İsti yeməyi plastik qabda saxlamaq təhlükəlidirmi? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Plastik qabların gündəlik həyatda geniş istifadəsi qidanın saxlanması ilə bağlı sualları da artırır. Xüsusilə isti yeməklərin plastik qablara qoyulması zamanı qabın tərkibindəki bəzi maddələrin qidaya keçməsi ehtimalı istehlakçıların diqqət etdiyi məsələlərdəndir. Qida ilə təmas üçün nəzərdə tutulan plastiklər təhlükəsizlik baxımından müəyyən şərtlərlə qiymətləndirilir və bu qiymətləndirmədə maddələrin qidaya miqrasiyası da nəzərə alınır.
Bəs isti yeməyi plastik qabda saxlamaq nə dərəcədə təhlükəsizdir? Temperatur artdıqca qida ilə qab arasındakı kimyəvi miqrasiya riski yüksələ bilərmi? Plastik qabın üzərindəki işarələrdən onun isti qida üçün yararlı olub-olmadığını necə müəyyən etmək olar?
Mövzu ilə bağlı qida eksperti Fərid Səfərov BiG.AZ-a açıqlamasında bildirdi ki, plastik qabda isti yeməyi saxlamaq qabın növündən, temperaturdan və saxlanma müddətindən asılı olaraq müəyyən risk yarada bilər. Onun sözlərinə görə, plastik material qida ilə təmas üçün nəzərdə tutulmayıbsa və ya yüksək temperatur üçün uyğun deyilsə, qidadakı bəzi maddələrin qablaşdırmadan qidaya keçməsi - miqrasiya mümkündür: "Bu proses xüsusilə isti, yağlı və turş qidalarda və yüksək temperaturda daha çox arta bilər.
Buna görə isti yeməyi birdəfəlik və ya qida üçün nəzərdə tutulmayan plastik qablarda uzun müddət saxlamaq məsləhət deyil. "Qida ilə təmas üçün uyğundur" işarəsi olan və istehsalçı tərəfindən isti qidalar üçün nəzərdə tutulmuş qablar seçilməlidir. Mikrodalğalı sobada isə yalnız üzərində bunun üçün uyğun olduğu göstərilən plastiklərdən istifadə etmək lazımdır.
Plastik qabın cızılması, deformasiyaya uğraması, rənginin və ya qoxusunun dəyişməsi də onun istifadəsinin dayandırılması üçün səbəbdir. Xüsusilə qaynar yeməyi uzun müddət plastik qabda saxlamaq əvəzinə şüşə və ya paslanmayan polad qablardan istifadə daha məqsədəuyğundur.
Qida üçün nəzərdə tutulmuş, düzgün istifadə edilən plastik qablar normal şəraitdə təhlükəsiz hesab olunur. Risk daha çox uyğun olmayan qabın yüksək temperaturla və ya qida ilə uzunmüddətli təması zamanı artır.
Sağlam qidalanaraq sağlam yaşayın!".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 863 Tarix: 08 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda toylarla bağlı yeni vəziyyət - YEMƏKLƏR YIĞIŞDIRILDI…
Bakıda şadlıq saraylarından birində keyfiyyətsiz ətdən hazırlanmış yemək qonaqların şikayətindən sonra yığışdırılıb. Bu haqda Ailə və Uşaqlara Sosial Dəstək İB-nin rəhbəri Elnurə Abuşova məlumat yayıb. Zaman-zaman bir çox restoran və şadlıq evlərində qidaların keyfiyyətsiz olması ilə bağlı faktlar ortay
00:16 388 Qızılın qiyməti kəskin ucuzlaşdı
Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. BİG.AZ Trend-ə istinadən xəbər verir ki, qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 faiz ucuzlaşıb. Gümüşün qiymətində də kəskin azalma müşahidə olunur. Belə ki
24.10.2026 220 Bakıda "Turandot" tamaşasının premyerası baş tutub - Foto
Heydər Əliyev Sarayının səhnəsində "Turandot" tamaşasının möhtəşəm premyerası baş tutub. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı Cakomo Puççininin məşhur operasının yeni tamaşasını sürəkli alqışlarla təqdim edib. Tamaşada dünyaşöhrətli tenor, Azərbaycanın Xalq artisti Yusif Eyvazo
11:01 134 İranın təhdidləri ABŞ-ni qorxutdu: Diplomatlar təcili təxliyə olunurlar
ABŞ hökuməti İran tərəfindən gözlənilən hücum xəbərdarlıqları fonunda Yaxın Şərqdə yerləşən bəzi nümayəndəliklərindən diplomatları və onların ailə üzvlərini təcili şəkildə təxliyə etməyə başlayıb. xəbər verir ki, bu barədə məlumatı mənbələrə istinadən CNN telekanalı yayıb. "Təxliyə prosesi məyusedic
12:10 62 Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - YENİLƏNİB+Foto/Video
Oktyabrın 24-də Bakı Kristal Zalında 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının (FIFA U-15 World Cup and Festival) rəsmi açılış mərasimi keçirilib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriba
24.10.2026 368 Bu şəxslərin pensiyasına əlavələr olacaq - GÜNÜN ŞAD XƏBƏRİ
"Əmək pensiyaları" haqqında Qanuna edilən dəyişikliklər Milli Məclisdə üçüncü oxunuşda qəbul olundu. Dəyişikliklər Azərbaycan Prezidenti tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minəcək. Dəyişikliklərin qüvvədə olma tarixi bu ayın ilk günündən nəzərə alınacaq. xəbər verir ki, bu barədə deputa
00:10 286 Pensiya kapitalı bu halda birdəfəlik verilə bilər - ŞƏRTLƏR
Azərbaycanda vətəndaşların fərdi hesablarında qeydə alınan pensiya kapitalının birdəfəlik əldə edilməsi məsələsi uzun müddətdir müzakirə olunsa da, bu istiqamətdə konkret mexanizm hələ tətbiq edilməyib. Bunun əsas səbəbi mövcud pensiya sisteminin maliyyələşmə prinsipi ilə bağlıdır. BİG.AZ -a istinadə
00:22 326 "Axios": İran ABŞ-nin xaricdəki diplomatlarına sui-qəsdlər hazırlayır
Amerika kəşfiyyatı İranın xaricdə işləyən ABŞ diplomatlarına və vəzifəli şəxslərinə qarşı sui-qəsdlər təşkil etmək planlarına dair məlumatlara malikdir. "Report"un "Axios"a istinadən məlumatına görə, bu barədə oktyabrın 23-də ABŞ Dövlət katibi Marko Rubiyoya göndərilmiş xidməti qeydd
24.10.2026 249 Yeni qaydalar hazırlanıb - YANVARIN 1-DƏN TƏTBİQ OLUNACAQ
"Yaşıl enerji" keçidində əsas məsələ həm də mövcud enerjidən mümkün qədər səmərəli istifadə etməkdir. Enerji səmərəliliyinin "birinci yanacaq" adlandırılması da bu yanaşmadan irəli gəlir. Çünki qənaət edilən enerji yeni istehsal güclərinə və infrastruktura tələbatı azaldır, enerj
00:15 313