Aktauda qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı son hesabat nə zaman açıqlanacaq?
Qazaxıstanda 2024-cü ilin dekabr ayının sonunda baş vermiş "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) məxsus təyyarə qəzasının araşdırılması ilə bağlı yekun hesabat ən geci üç ildən sonra təsdiqlənəcək.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə respublikanın Nəqliyyat Nazirliyindən məlumat verilib.
"25 dekabr 2024-cü il tarixində "Azərbaycan Hava Yolları" QSC-nin istismarında olan 4K-AZ65 dövlət nömrə nişanlı "Embraer E190AR" təyyarəsinin qəzaya uğraması ilə bağlı təhqiqat Qazaxıstan Respublikasının investisiyalar və inkişaf nazirinin 27 iyul 2017-ci il tarixli, 505 nömrəli əmrinə uyğun olaraq həyata keçirilir. Əmrin 32-ci bəndinə uyğun olaraq, insan ölümü ilə nəticələnən aviasiya qəzasının təhqiqatının müddəti komissiya yaradıldığı andan təhqiqatın nəticələrinə dair yekun hesabatın təsdiq edildiyi tarixə qədər, bir qayda olaraq, əlavə araşdırma tələb olunmadığı halda, 36 aydan çox çəkmir", - deyə qurumdan qeyd edilib.
Eyni zamanda, istintaq komissiyasının üzvü, Qazaxıstanın nəqliyyat nazirinin müavini Talqat Lastayev 2024-cü il dekabrın 30-da "Kazinform" agentliyinə müsahibəsində bildirib ki, təhqiqatın ilkin və ya aralıq nəticələri 30 gün ərzində hazır olacaq.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 714 Tarix: 04 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş5 yaşlı uşaq hovuzda üzərkən öldü
İsmayıllıda bədbəxt hadisə baş verib. "Qafqazinfo"nun məlumatına görə, 5 yaşlı T.Teymurlu hovuzda üzərkən boğulub. Nəticədə o, vəfat edib. Hadisə rayonun Talıstan kəndində yerləşən evlərin birində baş verib
10:48 185 Xaçmazda elektrik dirəyindən yıxılan kişi ölüb
Xaçmaz rayonunda elektrik dirəyindən yıxılan kişi həyatını itirib. BİG.AZ "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Qoçaqlı kəndində qeydə alınıb. Belə ki, 1962-ci il təvəllüdlü Əbilfərz Balakişiyev elektrik dirəyində naqil quraşdırarkən hündürlükdən yıxılıb və aldığı xəsarətlər nəticəsind
12.07.2026 198 Məhəbbət Kazımov məşhur mahnısını niyə bir daha ifa etmədi? (VİDEO)
Baku TV-nin "Retro Baku" verilişinin yeni buraxılışı görkəmli xanəndə, Əməkdar artist Məhəbbət Kazımovun həyat və yaradıcılığına həsr olunub. Verilişdə sənətkarın yaxın dostları və həmkarları onunla bağlı indiyədək geniş ictimaiyyətə məlum olmayan xatirələrini bölüşüblər. Diqqətçəkən məqamlarda
12:10 87 İran XİN: BMT TŞ-nin nüvə proqramı ilə bağlı qətnaməsinin müddəti bitib
İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai BMT Təhlükəsizlik Şurasının (TŞ) İslam Respublikasının nüvə proqramı ilə bağlı son iclasını tənqid edib. "Report" ISNA-ya istinadən xəbər verir ki, İ. Bəqai iclasın ABŞ, Böyük Britaniya və Fransanın tələbi ilə keçirildiyini bildirib
12.07.2026 233 Gürcüstanda təbii fəlakət: Telavini su basdı, körpü uçdu
Gürcüstanda yağan güclü yağışlar Telavi şəhərində genişmiqyaslı daşqına səbəb olub. Gürcüstan mətbuatına istinadən xəbər verir ki, suyun səviyyəsinin kəskin artması nəticəsində Telavisxevi çayı məcrasından çıxıb. Çay şəhərin prospekt və küçələrini qismən su altında qoyub. Yaşayış binalarının birinc
12.07.2026 241 "Həm Qərb, həm də Şərq qonşularımızla əlaqələrimiz əladır"
"Hazırda bağlantılarla bağlı infrastrukturun genişləndirilməsi üzərində çalışırıq. Çünki biz gözləmirdik ki, coğrafi mövqeyimizin əhəmiyyəti son dövrlərdə bu qədər əhəmiyyəti artacaq. Həm Qərb, həm də Şərq istiqamətində qonşularımızla əlaqələrimiz əladır". "Qafqazinfo" xəbər veri
11:28 109 Gürcüstandan ixrac edilən diri qoyunların ən böyük alıcısı Azərbaycan olub
2026-cı ilin iyun ayında Gürcüstandan 17,5 min baş diri qoyun ixrac edilib. "Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. Bildirilib ki, ixracın ümumi dəyəri 2,1 milyon ABŞ dolları təşkil edib. Ötən ilin eyn
12.07.2026 252 Safurənin dördüncü övladı olacaq
"Avroviziya" təmsilçilərimizdən olan Safurə Əliyevanın yeni paylaşımı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Axşam.az xəbər verir ki, dünya ulduzu Riki Martinin konsertinə qatılan müğənni tədbirdən yeni görüntülərini izləyiciləri ilə bölüşüb. Paylaşımda Safurənin hamilə olduğu iddialar
10:17 229 İordaniya İran raketlərini vurduğunu bildirir
İordaniyanın dövlət xəbər agentliyi bildirib ki, ordu İrandan hava məkanına daxil olan dörd raketi ələ keçirib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, İranın hücumu nəticəsində heç bir xəsarət alan və ya maddi ziyan dəymədiyi bildirilib. İran daha əvvəl bildirib ki, hücumları İordaniya daxilindək
10:49 124