"Prezident İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibəsində gələcəkdəki hədəflər barədə də məlumat verdi" - Emil Əkbərov

"Prezident İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibəsində gələcəkdəki hədəflər barədə də məlumat verdi" - Emil Əkbərov"Cənab Prezident İlham Əliyev bir neçə gün öncə yerli televiziya kanallarına verdiyi müsahibəsində ictimaiyyət maraqlandıran əsas məsələlər barədə geniş məlumat verdi".

Bunu Sonxeber.az-a dalaşan "BİG Media" MMC-nin direktoru Emil Əkbərov bildirib.

Emil Əkbərov qeyd edib ki, cənab Prezident İlham Əliyev son müsahibəsini həm də gələcəkdəki hədəflər barədə məlumat verdi:

"Keçən il Azərbaycan iqtisadiyyatı kifayət qədər inkişaf etmişdir. Bugünkü dünyanın mənzərəsinə nəzər salsaq ölkəmizdəki inkişaf templəri müsbət qiymətləndirmək olar. Azərbaycanda ümumi daxili məhsul 4 faizdən çox artıb. Əslində, bizim üçün əsas göstərici qeyri-neft sektorunun inkişafıdır. Ölkəmizdə qeyri-neft sektoru 6 faizdən çox artıb.
Dünya iqtisadiyyatının artım templərinə və inkişaf etmiş ölkələrin inkişafına, yaxud da ki, tənəzzülə nəzər salsaq, görərik ki, Azərbaycan iqtisadiyyatı uğurla inkişaf etməkdədir. Əlbəttə ki, bunun təməlində cənab Prezident İlham Əliyevin düşünülmüş uğurlu siyasəti dayanır.

Dövlət başçısının apardığı uğurlu islahatlar nəticəsində ölkəmizdə bütün sahələr inkişaf etməkdədir. Uzun illər aparılan iqtisadi islahatlar, şəffaflıq, inhisarçılığa qarşı mübarizə, investisiyaların cəlb edilməsi, investisiya iqliminin yaxşılaşdırılması nəticəsində biz beynəlxalq aparıcı reytinq agentliklərinin Azərbaycana olan münasibətində müsbət dəyişiklik görürük. Mövcud vəziyyətə nəzər salsaq görərik ki, biz iqtisadi sahədə dayanıqlı inkişafa nail ola bilmişik.

2024-cü il ölkəmiz üçün uğurlu il oldu. Keçən il bir çoxlu sayda sosial proqramlar icra edilsə də, Qarabağın bərpası ilə bağlı böyük vəsait səfərbər olunsa da maliyyə vəziyyətimiz də kifayət qədər yaxşılaşma oldu. Optimallaşmanı elə təşkil etmişik ki, valyuta ehtiyatlarımız daha da artdı. 2024-cü ildə valyuta ehtiyatlarımız təqribən 5 milyard dollardan çox artıb. Əhalisi 10 milyon olan ölkə üçün 72 milyard dollar kifayət qədər çox böyük göstəricidir. Hətta deyərdim ki, bu göstəriciyə görə Azərbaycan dünyada aparıcı ölkələrin sırasındadır".

Emil Əkbərov söyləyib ki, cənab Prezident İlham Əliyev tərəfindən imzalanan sərəncamlar və fərmanların əsas məqsədi vətəndaşların ildən-ilə daha yaxşı yaşamasını təmin etməkdir:

Bilirsiniz ki, yanvarın birindən minimum əməkhaqqı 55 manat artırılaraq 400 manata çatıb. Minimum pensiya 40 manat artıb və 320 manata çatıb. Orta hesabla artım 14-15 faizdir. Bu qədər böyük sərmayə qoyan və Qarabağın bərpası kimi qarşımızda bu qədər böyük problemi olan ölkədə bu sahəyə də bu diqqəti yetirmək, əlbəttə ki, bizim siyasətimizin əsas mahiyyətini göstərir. Son bir neçə il ərzində dörd sosial paket həyata keçirildi və bu məqsədlər üçün 7 milyard manatdan çox vəsait xərcləndi. Bundan sonra da sosial və iqtisadi inkişaf yanbayan gedəcək. İqtisadi imkanlar artdıqca biz daim sosial məsələlərin həllinə - minimum əməkhaqqı, pensiya, sosial müavinətlərin artırılması məsələlərinə də daim diqqət göstərəcəyik".

Emil Əkbərov vurğulayıb ki, ötən il keçirilən COP29 böyük bir çağırış olmaqla yanaşı həm də ölkəmiz üçün böyük imkan idi:

Azərbaycan cənab prezident İlham Əliyevin rəhbərliyi ilə bu çağırışı ölkəmiz üçün böyük uğura çevirə bildi.
Həmçinin, bilirsiniz ki, biz 4 il ərzində Qoşulmama Hərəkatında sədrlik etmişik. Bu, böyük uğur idi və üzv dövlətlərin yekdil qərarı ilə bizim sədrliyimiz daha bir il uzadıldı. Eyni zamanda, Avropa siyasətində fəal iştirak edən bir ölkə kimi Azərbaycan Avropa İttifaqının 10 üzv ölkəsi ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb və qəbul edib. Biz hesab etdik ki, bu iş uğurla nəticələnə bilər.

Təəssüf ki, ölkəmizə qarşı başladılan qarayaxma kampaniyası COP29 ərəfəsində daha da artırdı. Hətta COP29-u siyasi motivlər səbəbindən boykot etmək cəhdləri də var idi. Bu ölkəmiz üçün gözlənilməz olmadı. Çünki Azərbaycan hər zaman qərbin iki münasibətin şahidi olub. Bütün təxribatlara baxmayaraq biz bunun da öhdəsindən uğurla gələ gələ bildik. Boykot uğursuz oldu. Baxmayaraq ki, bəzi ölkələr, xüsusilə də Fransa əlindən gələni edirdi ki, tədbiri gözdən salsın. Həmkarlarımdan aldığım məlumata görə, Fransa prezidenti şəxsən onlara zəng edərək Bakıya getməməyi tövsiyə edirmiş. Yəni, liderlərin buraya səfər etmələrinin qarşısını almaq üçün hətta belə vasitəyə də əl atılmışdır. Lakin bu da uğursuz oldu. Səksən dövlət və hökumət başçısı Bakıya səfərə gəldi və bu, bir daha Azərbaycanın etibarlı tərəfdaş olduğunu nümayiş etdirdi.

Avropa Komissiyasının Prezidentinin iştirak etməməsinə gəldikdə, bildiyimə görə bu, Avropa Komissiyasının Prezidentinin iştirak etmədiyi ilk COP oldu. Halbuki onun iştirakı bir neçə ay əvvəl artıq təsdiq edilmişdi.
COP29-un təşkilat komitəsi Avropa Komissiyası ilə təmas qurdu və qarşı tərəfə bildirdi ki, COP iki həftə ərzində keçirilir və səfər etmək üçün kifayət qədər vaxt var. Yeri gəlmişkən, BMT-nin Baş katibi iki dəfə səfər etdi - tədbirin açılışında və bağlanışında. Ancaq yenə də bu mesaja Avropa Komissiyası tərəfindən əhəmiyyət verilmədi. Əlbəttə bu, COP29-un keçirilməsinə xələl gətirmədi, ancaq COP-a üzv olan tərəf kimi Avropa Komissiyasının iştirak etməməsi çoxsaylı suallar doğurur. Buna baxmayaraq, təşkilatçılıq baxımından bu, həqiqətən də uğur hekayəsi oldu. Mən bunu bir dəfə qeyd etmişəm ki, bizim cəmi 10 şikayətimiz var idi və onlar dərhal həll edildi;

Növbəti uğur Azərbaycanın D-8 təşkilatına qəbul edilməsidir. Azərbaycanın D-8-ə üzv olması ölkəmizin nüfuzunu bir daha göstərdi. Bu təşkilat 30 ilə yaxın bundan əvvəl yaranmışdı, Türkiyənin təşəbbüsü ilə və səkkiz ölkədən ibarət idi. Bu illər ərzində əlavə üzv qəbul edilməmişdi. Birinci genişlənmə qərarından sonra qəbul edilən üzv Azərbaycan oldu. Əlbəttə ki, bu, ölkəmizin nüfuzunu, eyni zamanda, beynəlxalq aləmdə rolumuzu göstərir. D-8 müsəlman ölkələrini birləşdirən ən böyük təşkilatdır. Bir milyarddan çox əhalisi olan və müsəlman ölkələrinin iqtisadiyyatının 60 faizini təşkil edən bir təşkilatdır. Əgər biz bu təşkilatın ümumi daxili məhsulunu götürsək, bu, 5 trilyon dollardan çoxdur. Dünyada 60-a yaxın müsəlman ölkəsi var və məhz Azərbaycan yeni üzv seçilmişdir. Əlbəttə ki, bu, bizim üçün həm böyük şərəfdir, həm də böyük məsuliyyətdir. Artıq bütün göstərişlər verilib ki, Azərbaycan bu təşkilatda fəal olsun və öz töhfəsini verə bilsin".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 583   Tarix: 09 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Peskov açıqladı: Paşinyan bu il Rusiyaya səfər edəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan yaxın gələcəkdə Rusiyaya səfər edə bilər. xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Paşinyanın Rusiyaya səfəri bu il baş tutacaq. Bununla belə, səfərin dəqiq tarixi hələlik məlum deyil. [hh4-unikal

14:14 84
.

Nemo nöqtəsi: Yerin ən ucqar yeri haradır?

Cənub Sakit okeanında qurudan o qədər uzaq bir ərazi var ki, bəzən buraya ən yaxın insanlar Yer orbitində olan Beynəlxalq Kosmik Stansiyanın (BKS) astronavtları olur. Qaynarinfo xəbər verir ki, söhbət məşhur Nemo nöqtəsindən - okeanın əlçatmazlıq qütbündən gedir. "Mirror"un yazdığına görə

07.09.2026 253
.

PISA 2025 tədqiqatı ölkənin hansı rayonlarını əhatə edib?

"PISA tədqiqatı 91 ölkə və iqtisadiyyatdan 760 min şagirdi əhatə edir. Azərbaycanda isə PISA 2025-də 241 məktəbdən 7 432 şagird iştirak edib". xəbər verir ki, bunu PISA 2025 - Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrinin təqdimatına həsr olunmuş tədbirdə elm və təhsil nazir

12:16 82
.

Sabah hava necə olacaq?

Sentyabrın 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağ

12:44 135
.

"Brutto müqavilə" sisteminin qəbul edilməsi sərnişin üçün gediş haqqının artırılması demək deyil" - İqtisadçı Akif Nəsirli ilə MÜSAHİBƏ

"Brutto müqavilə" sisteminin qəbul edilməsi sərnişin üçün gediş haqqının artırılması demək deyil. Yəni yenədə gediş haqqı Azərbaycan höküməti tərəfindən nəzarətdədir və bunu Tarif Şurası müəyyən edəcək". Bu sözləri Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli BİG.AZ-a müsahibəsind

12:57 155
.

İsti yeməyi plastik qabda saxlamaq təhlükəlidirmi? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Plastik qabların gündəlik həyatda geniş istifadəsi qidanın saxlanması ilə bağlı sualları da artırır. Xüsusilə isti yeməklərin plastik qablara qoyulması zamanı qabın tərkibindəki bəzi maddələrin qidaya keçməsi ehtimalı istehlakçıların diqqət etdiyi məsələlərdəndir. Qida ilə təmas üçün nəzərdə tutula

14:51 0
.

Bakıda aylıq normanı aşan yağıntı qeydə alınıb - FAKTİKİ HAVA

Sentyabrın 8-i saat 9:00-a olan faktiki hava açıqlanıb. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur. Bəzi yerlərdə yağıntılar leysan xarakterli intensiv olub. Bakıda və Abşeron yarımadasınd

10:20 156
.

Rusiyada Federal Təhlükəsizlik Xidmətinin generalı saxlanılıb

Rusiyada Federal Təhlükəsizlik Xidməti (FTX) general-mayoru Sergey Malkov yanacaq oğurluğuna görə saxlanılıb. Bu barədə Rusiya KİV-də məlumat yayılıb. Həmçinin digər yüksək rütbəli əməkdaşlar - FTX-nin Mərkəzi Mühafizə və Xüsusi Tədbirlər İdarəsinin rəisi, polkovnik Aleksey Suyarov və idarənin şöbə rəisi

07.09.2026 274
.

Ekspert: "Paşinyanın 102-ci baza ilə bağlı açıqlaması Moskvaya ciddi siyasi mesajdır"

"Paşinyanın 102-ci Rusiya hərbi bazası ilə bağlı son açıqlaması Rusiya-Ermənistan münasibətlərində onsuz da mövcud olan gərginliyin yeni mərhələyə keçdiyini göstərir. Burada məsələ təkcə bir hərbi bazanın taleyi deyil. Söhbət Ermənistanın təhlükəsizlik modelini dəyişmək niyyətindən gedir. Paşinyanı

13:44 113
.