Niyam Salaminin adı daha bir QALMAQALDA - Keçmiş şərikinə yarım milyon manat UDUZUB
Adı 21 800 manat dəyərində kömür məhsulunu mənimsəməkdə hallanan müğənni Niyam Salami 500 000 manat borcunu ödəyə bilmədiyi üçün keçmiş şəriki tərəfindən məhkəməyə verilib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, N.Salami Tural Cəfərov adlı iş adamından şəxsi problemlərinin həlli və restoran biznesinin genişləndirilməsi məqsədilə 500 000 manat borc alıb. İş adamı ilə aralarında imzalanan müqaviləyə əsasən, Niyam Salami borcu hissə-hissə olmaq şərti ilə 24 ay ərzində 550 000 manat olaraq geri qaytarmağa razılaşıb.
Müqaviləyə görə, Salami iş adamına hər ay müəyyən məbləğ ödəməyi vəd edib. O, həmçinin, öhdəlik götürüb ki, hər hansı bir ayda 25 000-30 000 manat arasında ödəniş etməsə, bütün borcun dərhal tələb ediləcəyini qəbul edəcək və buna etiraz etməyəcək. Götürdüyü öhdəlikləri yerinə yetirməyən müğənni şəriki ilə məhkəmədə üz-üzə gəlməli olub. Qarşı tərəfin iddiasını 11 sentyabr 2024-cü il tarixdə Şirvan Kommersiya Məhkəməsi təmin edib və N.Salaminin keçmiş ortağına 500 000 manatı, eləcə də 790 manat dövlət rüsumunu ödəməsi barədə qərar çıxarıb.
Məlum olub ki, N.Salami məhkəmənin hökmü ilə razılaşmayıb və apellyasiya şikayəti verib. Apellyasiya məhkəməsinin vaxtı isə aparılacaq ekspertizadan sonra baş tutacaq. Çünki ilkin ifadəsində müqavilədəki xəttin ona məxsus olduğunu təsdiq edən müğənni, sonradan ifadəsini təkzib edib və xəttin ona məxsus olmadığını iddia edib.

BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşFlora Kərimovanın SON DURUMU açıqlandı
Xalq artisti Flora Kərimovanın səhhəti ilə bağlı son vəziyyət açıqlanıb. Bu barədə -a sənətkarın köməkçisi Yaqut İmanova məlumat verib. O bildirib ki, hazırda müğənninin vəziyyəti yaxşıdır:. "Flora xanımın vəziyyəti yaxşıdır. Qızı Londondan gəlib, xəstəxanada onun yanındadır. Səhhətində hər hans
14.06.2026 594 Leyla Quliyevanın arxiv - Fotosu
Aparıcı Leyla Quliyeva arxiv fotosunu izləyiciləri ilə bölüşüb. Axşam.az xəbər verir ki, aparıcı fotonun 1987-ci ildə lentə alındığını bildirib. Sözügedən şəkli təqdim edirik:
13.06.2026 338 Məşhur telekomediya rejissoru Ceyms Berrouz vəfat etdi
"Dostlar" və "Böyük partlayış nəzəriyyəsi" kimi məşhur serialların ABŞ-li rejissoru Ceyms Berrouz 86 yaşında vəfat edib. xəbər verir ki, bu barədə "New York Times" nəşri mərhumun sözçüsü Rik Rozenə istinadən məlumat yayıb. O, rejissorun vəfatını təsdiqləsə də, ölümün səbəb
20.06.2026 149 "Müğənnilər bu qidaları yeməməlidir"
Müğənni Elnarə Xəlilova həmkarlarına məsləhət verib. Axşam.az xəbər verir ki, sənətçi "Xəzər axşamı" verilişində bəzi sirləri açıqlayıb:. "Mədə turşuluğu çox olanda səs tellərini yandırır. Qaydasında turş yemək olar. Çox acı, turş yemək olmaz. Yayda belə soyuq içmək olmaz. Səsi qorumalısan"
20.06.2026 216 Zabaykalyedə düşərgədə yanğına görə 70-dən çox insan təxliyə edilib
Zabaykalyedə Araxley gölündəki "Çempion" uşaq sağlamlıq düşərgəsinin ərazisində baş verən yanğınla əlaqədar insanlar təxliyə olunub. "Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) diyar üzrə Baş İdarəsinin mətbuat xidmət
13.06.2026 224 Aygün Kazımova məzunlarla bir arada - Geyimi gündəm oldu
Xalq artisti Aygün Kazımova ötən gün məzun gecəsində iştirak edib. Axşam.az-ın məlumatına görə, məzunlar üçün səhnəyə çıxan Pop kraliçasının çıxışı maraqlı anlarla yadda qalıb. Kazımovanın çəhrayı, "Barbie" üslubunda seçdiyi geyim sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Müğənninin istifad
13.06.2026 475 Şəbnəm Tovuzlu səhnədə çətin anlar yaşadı - VİDEO
Müğənni Şəbnəm Tovuzlu çıxışı zamanı gözlənilməz hadisə ilə üzləşib. xəbər verir ki, səhnəyə azyaşlı qızın çıxaraq rəqs etmək istəməsi sənətçinin diqqətini çəkib. Şəbnəm Tovuzlu təhlükəsizlik baxımından buna etiraz edərək səhnədə müxtəlif texniki avadanlıqların və elektrik qurğularının olduğunu, uşağı
13.06.2026 327 "Hansı ixtiyarla xalqımın qarşısına bu geyimdə çıxırsan?"
"Əmrah Bakıya idman geyimində gəlib, hava limanından səhnəyə çıxdı". Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Vüsalə Əlizadə verilişində deyib. Aparıcı türkiyəli ifaçı Əmrah və Çelikin Bakıda konsert zamanı tamaşaçılara hörmətsizlik etdiyini deyib:. "Yandım, töküldüm ki, o gündə səhnəy
12.06.2026 775 Zeynəb Xanlarova övladları ilə - FOTO
Xalq artisti Zeynəb Xanlarovanın övladları ilə arxiv görüntüsü yayılıb. xəbər verir ki, sənətkarın şəklini "ZeynəbXanlarovamusic" səhifəsi paylaşıb. Kadrda Xanlarovanın oğulları Ramal və Ramin yer alıb
21.06.2026 766