Bakıda riyazi savadlılıqda aşağı nəticə göstərən şagirdlərin payı azalıb
Bakıda riyazi savadlılıq üzrə 2-ci səviyyədən aşağı nəticə göstərən şagirdlərin payı 2025-ci ildə 37 faizə düşüb. 5 və 6-cı səviyyələrdə nəticə göstərən şagirdlərin payı isə 8.1 faizə yüksəlib.
Oxu.Az xəbər verir ki, bu nəticələr PISA 2025 - Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrinin təqdimatına həsr olunmuş tədbirdə açıqlanıb.
Məlumata görə, Bakıda riyazi savadlılıq üzrə 2-ci səviyyədən aşağı nəticə göstərən şagirdlərin payı 2018-ci ildə 50.7 faiz, 2022-ci ildə 61.9 faiz, 2025-ci ildə isə 37 faiz olub. Beləliklə, 2025-ci ildə bu göstərici 2022-ci illə müqayisədə təxminən iki dəfə azalıb.
Eyni zamanda, Bakıda 5 və 6-cı səviyyələrdə nəticə göstərən şagirdlərin payı 2018-ci ildə 2 faiz, 2022-ci ildə 0.8 faiz olduğu halda, 2025-ci ildə 8.1 faizə çatıb.
Ölkə üzrə 2025-ci ilin nəticələrinə əsasən, şagirdlərin 51.6 faizi 2-ci səviyyədən aşağı nəticə göstərib. 20 faizi 2-ci, 15 faizi 3-cü səviyyədə, 4.7 faizi isə 5 və 6-cı səviyyələrdə qərarlaşıb.
Müqayisə üçün, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) üzrə orta göstəricidə 2-ci səviyyədən aşağı nəticə göstərənlərin payı 35 faiz, 5 və 6-cı səviyyələrdə nəticə göstərənlərin payı isə 8 faizdir.
Digər ölkələr arasında Sinqapurda 2-ci səviyyədən aşağı nəticə göstərən şagirdlərin payı 11 faiz, Estoniyada 16 faiz, Yaponiyada 19 faiz, Koreyada 17 faiz, Türkiyədə isə 26 faiz təşkil edib.
Qeyd edək ki, PISA 2025-in riyazi savadlılıq nəticələrinə əsasən, Azərbaycan 422 balla 91 ölkə və region arasında 49-cu yerdə qərarlaşıb. Bakı üzrə göstərici isə 460 bal olub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 708 Tarix: 08 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDövlət Bayrağı Günü ölkəmiz üçün ən tarixi günlərdən biridir
Dövlətimizin üçrəngli bayrağı Azərbaycan suverenliyinin və müstəqilliyinin rəmzidir. Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar. Ona görə də, bayraq insanlar, xalqlar üçün həmişə müqəddəs hesab edilib. Bu mənada ölkəmizdə Dövlə
11:28 32 Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı
"Rəhbərlik gəldi, əyləşdi. Dedilər ki, yeni qız gəlib. Ondan əvvəl də aparıcı seçimi ilə bağlı belə bir axtarış aparılırdı. Uşaqlar deyirdilər ki, təcrübəçilər gəlsinlər, aparıcılıq üçün seçim edilsin. Amma heç kim tapılmamışdı. Yalnız bir oğlan təcrübəçi seçilmişdi, o da hələ təcrübə keçirdi. Mə
05.11.2026 468 "Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi
"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omi
10:13 176 Trampdan iki həftə ilə bağlı açıqlama: "Çox şey görəcəksiniz"
ABŞ Prezidenti Donald Tramp növbəti iki həftə ərzində bir sıra tədbirlər elan edəcəyini bildirib. xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Amerika lideri jurnalistlərə açıqlamasında deyib: "Növbəti bir-iki həftə ərzində çox şey görəcəksiniz. Planlaşdırdığımız çoxsayl
10:38 131 Hava çirklənməsinə qarşı Milli Fəaliyyət Planı hazırlanacaq
Bu barədə -a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyev 4 noyabr 2026-cı ildə atmosfer havasının çirklənməsinə qarşı mübarizənin gücləndirilməsi ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, İqlim Dəyişmələri və Atmosfer Havasının Mühafizəsi üzr
05.11.2026 313 Tibbi turizmin inkişafı üçün əlçatanlıq təmin olunmalıdır - AÇIQLAMA
Son dövrdə tibbi turizmin inkişafı aktualdır. Bu məsələ "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda da öz əksini tapıb. "Turizmin inkişafı üçün ilk növbədə güvənin olması önəmlidir". Bunu -a turizm eksperti Ceyhun Aşurov bildirib
05.11.2026 341 Sinif müəllimi idi, işdən çıxıb milyarder oldu - Bir gündə 2,5 milyard qazandı
Çində ibtidai sinif müəllimliyindən ayrılaraq iş dünyasına addım atan Maykl May təsis etdiyi sənaye materialları istehsalçısı "Crown New Materials Technology" şirkətinin ilkin kütləvi təklifi (IPO) vasitəsilə milyarderlər sırasına qoşulub. "Qafqazinfo" xəbər verir ki, Şençjen Fon
05.11.2026 369 Dişləri fırçalayanda bu üç səhvi etməyin
Ağız boşluğuna gündəlik qulluq zamanı yol verilən bəzi vərdişlər diş minasının zədələnməsinə və diş ətlərinin iltihabına səbəb ola bilər. xarici mediaya istinadən xəbər verir ki, stomatoloqlar insanların ağız boşluğuna qulluq zamanı yol verdiyi üç geniş yayılmış səhvi açıqlayıblar. Çoxları bu vərdişləri
05.11.2026 337 AADA və Qazaxıstan Avtobiznes Assosiasiyası arasında birgə Kommunike imzalanıb
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) ofisində ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstan Avtobiznes Assosiasiyasının (AKAB) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə hər iki ölkədə avtomobil sektorunun inkişaf mərhələləri və mövcud problemlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb
05.11.2026 326