Xəzərdə pilotsuz dövr: Azərbaycan Hərbi Dəniz Qüvvələrini necə gücləndirir?

Xəzərdə pilotsuz dövr: Azərbaycan Hərbi Dəniz Qüvvələrini necə gücləndirir?"Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 6-da Hərbi Dəniz Qüvvələrində olublar. Bu ziyarət kifayət qədər maraqlı məqamlarla yadda qalıb".

Bunu BiG.AZ-a açıqlamasında politoloq Turan Rzayev bildirib.

O, qeyd edib ki, səfərin ən diqqətçəkən tərəfi Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən "MİRAS Hərbi-Sənaye Şirkəti" MMC və "DEARSAN Gəmi İnşaat Sənaye" AŞ-nin birgə istehsalat sahəsində qabaqcıl texnoloji innovasiyaların tətbiqi ilə hazırlanan SALVO (SİDV) silahlı insansız dəniz vasitələri və KAYRA (KİDV) kamikadze insansız dəniz vasitələrinin təyinatı, eləcə də taktiki-texniki xüsusiyyətləri ilə yerində tanış olmalarıdır:

"Əslində, Azərbaycanın pilotsuz texnologiyalara marağı yeni deyil. Son illərdə Azərbaycan Ordusu pilotsuz uçuş aparatlarından geniş istifadə edən ordulardan birinə çevrilib. İndiyədək bu texnologiyanın əsas tətbiq sahəsi hava məkanı olub. 44 günlük Vətən müharibəsi və daha sonra lokal xarakterli antiterror əməliyyatları zamanı pilotsuz sistemlərdən istifadə ordunun kəşfiyyat, müşahidə və zərbə imkanlarının artırılmasında mühüm rol oynayıb. Başqa sözlə, Azərbaycanın müharibə təcrübəsi pilotsuz texnologiyaların müasir döyüş meydanında nə qədər ciddi üstünlük yarada bildiyini praktik olaraq göstərib.

İndi isə Bakı bu təcrübəni dənizə daşımağa çalışır. Düzdür, Xəzər dənizində hazırda konkret hərbi qarşıdurma və ya müharibə təhlükəsi yoxdur. Lakin bu, Azərbaycanın dənizdən müdafiə imkanlarının inkişaf etdirilməsini strateji baxımdan əhəmiyyətsiz etmir.

Əksinə, Xəzər dənizində Azərbaycanın strateji obyektlərinin, enerji infrastrukturunun və dəniz kommunikasiyalarının təhlükəsizliyinin təmin olunması, eləcə də ölkənin davamlı müdafiə imkanlarının qorunması baxımından Hərbi Dəniz Qüvvələrinin inkişaf etdirilməsi prioritet məsələlərdən biridir.

Donanma saxlamaq kifayət qədər böyük maliyyə və insan resursu tələb edir. Hərbi gəmilərin alınması, istismarı, texniki xidməti və peşəkar şəxsi heyətin hazırlanması uzunmüddətli və bahalı prosesdir.

Pilotsuz dəniz vasitələri isə bu mənzərəni müəyyən qədər dəyişə bilər. Daha az şəxsi heyətlə idarə olunan, müxtəlif kəşfiyyat və müşahidə imkanlarına malik, lazım gəldikdə zərbə funksiyası daşıya bilən belə sistemlər gələcəyin dəniz müharibəsində mühüm rol oynaya bilər.

Məhz buna görə Prezident İlham Əliyevin Hərbi Dəniz Qüvvələrində pilotsuz dəniz vasitələri ilə şəxsən tanış olması diqqət çəkir.

Səfərin başqa bir maraqlı detalı isə Türkiyənin "Fənərbağça" klubunun prezidenti Əziz Yıldırımın da Hərbi Dəniz Qüvvələrində keçirilən görüşdə iştirak etməsidir. Qeyd edək ki, Azərbaycanla birgə innovativ hərbi dəniz vasitələrinin istehsalını həyata keçirən "DEARSAN" şirkəti Əziz Yıldırıma məxsusdur.

Bakı yalnız hazır hərbi vasitələrin əldə olunmasında maraqlı deyil. Əsas məsələ həmin texnologiyaların ölkə daxilində istehsalı, inkişaf etdirilməsi və Azərbaycan Ordusunun ehtiyaclarına uyğunlaşdırılmasıdır. SALVO və KAYRA kimi sistemlərin yerli istehsal imkanlarının yaradılması, o cümlədən Əziz Yıldırımın "DEARSAN" şirkəti ilə əməkdaşlıq mühüm əhəmiyyət daşıyır.

Bu gün hava məkanında pilotsuz sistemlər necə döyüş meydanının ayrılmaz elementinə çevrilibsə, gələcəyin dənizlərində də pilotsuz vasitələrin rolunun sürətlə artacağı gözlənilir. Azərbaycan isə məhz buna görə Xəzərdə indidən müdafiə sahəsində müvafiq addımlar atır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 790   Tarix: 08 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dövlət Bayrağı Günü ölkəmiz üçün ən tarixi günlərdən biridir

Dövlətimizin üçrəngli bayrağı Azərbaycan suverenliyinin və müstəqilliyinin rəmzidir. Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar. Ona görə də, bayraq insanlar, xalqlar üçün həmişə müqəddəs hesab edilib. Bu mənada ölkəmizdə Dövlə

11:28 32
.

Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı

"Rəhbərlik gəldi, əyləşdi. Dedilər ki, yeni qız gəlib. Ondan əvvəl də aparıcı seçimi ilə bağlı belə bir axtarış aparılırdı. Uşaqlar deyirdilər ki, təcrübəçilər gəlsinlər, aparıcılıq üçün seçim edilsin. Amma heç kim tapılmamışdı. Yalnız bir oğlan təcrübəçi seçilmişdi, o da hələ təcrübə keçirdi. Mə

05.11.2026 468
.

"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi

"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omi

10:13 176
.

Trampdan iki həftə ilə bağlı açıqlama: "Çox şey görəcəksiniz"

ABŞ Prezidenti Donald Tramp növbəti iki həftə ərzində bir sıra tədbirlər elan edəcəyini bildirib. xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Amerika lideri jurnalistlərə açıqlamasında deyib: "Növbəti bir-iki həftə ərzində çox şey görəcəksiniz. Planlaşdırdığımız çoxsayl

10:38 131
.

Hava çirklənməsinə qarşı Milli Fəaliyyət Planı hazırlanacaq

Bu barədə -a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyev 4 noyabr 2026-cı ildə atmosfer havasının çirklənməsinə qarşı mübarizənin gücləndirilməsi ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, İqlim Dəyişmələri və Atmosfer Havasının Mühafizəsi üzr

05.11.2026 313
.

Tibbi turizmin inkişafı üçün əlçatanlıq təmin olunmalıdır - AÇIQLAMA

Son dövrdə tibbi turizmin inkişafı aktualdır. Bu məsələ "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda da öz əksini tapıb. "Turizmin inkişafı üçün ilk növbədə güvənin olması önəmlidir". Bunu -a turizm eksperti Ceyhun Aşurov bildirib

05.11.2026 341
.

Sinif müəllimi idi, işdən çıxıb milyarder oldu - Bir gündə 2,5 milyard qazandı

Çində ibtidai sinif müəllimliyindən ayrılaraq iş dünyasına addım atan Maykl May təsis etdiyi sənaye materialları istehsalçısı "Crown New Materials Technology" şirkətinin ilkin kütləvi təklifi (IPO) vasitəsilə milyarderlər sırasına qoşulub. "Qafqazinfo" xəbər verir ki, Şençjen Fon

05.11.2026 369
.

Dişləri fırçalayanda bu üç səhvi etməyin

Ağız boşluğuna gündəlik qulluq zamanı yol verilən bəzi vərdişlər diş minasının zədələnməsinə və diş ətlərinin iltihabına səbəb ola bilər. xarici mediaya istinadən xəbər verir ki, stomatoloqlar insanların ağız boşluğuna qulluq zamanı yol verdiyi üç geniş yayılmış səhvi açıqlayıblar. Çoxları bu vərdişləri

05.11.2026 337
.

AADA və Qazaxıstan Avtobiznes Assosiasiyası arasında birgə Kommunike imzalanıb

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) ofisində ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstan Avtobiznes Assosiasiyasının (AKAB) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə hər iki ölkədə avtomobil sektorunun inkişaf mərhələləri və mövcud problemlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb

05.11.2026 326
.