Zelenski Tramla nə vaxt görüşəcəyini açıqladı
ABŞ Ukrayna ilə Rusiya arasında danışıqlar prosesinin qarşısını açıb və Prezident Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoffla Cared Kuşnerin səfəri bunun təsdiqidir.
AZXEBER.COM xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərlə söhbətində deyib.
Zelenskinin sözlərinə görə, ABŞ nümayəndələrilə görüş zamanı Ukraynanın hava hücumundan müdafiə sistemləri üçün raketlərlə təmin olunması məsələsi də müzakirə edilib.
"Onlar bizə nəyin və hansı müddətə lazım olduğunu ətraflı dinlədilər. Mən 20-si ətrafında Prezident Trampla görüşəcəyimi və bu məsələni müzakirə edəcəyimizi gözləyirəm. İnşallah, nəticə olacaq. Bundan əlavə, mənim fikrimcə, biz üçtərəfli formata doğru irəliləyirik. Burada bütün detalları açıqlaya bilmərəm. Amerika tərəfi ilə razılaşdıq ki, əvvəlcə bütün bunları hazırlayaq, sonra cəmiyyətə məlumat verək", - Zelenski bildirib.
Ukrayna Prezidenti görüşün əsas xüsusiyyətlərindən birinin ABŞ nümayəndələrinin həm Kiyevə, həm də Moskvaya səfər etməsi olduğunu vurğulayıb.
Onun sözlərinə görə, bu, yalnız siyasi dəstək siqnalı deyil, həm də Ukraynanın döyüş meydanında mövqeyinin və danışıqlardakı imkanlarının gücləndiyini göstərir.
"Amerika tərəfi də bunu deyir. Onların hərbçiləri və analitikləri də bunu etiraf edirlər. Bu faktdır. 2025-ci ilin sonundan etibarən döyüş meydanında güclənirik. Rusiyanın itkiləri çox, nailiyyətləri isə azdır. Ümumi mövqe təxminən belədir", - Zelenski qeyd edib.
Prezident amerikalı nümayəndələrin Kiyevə səfər zamanı Rusiyanın paytaxta endirdiyi zərbələrin nəticələrini yerində görməsinin də vacib olduğunu bildirib.
Zelenski görüşdə taxıl və enerji məsələlərinin də müzakirə edildiyini deyib. O, bu məsələlərin həm Ukrayna və Rusiya, həm də dünya üçün həssas olduğunu vurğulayıb.
"Biz burada kompromis tapmağa hazırıq. Amma çox vacibdir ki, hazırda həm Ukraynanın, həm də Rusiyanın müəyyən addımlar atmalı olduğu bir vəziyyətdəyik. Yalnız Ukraynadan kompromis gözləmək olmaz. Kompromis baxımından artıq çox şey edilib", - Ukrayna lideri bildirib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 820 Tarix: 08 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi
"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omi
10:13 172 Demokratlar Konqresi ələ aldı: Trampı nə gözləyir?
ABŞ-də 2026-cı il aralıq seçkilərindən sonra Demokratlar Partiyasının Konqresdə, xüsusilə Nümayəndələr Palatası və Senatda çoxluğu əldə etməsi Donald Tramp administrasiyası üçün ciddi siyasi və institusional çağırış yaradır. Bundan sonra Donald Trampı nə gözləyir? . "Nəticələri həm də ABŞ-də hakimiyyə
05.11.2026 428 "Formula-1" üzrə keçmiş dünya çempionu yubileyindən üç gün sonra vəfat etdi
"Formula-1" üzrə 1980-ci ilin dünya çempionu, avstraliyalı pilot Alan Cons 80 yaşında dünyasını dəyişib. xəbər verir ki, bu barədə Avstraliyanın Avtoidman Federasiyası məlumat yayıb. Bildirilib ki, Cons qısa sürən xəstəlikdən sonra bu gün vəfat edib. Onun ölüm xəbəri 80 illik yubileyindən cəm
05.11.2026 313 Fransada yeni iğtişaş hazırlığı: Ölkə boyunca insanlar ayağa qalxırlar
Fransada bütün ölkə boyunca yeni tətil dalğasına hazırlıq görülür. -ın xəbərinə görə, bu barədə "The Guardian" nəşri məlumat verib. Qeyd olunur ki, həmkarlar ittifaqlarının ümumxalq tətilinə çağırışı ilə yüz minlərlə insan küçələrə çıxa bilər. "Bütün Fransada yüz minlərlə insanın nümayiş
05.11.2026 317 Dişləri fırçalayanda bu üç səhvi etməyin
Ağız boşluğuna gündəlik qulluq zamanı yol verilən bəzi vərdişlər diş minasının zədələnməsinə və diş ətlərinin iltihabına səbəb ola bilər. xarici mediaya istinadən xəbər verir ki, stomatoloqlar insanların ağız boşluğuna qulluq zamanı yol verdiyi üç geniş yayılmış səhvi açıqlayıblar. Çoxları bu vərdişləri
05.11.2026 337 Yeni doğulanların ehtiyacları qarşılanacaq - AÇIQLAMA
Azərbaycanda ailələrə və uşaqlara göstərilən sosial dəstək artırılır. Yeni dəyişikliklərə əsasən, uşağın doğulmasına görə birdəfəlik müavinət 600 manatdan 1 500 manata, 3 yaşınadək uşağa qulluq üçün aylıq müavinət isə 37,58 manatdan 100 manata çatdırılacaq. "Uşağın doğulmasına görə verilən birdəfəli
05.11.2026 553 Bir ayağın qəfil şişməsi ciddi xəstəliyin əlaməti ola bilər
Şişkinliyi aradan qaldırmaq üçün sidikqovucu bitkilərdən istifadə, sauna, isti vanna və intensiv masaj gözlənilən nəticəni verməməklə yanaşı, sağlamlıq üçün əlavə problemlər yarada bilər. Mütəxəssislər bu üsulların bəzi hallarda vəziyyəti daha da ağırlaşdırdığını bildirirlər. Qaynarinfo xəbər verir ki
05.11.2026 324 "Met Gala"nın mayda keçiriləcək tədbirinin mövzusu açıqlandı
"Met Gala" may ayında keçiriləcək 2027-ci il tədbirinin mövzusunu açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, bu haqda "People" nəşri məlumat yayıb. Sərginin mövzusu "extraORDINARY: Fashion and the Poetics of Everyday" ("Qeyri-adi: Dəb və gündəlik həyatın poetikası"
10:57 95 Məşhur müğənni toy tarixini açıqladı
Türkiyəli məşhur müğənni İrem Derici sevgilisi Melih Kunukçu ilə evlilik planları barədə yeni açıqlama verib. Türkiyə KİV-nə istinadla xəbər verir ki, müğənni nikah mərasiminin dekabr ayında keçiriləcəyini bildirib. Lakin mərasimin dəqiq günü hələlik açıqlanmayıb. Türkiyəli məşhur müğənni İrem Deric
05.11.2026 347