Ekspert: "Paşinyanın 102-ci baza ilə bağlı açıqlaması Moskvaya ciddi siyasi mesajdır"
"Paşinyanın 102-ci Rusiya hərbi bazası ilə bağlı son açıqlaması Rusiya-Ermənistan münasibətlərində onsuz da mövcud olan gərginliyin yeni mərhələyə keçdiyini göstərir. Burada məsələ təkcə bir hərbi bazanın taleyi deyil. Söhbət Ermənistanın təhlükəsizlik modelini dəyişmək niyyətindən gedir.
Paşinyanın "Rusiya çıxmaq istəsə, etiraz etmərik" mövqeyi əslində Moskvaya ciddi siyasi mesajdır. Yəni Ermənistan artıq Rusiyanın hərbi mövcudluğunu öz təhlükəsizliyinin vazkeçilməz elementi kimi qəbul etmir. Bu isə Ermənistanın Qərbə inteqrasiya xəttinin hərbi-siyasi müstəvidə də dərinləşdiyini göstərir".
Bu fikirləri "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.
Ekspert qeyd edib ki, 102-ci bazanın Ermənistandan çıxarılması Rusiya üçün sadəcə Ermənistandakı bir hərbi obyektin itirilməsi anlamına gəlmir:
"Bu baza Moskvanın Cənubi Qafqazdakı hərbi iştirakının əsas dayaqlarından biridir. Ona görə də belə bir addım baş verərsə, Rusiya bunu özünün regional təsir imkanlarına ciddi zərbə kimi qiymətləndirə bilər.
Hesab edirəm ki, bu proses Rusiya-Ermənistan münasibətlərini daha da soyuda, Moskvanın İrəvana qarşı siyasi və iqtisadi təzyiq imkanlarını artırmasına səbəb ola bilər. Digər tərəfdən, Ermənistan da Qərbdən təhlükəsizlik təminatlarının daha konkret mexanizmlərini tələb etməyə başlayacaq.
Burada Azərbaycanın da maraqları var. Çünki Ermənistan-Rusiya münasibətlərindəki dəyişiklik Cənubi Qafqazın təhlükəsizlik arxitekturasına təsir göstərə bilər. Əsas məsələ ondan ibarətdir ki, regionda bir güc mərkəzinin boşaltdığı yeri başqa güc mərkəzi doldurmasın və Cənubi Qafqaz yeni qarşıdurma meydanına çevrilməsin.
Əslində, Ermənistanın qarşısında duran əsas sual Rusiyanın çıxıb-çıxmaması deyil, bundan sonra öz təhlükəsizliyini hansı siyasi və hərbi mexanizmlərlə təmin edəcəyidir", - deyə B.Quliyev əlavə edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 748 Tarix: 08 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDövlət Bayrağı Günü ölkəmiz üçün ən tarixi günlərdən biridir
Dövlətimizin üçrəngli bayrağı Azərbaycan suverenliyinin və müstəqilliyinin rəmzidir. Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar. Ona görə də, bayraq insanlar, xalqlar üçün həmişə müqəddəs hesab edilib. Bu mənada ölkəmizdə Dövlə
11:28 32 Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı
"Rəhbərlik gəldi, əyləşdi. Dedilər ki, yeni qız gəlib. Ondan əvvəl də aparıcı seçimi ilə bağlı belə bir axtarış aparılırdı. Uşaqlar deyirdilər ki, təcrübəçilər gəlsinlər, aparıcılıq üçün seçim edilsin. Amma heç kim tapılmamışdı. Yalnız bir oğlan təcrübəçi seçilmişdi, o da hələ təcrübə keçirdi. Mə
05.11.2026 468 "Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi
"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omi
10:13 176 Trampdan iki həftə ilə bağlı açıqlama: "Çox şey görəcəksiniz"
ABŞ Prezidenti Donald Tramp növbəti iki həftə ərzində bir sıra tədbirlər elan edəcəyini bildirib. xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Amerika lideri jurnalistlərə açıqlamasında deyib: "Növbəti bir-iki həftə ərzində çox şey görəcəksiniz. Planlaşdırdığımız çoxsayl
10:38 131 Hava çirklənməsinə qarşı Milli Fəaliyyət Planı hazırlanacaq
Bu barədə -a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyev 4 noyabr 2026-cı ildə atmosfer havasının çirklənməsinə qarşı mübarizənin gücləndirilməsi ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, İqlim Dəyişmələri və Atmosfer Havasının Mühafizəsi üzr
05.11.2026 313 Tibbi turizmin inkişafı üçün əlçatanlıq təmin olunmalıdır - AÇIQLAMA
Son dövrdə tibbi turizmin inkişafı aktualdır. Bu məsələ "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda da öz əksini tapıb. "Turizmin inkişafı üçün ilk növbədə güvənin olması önəmlidir". Bunu -a turizm eksperti Ceyhun Aşurov bildirib
05.11.2026 341 Sinif müəllimi idi, işdən çıxıb milyarder oldu - Bir gündə 2,5 milyard qazandı
Çində ibtidai sinif müəllimliyindən ayrılaraq iş dünyasına addım atan Maykl May təsis etdiyi sənaye materialları istehsalçısı "Crown New Materials Technology" şirkətinin ilkin kütləvi təklifi (IPO) vasitəsilə milyarderlər sırasına qoşulub. "Qafqazinfo" xəbər verir ki, Şençjen Fon
05.11.2026 369 Dişləri fırçalayanda bu üç səhvi etməyin
Ağız boşluğuna gündəlik qulluq zamanı yol verilən bəzi vərdişlər diş minasının zədələnməsinə və diş ətlərinin iltihabına səbəb ola bilər. xarici mediaya istinadən xəbər verir ki, stomatoloqlar insanların ağız boşluğuna qulluq zamanı yol verdiyi üç geniş yayılmış səhvi açıqlayıblar. Çoxları bu vərdişləri
05.11.2026 337 AADA və Qazaxıstan Avtobiznes Assosiasiyası arasında birgə Kommunike imzalanıb
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) ofisində ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstan Avtobiznes Assosiasiyasının (AKAB) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə hər iki ölkədə avtomobil sektorunun inkişaf mərhələləri və mövcud problemlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb
05.11.2026 326