Kirayə müqaviləsi bağlamayan mülkiyyətçiləri qanunla hansı cəza gözləyir? VƏKİLDƏN AÇIQLAMA

Kirayə müqaviləsi bağlamayan mülkiyyətçiləri qanunla hansı cəza gözləyir? VƏKİLDƏN AÇIQLAMAMülkiyyət sahibləri ilə kirayəçilər arasında son vaxtlar tez-tez problemlərin yarandığının şahidi oluruq. Bu problemlər hər iki tərəf arasında müqavilənin bağlanmadığı zaman baş verir.

Bəs mülkiyyətçilər evlərini kirayə verdiyi zaman niyə müqavilə bağlamaq istəmir?

Bunun əsas səbəblərindən biri vergidən yayınmaqdır. Çünki, mülkiyyətçi müqavilə bağladığı zaman ödənilən məbləğin bir neçə faizini vergi olaraq ödəmiş olacaq.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən vəkil Rəşad Əliyev bildirib ki, Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir.
Əmlak icarəsindən əldə edilən gəlir fiziki şəxsin qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəliri hesab edilir. Fiziki şəxsə icarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi qeydiyyatda olduğu halda ödəmə mənbəyində 14 faiz məbləğində vergi tutmalı və bu barədə vergi orqanına rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq hesabat təqdim etməlidir:

Kirayə müqaviləsi bağlamayan mülkiyyətçiləri qanunla hansı cəza gözləyir? VƏKİLDƏN AÇIQLAMA"İcarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi qeydiyyatda olmadığı halda, əmlakın sahibi vergi orqanında qeydiyyata durmalı, əldə etdiyi gəlirdən illik 14 faiz həcmində gəlir vergisi ödəməli və vergi orqanına "Gəlir vergisi bəyannaməsi" təqdim etməlidir.

Vergi Məcəlləsinin 58.2-ci maddəsinə əsasən, müəyyən olunmuş müddətdə vergi orqanlarında uçota alınmamasına görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
Bundan başqa, həmin Məcəllənin 57.1-ci maddəsinə əsasən, bəyannamə vermək öhdəliyi olan vergi ödəyicisi tərəfindən əldə etdiyi və ya ödədiyi icarə haqlarına görə vergi orqanına Vergi Məcəlləsi ilə müəyyən olunmuş müddətdə hesabat təqdim edilməməsinə görə də 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin (o cümlədən, ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa, vergi ödəyicisinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən, vergi məbləğləri qanunvericiliklə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya ödəmə mənbəyində vergini tutmağa və büdcəyə köçürməyə borclu olan şəxsdən ödənilməmiş vergi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1916   Tarix: 08 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Peskov açıqladı: Paşinyan bu il Rusiyaya səfər edəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan yaxın gələcəkdə Rusiyaya səfər edə bilər. xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Paşinyanın Rusiyaya səfəri bu il baş tutacaq. Bununla belə, səfərin dəqiq tarixi hələlik məlum deyil. [hh4-unikal

14:14 84
.

Nemo nöqtəsi: Yerin ən ucqar yeri haradır?

Cənub Sakit okeanında qurudan o qədər uzaq bir ərazi var ki, bəzən buraya ən yaxın insanlar Yer orbitində olan Beynəlxalq Kosmik Stansiyanın (BKS) astronavtları olur. Qaynarinfo xəbər verir ki, söhbət məşhur Nemo nöqtəsindən - okeanın əlçatmazlıq qütbündən gedir. "Mirror"un yazdığına görə

07.09.2026 253
.

PISA 2025 tədqiqatı ölkənin hansı rayonlarını əhatə edib?

"PISA tədqiqatı 91 ölkə və iqtisadiyyatdan 760 min şagirdi əhatə edir. Azərbaycanda isə PISA 2025-də 241 məktəbdən 7 432 şagird iştirak edib". xəbər verir ki, bunu PISA 2025 - Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrinin təqdimatına həsr olunmuş tədbirdə elm və təhsil nazir

12:16 82
.

Sabah hava necə olacaq?

Sentyabrın 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağ

12:44 135
.

"Brutto müqavilə" sisteminin qəbul edilməsi sərnişin üçün gediş haqqının artırılması demək deyil" - İqtisadçı Akif Nəsirli ilə MÜSAHİBƏ

"Brutto müqavilə" sisteminin qəbul edilməsi sərnişin üçün gediş haqqının artırılması demək deyil. Yəni yenədə gediş haqqı Azərbaycan höküməti tərəfindən nəzarətdədir və bunu Tarif Şurası müəyyən edəcək". Bu sözləri Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli BİG.AZ-a müsahibəsind

12:57 155
.

İsti yeməyi plastik qabda saxlamaq təhlükəlidirmi? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Plastik qabların gündəlik həyatda geniş istifadəsi qidanın saxlanması ilə bağlı sualları da artırır. Xüsusilə isti yeməklərin plastik qablara qoyulması zamanı qabın tərkibindəki bəzi maddələrin qidaya keçməsi ehtimalı istehlakçıların diqqət etdiyi məsələlərdəndir. Qida ilə təmas üçün nəzərdə tutula

14:51 0
.

Bakıda aylıq normanı aşan yağıntı qeydə alınıb - FAKTİKİ HAVA

Sentyabrın 8-i saat 9:00-a olan faktiki hava açıqlanıb. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur. Bəzi yerlərdə yağıntılar leysan xarakterli intensiv olub. Bakıda və Abşeron yarımadasınd

10:20 156
.

Rusiyada Federal Təhlükəsizlik Xidmətinin generalı saxlanılıb

Rusiyada Federal Təhlükəsizlik Xidməti (FTX) general-mayoru Sergey Malkov yanacaq oğurluğuna görə saxlanılıb. Bu barədə Rusiya KİV-də məlumat yayılıb. Həmçinin digər yüksək rütbəli əməkdaşlar - FTX-nin Mərkəzi Mühafizə və Xüsusi Tədbirlər İdarəsinin rəisi, polkovnik Aleksey Suyarov və idarənin şöbə rəisi

07.09.2026 274
.

Ekspert: "Paşinyanın 102-ci baza ilə bağlı açıqlaması Moskvaya ciddi siyasi mesajdır"

"Paşinyanın 102-ci Rusiya hərbi bazası ilə bağlı son açıqlaması Rusiya-Ermənistan münasibətlərində onsuz da mövcud olan gərginliyin yeni mərhələyə keçdiyini göstərir. Burada məsələ təkcə bir hərbi bazanın taleyi deyil. Söhbət Ermənistanın təhlükəsizlik modelini dəyişmək niyyətindən gedir. Paşinyanı

13:44 113
.