Ən çox qazpulunu villalar ödəyəcək - AÇIQLAMA

Ən çox qazpulunu villalar ödəyəcək - AÇIQLAMAAzərbaycanda təbii qaz üzrə ölkədaxili tarif maya dəyərindən aşağı olduğu üçün qiymətlərin tənzimlənməsinə zərurət yaranıb və dövlətin həyata keçirdiyi sosialyönümlü siyasət əsas götürülərək qərarlar qəbul edilib.

Lent.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Müşfiq Cəfərov bildirib.

Deputat qeyd edib ki, dövlətin sosial siyasəti və enerji resurslarından səmərəli istifadənin təşviqi məqsədilə istilik təchizatı üçün çoxmənzilli binaların mərkəzləşdirilmiş qazanxanalarına verilən 1 kub metr təbii qazın tarifi dəyişdirilməyib. Tarif Şurasının qərarına əsasən, əhali üzrə illik istehlak həcmi 1200 kub metr olan hissə üçün 1 kub metr təbii qazın tarifi 0,5 qəpik (yarım qəpik) artırılaraq 12 qəpikdən 12,5 qəpik həddində, 1200 kub metrdən 2500 kub metrədək olan hissə üçün 2 qəpik artırılaraq 20 qəpikdən 22 qəpik, 2500 kub metrdən çox olan hissə üçün 5 qəpik artırılaraq 25 qəpikdən 30 qəpik məbləğində müəyyənləşib. 1 kub metr təbii qaz üzrə orta tarif əhali üzrə cəmi 1,3 qəpik (8,7%) artırılıb: "Başqa sözlə, yeni tariflərin tətbiqindən sonra illik sərfiyyatı 1200 m3 olan 48% əhali üçün illik xərc orta hesabla 3 manat 84 qəpik artacaq. Bu göstərici əhalinin 39%-ni təşkil edən illik sərfiyyatı 1200 m3-dən – 2500 m3–dək olan istehlakçılar üzrə orta hesabla 17 manat 16 qəpik, ümumi əhali istehlakçılarının 13%-ni təşkil edən illik sərfiyyatı 2500 m3–dən çox olan istehlakçılar üzrə orta hesabla 89 manat 52 qəpik olacaq. Beləliklə, bu xərclər 48% abonent üzrə ayda 32 qəpik, 39% abonent üzrə ayda 1 manat 43 qəpik, 13% abonent (daha çox istehlak edən) üzrə ayda 7 manat 46 qəpik artacaq. Göründüyü kimi, əhalinin 48%-i üçün 1 kub metr təbii qazın tarifi maksimum aşağı səviyyədə - cəmi yarım qəpik artırılıb. Beləliklə, əsas artım böyük villaların üzərinə düşüb".

Müşfiq Cəfərov deyib ki, bu il minimum əməkhaqqında artımı və minimum pensiyada nəzərdə tutulan artım nəzərə alınsa, əhali üçün təbii qazın qiymətində dəyişiklik zamanı həssas sosial qrupların mənafeyinin qorunmasının diqqət mərkəzində olduğu bir daha aydın olar: "Bir kub metr qazın qiyməti əhalinin 48%-i üçün 4,2%, əhalinin 39%-i üçün isə 10% artırılıbsa, yanvarın 1-dən minimum əməkhaqqı 15,9 faiz artırılıb, fevralın 1-dən minimum pensiya 14,2 faiz artırılacaq".

Parlamentin İqtisadi siyasət komitəsinin üzvü təbii qazın ölkədaxili tariflərinin dəyişməsindən sonra da Azərbaycanda əhali üçün qazın qiymətinin qonşu ölkələrdən aşağı olduğunu bildirib: "Tariflərin tənzimlənməsindən sonra əhali istehlakçıları üzrə təbii qazın 1000 kub metrinin qiyməti Azərbaycanda 125-300 manat olacaq. Manat ekvivalenti ilə götürülsə, bu göstəricinin Gürcüstanda ən aşağı səviyyəsi 210 manat, yuxarı səviyyəsi isə 328 manat təşkil edir. Eynilə Türkiyədə 462-519 manat, Ermənistanda 430-618 manatdır".

Müşfiq Cəfərov təbii qazın qiymət artımının elektrik enerjisinin istehsal xərclərinə təsiri və bu sahədə xidmətlərin dayanıqlılığının yüksəldilməsi zərurəti nəzərə alınaraq elektrik enerjisi üzrə yeni tariflər müəyyənləşdirildiyini də bildirib. Onun sözlərinə görə, bu zaman da əhalinin sosial müdafiəsi əsas götürülüb. Əhalinin 65%-i üçün 1 kilovatt saat elektrik enerjisinin tarifi maksimum aşağı səviyyədə 0,4 qəpik (5%) artırılıb.

Parlamentin İqtisadi siyasət komitəsinin üzvü suyun qiymətində artımın olması barədə deyilənlərin isə əsassız olduğunu vurğulayıb: "Manipulyasiya olunur ki, suyun da qiyməti qalxıb. Halbuki heç bir artım olmayıb, sadəcə qoşulmalara görə tariflər müəyyən olunub".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 690   Tarix: 04 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

CineMastercard "Maykl" filmi ilə dünya premyerasından 3 gün öncə əfsanənin ruhunu canlandırdı - VİDEO - FOTO

"Dəniz Mall" ticarət mərkəzində yerləşən "CineMastercard" kinoteatrında musiqi, üslub və təkrarsız enerji ilə dolu bir axşam baş tutdu. Bu möhtəşəm tədbir dünya səhnəsinin əfsanəsi Maykl Cekson haqqında çəkilmiş, böyük maraqla gözlənilən "Maykl" bioqrafik filminin düny

24.04.2026 271
.

Apollodan Artemisə: 58 ildə Dünya necə dəyişdi?

Apollodan Artemisə: 58 ildə Dünya necə dəyişdi? 1968-ci ildə çəkilən məşhur "Earthrise" (Yerin doğuşu) fotosu bəşəriyyətin öz planetinə baxışını kökündən dəyişmişdi. 2026-cı ilin aprelində, NASA-nın "Artemis II" heyəti bənzər bir kadr yaxaladı: "Earthset" (Yerin batışı)

24.04.2026 233
.

"Çox kökəlmişəm, utanıram"

"Çox kökəlmişəm, həddindən artıq. Utanıram. Duzlu, şirniyyat, çörək, çox yemək yemirəm". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Mətanət Əsədova sosial şəbəkədə canlı yayımda deyib. Sənətçi çox artıq çəki aldığını bildirib. "Çəkimi deməyə utanıram. 62 kiloqram idim, 60-a düşmüşdüm

24.04.2026 405
.

Gürcüstanın sabiq müdafiə naziri 10 il həbs cəzası aldı

Gürcüstanın keçmiş müdafiə naziri Juansher Burchuladze korrupsiya işi üzrə 10 il müddətinə azadlıqdan məhrum edilib. xəbər verir ki, bu barədə məlumat yayıb. Məlumata görə, məhkəmə hökmü ilə onun İspaniyadakı torpaq sahəsi və həmin ərazidə yerləşən evi, eləcə də Tbilisinin Tskneti rayonundakı evi v

24.04.2026 209
.

DİQQƏT - Azərbaycan səmasında parlaq izlər görünə bilər

Aprelin sonundan may ayının ortalarına qədər "Eta Aquarid" meteor yağışı müşahidə olunacaq. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından -a verilən məlumata görə, meteor yağışının maksimum aktivliyi 5-6 may tarixlərinə təsadüf edəcək. Meteorlar təxminən 6

24.04.2026 243
.

Şənbə günü yağış yağacaq

Bakıda və Abşeron yarımadasında aprelin 25-də səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəy

24.04.2026 355
.

Pentaqonun e-poçtu İspaniyanın NATO-dan çıxarılması və İran münaqişəsi ilə bağlı digər addımları açıqladı, mənbə bildirir

ABŞ rəsmisi Reuters agentliyinə bildirib ki, Pentaqonun daxili elektron poçtunda ABŞ-ın İranla müharibədə ABŞ əməliyyatlarını dəstəkləmədiyinə inandığı NATO müttəfiqlərini cəzalandırmaq üçün variantlar, o cümlədən İspaniyanın ittifaqdan çıxarılması və ABŞ-ın Britaniyanın Folklend adalarına iddiası il

24.04.2026 201
.

Mingəçevir Dövlət Universitetində böyük azərbaycanlı yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin yaradıcılığına həsr olunmuş konfrans keçirilib

2026-cı ilin 24 aprel tarixində Mingəçevir Dövlət Universitetinin təşkilatçılığı ilə böyük azərbaycanlı yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin yaradıcılığına və anadan olmasının 118-ci ildönümünə həsr olunmuş "Mir Cəlal Paşayev yaradıcılığı: Ədəbi-estetik düşüncə, milli kimlik və müasir interpreasiyalar"

24.04.2026 253
.

Dondurmanın bu faydalarını bilmirdiniz

Dondurma düzgün tərkibə malik olduqda və həddindən artıq yeyilmədikdə, düşünüldüyü qədər zərərli olmaya bilər, bəzi hallarda isə balanslı rasiona daxil edilə bilər. xarici mediaya istinadən xəbər verir ki, 20-40 il ərzində alimlər təxminən 190 min yetkin insanın qidalanmasını, fiziki aktivliyini və sağlamlı

24.04.2026 240
.

TOP MP3