PISA 2025: Azərbaycan təhsilində islahatların uğurlu nəticəsi - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Azərbaycanın PISA 2025 nəticələri ölkənin təhsil sahəsində son illərdə həyata keçirilən islahatların müsbət nəticələrini bir daha nümayiş etdirib. Beynəlxalq qiymətləndirmədə Azərbaycan şagirdlərinin göstəricilərində əhəmiyyətli irəliləyişlərin qeydə alınması təhsil sistemində aparılan yeniliklərin və həyata keçirilən məqsədyönlü siyasətin nəticəsi kimi qiymətləndirilir.
Nəticələr Azərbaycan təhsilinin beynəlxalq müstəvidə mövqeyinin gücləndiyini göstərməklə yanaşı, görülən işlərin şagirdlərin bilik və bacarıqlarının inkişafına müsbət təsir etdiyini də ortaya qoyur. Bəs PISA 2025 nəticələrini Azərbaycan təhsilində aparılan son islahatların effektivliyinin göstəricisi kimi qəbul etmək olarmı?
Mövzu ilə bağlı təhsil eksperti Əlmusa Atamaliyev BiG.AZ-a açıqlamasında bildirdi ki, PISA 2025 nəticələrini Azərbaycan təhsilində son illərdə həyata keçirilən islahatların müsbət nəticələrindən biri kimi qiymətləndirmək mümkündür, amma bunu yalnız islahatların nəticəsi hesab etmək düzgün olmaz. Onun sözlərinə görə, PISA nəticələrində müəyyən irəliləyişin olması, əlbəttə ki, müsbət haldır: "Bu, təhsil sistemində görülən işlərin müəyyən istiqamətlərdə nəticə verdiyini göstərir. Xüsusilə şagirdlərin təbiət elmləri, riyaziyyat və oxu bacarıqları üzrə əvvəlki qiymətləndirmələrlə müqayisədə müəyyən dinamikanın olması diqqətəlayiqdir.Amma burada bir məqamı da nəzərə almaq lazımdır. PISA yalnız şagirdin dərslik üzrə nə qədər məlumat bildiyini yox, həmin bilikdən real həyatda necə istifadə etdiyini, məntiqi düşünmə və problem həll etmə bacarığını ölçür.
Ona görə də bir qiymətləndirmənin nəticəsinə əsaslanaraq ‘islahatlar tam uğurlu oldu’ demək tezdir. Azərbaycanın nəticələri hələ də OECD ölkələrinin orta göstəricilərindən aşağıdır. Deməli, əldə olunan irəliləyiş bizi arxayınlaşdırmamalıdır. Əksinə, bu nəticələr göstərir ki, məktəblərdə əzbərçiliyin azaldılması, oxuyub-anlama, analitik düşünmə və tətbiqi bacarıqların inkişafına daha çox diqqət yetirmək lazımdır.
Mən hesab edirəm ki, PISA 2025-i Azərbaycan təhsilində aparılan islahatların müəyyən müsbət təsirlərinin göründüyü bir nəticə kimi qəbul etmək olar. Lakin əsas məsələ bu dinamikanı davamlı etmək və növbəti qiymətləndirmələrdə daha ciddi irəliləyişə nail olmaqdır. Fikrimcə, təhsildə real uğur bir dəfə yüksək nəticə göstərməklə deyil, bu nəticəni davamlı şəkildə yaxşılaşdırmaqla ölçülür".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 944 Tarix: 08 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDövlət Bayrağı Günü ölkəmiz üçün ən tarixi günlərdən biridir
Dövlətimizin üçrəngli bayrağı Azərbaycan suverenliyinin və müstəqilliyinin rəmzidir. Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar. Ona görə də, bayraq insanlar, xalqlar üçün həmişə müqəddəs hesab edilib. Bu mənada ölkəmizdə Dövlə
11:28 32 Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı
"Rəhbərlik gəldi, əyləşdi. Dedilər ki, yeni qız gəlib. Ondan əvvəl də aparıcı seçimi ilə bağlı belə bir axtarış aparılırdı. Uşaqlar deyirdilər ki, təcrübəçilər gəlsinlər, aparıcılıq üçün seçim edilsin. Amma heç kim tapılmamışdı. Yalnız bir oğlan təcrübəçi seçilmişdi, o da hələ təcrübə keçirdi. Mə
05.11.2026 468 "Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi
"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omi
10:13 176 Trampdan iki həftə ilə bağlı açıqlama: "Çox şey görəcəksiniz"
ABŞ Prezidenti Donald Tramp növbəti iki həftə ərzində bir sıra tədbirlər elan edəcəyini bildirib. xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Amerika lideri jurnalistlərə açıqlamasında deyib: "Növbəti bir-iki həftə ərzində çox şey görəcəksiniz. Planlaşdırdığımız çoxsayl
10:38 131 Hava çirklənməsinə qarşı Milli Fəaliyyət Planı hazırlanacaq
Bu barədə -a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyev 4 noyabr 2026-cı ildə atmosfer havasının çirklənməsinə qarşı mübarizənin gücləndirilməsi ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, İqlim Dəyişmələri və Atmosfer Havasının Mühafizəsi üzr
05.11.2026 313 Tibbi turizmin inkişafı üçün əlçatanlıq təmin olunmalıdır - AÇIQLAMA
Son dövrdə tibbi turizmin inkişafı aktualdır. Bu məsələ "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda da öz əksini tapıb. "Turizmin inkişafı üçün ilk növbədə güvənin olması önəmlidir". Bunu -a turizm eksperti Ceyhun Aşurov bildirib
05.11.2026 341 Sinif müəllimi idi, işdən çıxıb milyarder oldu - Bir gündə 2,5 milyard qazandı
Çində ibtidai sinif müəllimliyindən ayrılaraq iş dünyasına addım atan Maykl May təsis etdiyi sənaye materialları istehsalçısı "Crown New Materials Technology" şirkətinin ilkin kütləvi təklifi (IPO) vasitəsilə milyarderlər sırasına qoşulub. "Qafqazinfo" xəbər verir ki, Şençjen Fon
05.11.2026 369 Dişləri fırçalayanda bu üç səhvi etməyin
Ağız boşluğuna gündəlik qulluq zamanı yol verilən bəzi vərdişlər diş minasının zədələnməsinə və diş ətlərinin iltihabına səbəb ola bilər. xarici mediaya istinadən xəbər verir ki, stomatoloqlar insanların ağız boşluğuna qulluq zamanı yol verdiyi üç geniş yayılmış səhvi açıqlayıblar. Çoxları bu vərdişləri
05.11.2026 337 AADA və Qazaxıstan Avtobiznes Assosiasiyası arasında birgə Kommunike imzalanıb
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) ofisində ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstan Avtobiznes Assosiasiyasının (AKAB) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə hər iki ölkədə avtomobil sektorunun inkişaf mərhələləri və mövcud problemlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb
05.11.2026 326