar. Səfər çərçivəsində i24NEWS telekanalının redaksiyasında keçirilən görüşdə müasir media mühiti və beynəlxalq xəbərlərin hazırlanması məsələləri də müzakirə olunub.
Bəs Azərbaycan-İsrail münasibətlərində medianın rolu nədir? İsrail-Azərbaycan əlaqələrinin media sahəsində inkişafı iki ölkənin bir-birini daha yaxından tanımasına necə təsir göstərə bilər? Regionda Azərbaycan-İsrail yaxınlaşmasına fərqli münasibətlərin olduğu bir vaxtda bu əməkdaşlığın əhəmiyyəti nədən ibarətdir?
Mövzu ilə bağlı bağlı beynəlxalq ekspert, Azərbaycan Jewish Media-nın İsraildəki Büro rəhbəri İqor Roytapel BiG.AZ-a açıqlamasında bildirdi ki, mən azərbaycanlı jurnalistlərin İsrailə səfərini çox mühüm hadisə hesab edirəm. Onun sözlərinə görə, bu gün İsrail və Azərbaycan arasında münasibətlər diplomatiya və iqtisadiyyat çərçivəsindən çox-çox kənara çıxır: "Bu, qarşılıqlı hörmətə, etimada və regionda mövcud olan ümumi çağırışların anlaşılmasına əsaslanan iki cəmiyyət arasında münasibətlərdir.
Xüsusilə vacib olan odur ki, jurnalistlər İsraili öz gözləri ilə görmək, israilli həmkarları ilə görüşmək və baş verənlərlə bağlı öz təsəvvürlərini formalaşdırmaq imkanı əldə edirlər.
Mənim üçün jurnalist kimi bu, ilk növbədə peşəkar dialoq məsələsidir. Jurnalistlər arasında birbaşa əlaqələr stereotiplərin aradan qaldırılmasına və auditoriyaya baş verənlərin real mənzərəsini göstərməyə kömək edir.
İsrail və Azərbaycan bu gün regionda mühüm tərəfdaşlardır. Əgər kimlərinsə bu münasibətlərin möhkəmlənməsi xoşuna gəlmirsə, bu, əslində, tərəfdaşlığın nə qədər əhəmiyyətli olduğunu göstərir. Mən əminəm ki, iki ölkə arasında əməkdaşlıq media, texnologiya və digər sahələrdə də davam edəcək. Ən əsası isə budur: əsl dostluq yüksək səslənən bəyanatlarla deyil, çətin günlərdə bir-birinə dəstək olmaqla sübut olunur".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 867 Tarix: 08 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDövlət Bayrağı Günü ölkəmiz üçün ən tarixi günlərdən biridir
Dövlətimizin üçrəngli bayrağı Azərbaycan suverenliyinin və müstəqilliyinin rəmzidir. Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar. Ona görə də, bayraq insanlar, xalqlar üçün həmişə müqəddəs hesab edilib. Bu mənada ölkəmizdə Dövlə
11:28 32 Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı
"Rəhbərlik gəldi, əyləşdi. Dedilər ki, yeni qız gəlib. Ondan əvvəl də aparıcı seçimi ilə bağlı belə bir axtarış aparılırdı. Uşaqlar deyirdilər ki, təcrübəçilər gəlsinlər, aparıcılıq üçün seçim edilsin. Amma heç kim tapılmamışdı. Yalnız bir oğlan təcrübəçi seçilmişdi, o da hələ təcrübə keçirdi. Mə
05.11.2026 468 "Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi
"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omi
10:13 176 Trampdan iki həftə ilə bağlı açıqlama: "Çox şey görəcəksiniz"
ABŞ Prezidenti Donald Tramp növbəti iki həftə ərzində bir sıra tədbirlər elan edəcəyini bildirib. xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Amerika lideri jurnalistlərə açıqlamasında deyib: "Növbəti bir-iki həftə ərzində çox şey görəcəksiniz. Planlaşdırdığımız çoxsayl
10:38 131 Hava çirklənməsinə qarşı Milli Fəaliyyət Planı hazırlanacaq
Bu barədə -a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyev 4 noyabr 2026-cı ildə atmosfer havasının çirklənməsinə qarşı mübarizənin gücləndirilməsi ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, İqlim Dəyişmələri və Atmosfer Havasının Mühafizəsi üzr
05.11.2026 313 Tibbi turizmin inkişafı üçün əlçatanlıq təmin olunmalıdır - AÇIQLAMA
Son dövrdə tibbi turizmin inkişafı aktualdır. Bu məsələ "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda da öz əksini tapıb. "Turizmin inkişafı üçün ilk növbədə güvənin olması önəmlidir". Bunu -a turizm eksperti Ceyhun Aşurov bildirib
05.11.2026 341 Sinif müəllimi idi, işdən çıxıb milyarder oldu - Bir gündə 2,5 milyard qazandı
Çində ibtidai sinif müəllimliyindən ayrılaraq iş dünyasına addım atan Maykl May təsis etdiyi sənaye materialları istehsalçısı "Crown New Materials Technology" şirkətinin ilkin kütləvi təklifi (IPO) vasitəsilə milyarderlər sırasına qoşulub. "Qafqazinfo" xəbər verir ki, Şençjen Fon
05.11.2026 369 Dişləri fırçalayanda bu üç səhvi etməyin
Ağız boşluğuna gündəlik qulluq zamanı yol verilən bəzi vərdişlər diş minasının zədələnməsinə və diş ətlərinin iltihabına səbəb ola bilər. xarici mediaya istinadən xəbər verir ki, stomatoloqlar insanların ağız boşluğuna qulluq zamanı yol verdiyi üç geniş yayılmış səhvi açıqlayıblar. Çoxları bu vərdişləri
05.11.2026 337 AADA və Qazaxıstan Avtobiznes Assosiasiyası arasında birgə Kommunike imzalanıb
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) ofisində ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstan Avtobiznes Assosiasiyasının (AKAB) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə hər iki ölkədə avtomobil sektorunun inkişaf mərhələləri və mövcud problemlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb
05.11.2026 326