1,8 kilometrdə 200 min insan - Dünyanın ən izdihamlı çimərliyi

1,8 kilometrdə 200 min insan - Dünyanın ən izdihamlı çimərliyiÇində yerləşən Dameyşa çimərliyi dünyanın ən izdihamlı çimərliklərindən biri hesab olunur. Bəzi günlər burada insanların sayı o qədər çox olur ki, istirahət edənlər nəinki qum üzərində boş yer tapmaqda, hətta dənizə çatmaqda belə çətinlik çəkirlər.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, Şençjen şəhərində yerləşən Dameyşa çimərliyinin uzunluğu cəmi 1,8 kilometrdir, buna baxmayaraq, isti yay günlərində burada yüz minlərlə insan toplaşa bilir.

Çimərliyin həddindən artıq izdihamlı olması səbəbindən yerli hakimiyyət sahilə girişə nəzarət etmək məcburiyyətində qalıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə isə bəzən qumun demək olar ki, tamamilə insan kütləsinin altında qaldığı görünür.

Turistlərin rəylərinə görə, xüsusilə pik günlərdə sahildə hərəkət etmək belə çətinləşir. Bəzi ziyarətçilər dənizə çatmaq üçün böyük insan kütləsinin arasından keçməli olduqlarını bildiriblər.

Dameyşa ictimai və pulsuz çimərlikdir. Lakin may-oktyabr aylarında ziyarətçi sayı gündə təxminən 80 min nəfərlə məhdudlaşdırılır. Bu dövrdə çimərliyə getmək istəyənlərin əvvəlcədən qeydiyyatdan keçməsi tələb olunur.

Bununla belə, əvvəlki illərdə xüsusilə populyar günlərdə çimərlikdə eyni vaxtda 200 minə qədər insanın toplandığı bildirilir.

Dameyşanın bu qədər məşhur olmasının əsas səbəblərindən biri əlçatanlığıdır. Çimərliyə bir neçə avtobus marşrutu işləyir, metro stansiyası isə sahilin qarşısında yerləşir. Bundan başqa, girişin pulsuz olması həm yerli sakinlərin, həm də turistlərin buraya böyük maraq göstərməsinə səbəb olur.

Çimərlikdəki nəhəng insan kütləsinin fotoları hər yay sosial şəbəkələrdə sürətlə yayılır. Sakit və rahat istirahət üçün əlverişli görünməsə də, məhz qeyri-adi izdiham Dameyşanı dünyada məşhurlaşdıran əsas xüsusiyyətlərdən birinə çevrilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 813   Tarix: 07 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm" - Video

"Azərbaycanda din dövlətdən, məktəb də dindən ayrıdır". "Qafqazinfo" xəbər verir ki, bunu Qafqaz Müsəlmanlar İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə "Real TV"yə müsahibəsində bildirib. "Biz dövlətin qərarlarına qarşı heç bir şey demək iqtidarında deyilik

17:35 354
.

Diabet xəstələri bal yeyə bilərmi? Qan şəkəri səviyyəsinə təsiri haqqında bunları bilməlisiniz

Bal uzun illərdir sağlamlıq üçün faydalı xüsusiyyətlərinə görə qiymətləndirilir. Lakin şəkərli diabetdən əziyyət çəkən insanlar bu məhsulu istehlak edərkən xüsusilə diqqətli olmalıdırlar. Bunun əsas səbəbi balın tərkibində qanda qlükozanın səviyyəsinə təsir edən sadə şəkərlərin yüksək miqdarda olmasıdır

20:15 162
.

Uşaq qəzəbi zamanı valideynlər nə etməlidir? - Vacib TÖVSİYƏLƏR

Uşaqların qəfil qəzəblənməsi, yüksək səslə ağlaması və ya istədikləri olmayanda isterikaya düşməsi bir çox valideynin qarşılaşdığı vəziyyətdir. Belə anlarda böyüklər çox vaxt necə davranacaqlarını bilmirlər. Bəziləri uşağı cəzalandırmağa çalışır, digərləri isə sakitləşdirmək üçün onun bütün istəklərin

20:30 160
.

Prezidentlər təkbətək görüşdü

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Laos Prezidenti Thonqlun Sisulitlə təkbətək görüşü olub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb

12:05 159
.

İlham Əliyevin Kamboca ilə əməkdaşlıq mesajı: Azərbaycan Asiya istiqamətində əlaqələrini genişləndirir

"Azərbaycan Prezidenti İlham Əliyevin Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanat Bakı ilə Cənub-Şərqi Asiya arasında münasibətlərin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm siyasi mesajlarla yadda qaldı. Oktyabrın 12-də səsləndirilə

12:15 272
.

"Bu əlaqələr uzun illərdir uğurla inkişaf edir" - Yenilənib

"Əminəm ki, bu səfər ikitərəfli münasibətlərimizə çox müsbət təsir göstərəcək və ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatında söyləyib. Dövlət başçısı bu gün təkbətə

12:57 192
.

Kəlağayı milli-mənəvi dəyərlərimizin yaşadılmasının gözəl nümunəsidir

"Azərbaycan xanımının kəlağayıdan istifadə etməsi milli-mənəvi dəyərlərimizə, tarixi ənənələrimizə və mədəni irsimizə ehtiramın gözəl ifadəsidir. Xüsusilə, hicab örtməyən xanımlarımızın da kəlağayıya maraq göstərməsi, onu müasir geyim mədəniyyətimizin bir hissəsinə çevirməsi milli ənənələrimizi

12:56 217
.

ChatGPT istifadəçilərlə hər məsələdə razılaşmayacaq - "OpenAI"dan yeni addım

"OpenAI" ChatGPT-nin istifadəçilərlə həddindən artıq razılaşmaq və onların fikirlərini əsassız şəkildə dəstəkləmək meylini azaltmağa çalışır. Şirkətin məqsədi çatbotun yalnız istifadəçinin eşitmək istədiklərini söyləməsi deyil, yanlış fikirlərə əsaslandırılmış şəkildə etiraz etməsi və alternati

23:00 2
.

Məktəbə daş atdılar, şagirdlər xəsarət aldı - Video

Bu gün Binə qəsəbəsi "Südçülük Sovxozu"nda yerləşən 136 saylı məktəbə hücum olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, məktəb binasının içərisinə pəncərədən daş atılıb, nəticədə, iki şagird yaralanıb. Əməli törədən şəxslər saxlanılıb

12:18 343
.