Elvin Könülü öldürəndən sonra dönər satmağa gedib DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI

Elvin Könülü öldürəndən sonra dönər satmağa gedib DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATIÖlümündən 2 ay sonra cəsədi tapılan tələbə Könülü qətlə yetirən şəxsin istintaqdakı ifadəsi məlum olub. Könülün itkin düşməsi xəbərindən sonra sosial şəbəkələrdə onun axtarışına da qoşulan Elvin İsmayılzadənin qətl törətməsi şübhəli hərəkətlərindən sonra üzə çıxıb.

Musavat.com xəbər verir ki, Könül Ağayevanın qətli ötən ilin ən səs-küylü cinayət işlərindən biri idi.

22 yaşlı Könülün itkin düşməsindən sonra onun sonuncu görüşdüyü şəxs kimi 21 yaşlı Elvin İsmayılzadə diqqət mərkəzində idi. Sonda şübhələr gerçəyə döndü.

Könül Lənkəran Dövlət Universitetinin 4-cü kurs tələbəsi idi. Elvin isə Lənkəranda dönərxanada işləyirdi. Onların tanışlığı da elə dönərxanada olub. Aralarında sevgi münasibəti yaransa da sonradan Elvin bu münasibəti davam etdirmək istəməyib. 2022-ci ildəki tanışlıq bir neçə ay davam edib. Elvin əsgərliyə getdikdən sonra onların əlaqəsi bir müddətlik kəsilib.

Elvin əsgərlikdən qayıtdıqdan sonra tiktok sosial şəbəkəsində tanımadığı şəxsin onun şəkillərini paylaşdığını görüb. Həmin şəxsə əlaqə nömrəsini verərək kim olduğunu öyrənməyə çalışıb. Ona zəng edən şəxs Könül olub. Könül Elvinə neçə vaxtdır onu axtardığını deyib. Elvin isə əsgərlikdə olduğunu bildirib. Bundan sonra Könül yenidən Lənkərana gəlib və onlar görüşüb. Qətl hadisəsi də sonuncu görüş zamanı baş verib.

Elvin ifadəsində baş verənləri belə danışıb:

"Könül mən işləyən dönərxanaya gələndə tanış olmuşduq. Axşamlar işdən sonra görüşürdük. 2022-ci ilin martın sonlarında Könülün ciddi münasibət düşünərək ailə qurmaq fikrinin olduğunu gördüm. Mən isə bunu istəmirdim. Könüldən ayrılmaq qərarına gəldim. Müxtəlif bəhanələr gətirərək Könüldən ayrılmaq istədiyimi deyirdim. Könülə yalandan narkoman olduğumu da dedim. Amma Könül məndən ayrılmaq istəmirdi. Sonra mən əsgərliyə gedəndə əlaqə kəsildi. Onunla danışmadıq. Əsgərlikdən gələndən sonra da onunla əlaqə saxlamadım. Sonra dostlarım şəkillərimin tiktokda yayıldığını dedilər. Həmin şəxslə əlaqə saxlayanda Könül olduğunu öyrəndim. Ailəsi ilə problemlərinin olduğunu, ailəsinin onu başqa şəxslə evləndirmək istədiyini dedi. Bildirdi ki, evdən çıxıb, artıq pulu da qurtarıb. Lənkərana gəlib iş axtarmaq istəyirdi. Məni görmək üçün bir günlük Lənkərana gələcəyini dedi. Mən də bunun öz işi olduğunu söylədim".

Elvin ifadəsində bildirib ki, Könül Lənkərana gələndə dostu Xəyalın evində bir gün qalması üçün ona şərait yaradıb:

"Xəyal işlədiyi restoranda gecələdiyi üçün kirayə yaşadığı ev boş idi. Xəyaldan bir günlük icazə istədim. O da razılaşdı. Xəyal qonşular bilməsin deyə gecələr dəhlizin işığını yandırmamağı tapşırdı. Könül Lənkərana gələndə onu qarşılayıb evə apardım. Mən yaşadığım evə qayıtdım. Onunla telefonla danışırdım. Bir gün keçəndən sonra ondan Bakıya qayıtmasını istədim, amma razılaşmadı. Könül hər telefon danışığında mənimlə mübahisə edirdi. Onu aldatdığımı, sevmədiyimi, intihar edəcəyini və günahkarın mənim olacağımı deyirdi. Mənə psixoloji təsir edirdi. Könülün özünə nəsə edəcəyindən qorxurdum".

Elvinin dediklərinə görə Könülə nə qədər təkid etsə də Bakıya qayıtmayıb. Dəfələrlə arlarında mübahisə yaşanıb. Bir dəfə də Könül mübahisə zamanı huşunu itirib. Köməyə Xəyal da gəlib. Onlar arasında növbəti mübahisə Könülün kartından pulun çıxarılmasına görə olub. Elvin deyib ki, kartda pul olmayıb. Amma Könül onun kartından pulu Elvinin çıxarmasından şübhələnib və onunla mübahisə edib. Sonra Elvin qardaşlarından borca pul alaraq Könülə verib və onu Bakıya yola salmaq istəyib. Amma Könül yenə də getmək istəməyib.

Elvinin dediyinə görə Könülə yalandan evli olduğunu, uşaqlarının olduğunu deyib. Növbəti dəfə də buna görə mübahisə ediblər.

"Könül yenə də məndən əl çəkmədi. Bıçaqla üstümə hücum etdi. Bıçağı əlindən alıb boynunu əllərimlə sıxdım. Sonra onun hərəkətsiz olduğunu görüb çarpayıya uzatdım. Onun nəbzini yoxladıqda nəbzinin döyünmədiyini gördüm. Ona süni nəfəs verib, ürək masajı etsəm də ayılmadı. Onun öldüyünə əmin oldum. Bir anlıq şoka düşdüm. Otaqdan çıxıb zal ilə evin çıxış qapısına getdim. Könülün özünə gəlib polisə şikayət edə biləcəyini düşündüm"- deyən Elvin naqil götürərək Könülü yenidən boğub və bu dəfə öldüyünə əmin olub.

Hadisədən sonra qardaşlarının yanına gedən, onlara kömək edib dönər satan Elvin Könülün telefonunu da özü ilə götürüb və dənizə atıb.

Baş verənləri dostu Xəyala danışan Elvin ondan kömək istəyib. Xəyal əvvəlcə qorxsa da sonra dostuna kömək etməyi qərarlaşdırıb.

Evə gedərək meyiti nə edəcəklərini planlaşdırıblar. Meyiti başqa yerə apara bilməyəcəklərini düşünüblər. Buna görə də zirzəmidə basdırmağa razılaşıblar. Zirzəmini qazan zaman Elvinə qardaşı zəng edib. Qardaşının yanına gedən Elvin dönərxanada onlara kömək edib və bir müddət sonra yenidən qayıdıb. Ona qədər isə Xəyal yeri qazmağa davam edib.

Elvin geri qayıdandan sonra birlikdə meyiti qazılan yerə gətiriblər. Basdırdıqdan sonra həmin hissəyə xalça səriblər. Sonra da stol və divan da gətirərək həmin otağa qoyublar ki, diqqət çəkməsin.

Könülün əşyalarını zibil qutusuna atıblar, şəxsiyyət vəsiqəsini isə yandırıblar. Bir-birlərinə də diqqət çəkməməklə bağlı xəbərdarlıq ediblər.

Könülün itkin düşdüyünü bilən ailəsi Elvinlə əlaqə saxlayıb. Elvin Könüldən xəbərinin olmadığını deyib. Hətta Könülün nənəsi ilə Bakıda da görüşüblər. Sonra polisə məlumat verilib. Xəyalla Elvin əvvəlcədən razılaşdıqları kimi polisə ifadə veriblər. Hətta polis Könülün öldürüldüyü evə də gəlib. Amma ilk baxışda şübhəli heç nə diqqət çəkməyib.

Elvin bundan sonra özünü şübhələndirməmək üçün Könülün fotolarını sosial şəbəkələrdə paylaşaraq guya onu axtardığını qeyd edib.

İfadəsinin sonunda Elvin əməlindən paşman olduğunu, sadəcə, anasının səhhətinə görə qətli gizlətdiyini deyib. Sonra isə polis əməkdaşları onun şübhəli hərəkətlərindən cinayətin üstünü aça biliblər.

Qeyd edək ki, Elvin Cinayət Məcəlləsinin 120.2.9 (köməksiz vəziyyətdə olan adamı öldürmə) və və 326-cı (rəsmi sənədləri məhvetmə) maddələri ilə təqsirli bilinərək 19 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1131   Tarix: 04 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yeni döyüş reallığı: şəhər sığınacaqları niyə vacibdir?

"Son dövrdə davam edən münaqişələr göstərir ki, sığınacaqlar mülki əhalinin qorunmasında mühüm rol oynayır. Güclü hərbi qarşıdurmalar zamanı sığınacaq infrastrukturu insan itkilərinin azalmasına birbaşa təsir edir". Bunu BİG.AZ-a açıqlamasında hərbi ekspert Səxavət Məmmədov bildirib. O, qey

24.04.2026 202
.

Apollodan Artemisə: 58 ildə Dünya necə dəyişdi?

Apollodan Artemisə: 58 ildə Dünya necə dəyişdi? 1968-ci ildə çəkilən məşhur "Earthrise" (Yerin doğuşu) fotosu bəşəriyyətin öz planetinə baxışını kökündən dəyişmişdi. 2026-cı ilin aprelində, NASA-nın "Artemis II" heyəti bənzər bir kadr yaxaladı: "Earthset" (Yerin batışı)

24.04.2026 233
.

Sumqayıtda "Esmanur" bağçasında qalmaqal: valideyn iddiaları cəmiyyəti ayağa qaldırdı - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Sumqayıt şəhərində yerləşən "Esmanur" uşaq bağçasında baş verən qalmaqal cəmiyyətdə ciddi narahatlıq yaradıb. Valideynlərin iddialarına görə, bağçada uşaqlara qarşı qeyri-etik davranış halları müşahidə olunub və bu məsələ sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Hadisə ilə bağlı yayıla

24.04.2026 391
.

İcra başçısı qazi ailəsini süründürür - Hüquq müdafiəçisindən ÇAĞIRIŞ

Ömrünün 45 ilini müəllim peşəsinə həsr etmiş, iki oğlu Qarabağ döyüşlərinin iştirakçısı olan Natella Məmmədovaya Naxçıvanın Şahbuz rayon İcra Hakimiyyəti problem yaratmağa davam edir. -a bu barədə məlumat verən şikayətçi bildirib ki, həm özü, həm də mərhum həyat yoldaşı uzun illər dövlətə və xalqa xidmə

24.04.2026 264
.

Kəlbəcər və Laçına sulu qar yağıb

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə və səhər bəzi rayonlarda yağıntılı olub, yüksək dağlıq ərazilərdə isə (Kəlbəcər, Laçın) sulu qar yağıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Düşən yağıntının miqdarı Qubada 3, Gəncə, Naftalan, Qusar, Balakən

24.04.2026 203
.

ABŞ-ın müharibə naziri: Minalama və digər şəkildə gəmiçiliyi təhdid edənlər atəşə tutulacaq

Minalama və digər şəkildə gəmiçiliyi təhdid edənlər atəşə tutulacaq. APA xəbər verir ki, bunu ABŞ-ın müharibə naziri Pit Heqset bu gün mətbuat konfransında deyib. "Komandirlərimiz üçün açıq döyüş qaydaları müəyyən edilib: əgər İran sulara mina yerləşdirsə, ABŞ-ın kommersiya gəmiçiliyini və ya qüvvələrin

24.04.2026 233
.

İraqdan Küveytdəki hədəflərə dronların atıldığı bildirilir

Küveyt bildirib ki, cümə səhəri İraqdan buraxılan partlayıcı dronlar şimal sərhədindəki iki əraziyə zərbələr endirib. BİG.AZ Associated Press-ə istinadən xəbər verir ki, Küveyt ordusu X-də dronların maddi ziyan vurduğunu, lakin itki barədə məlumat verilmədiyini bildirib. Müəllif: İlkin Məmmədkərimo

24.04.2026 209
.

Gürcüstanın sabiq müdafiə naziri 10 il həbs cəzası aldı

Gürcüstanın keçmiş müdafiə naziri Juansher Burchuladze korrupsiya işi üzrə 10 il müddətinə azadlıqdan məhrum edilib. xəbər verir ki, bu barədə məlumat yayıb. Məlumata görə, məhkəmə hökmü ilə onun İspaniyadakı torpaq sahəsi və həmin ərazidə yerləşən evi, eləcə də Tbilisinin Tskneti rayonundakı evi v

24.04.2026 209
.

Bakıda dayısını öldürənə 17 il HƏBS CƏZASI

Bakı Ağır Cinayətlər Məhkəməsində dayısını qətlə yetirməkdə təqsirləndirilən Rəhim Qasımova hökm oxunub. xəbər verir ki, hakim Kamil Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən Rəhim Qasımovun 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Qısa müşavirədən sonr

24.04.2026 294
.

TOP MP3