BMW-nin sərnişin avtobusuna çırpılması ilə baş verən zəncirvari qəzada yaralananların durumu açıqlandı
Sumqayıtda baş verən yol-nəqliyyat hadisəsi zamanı üç nəfər xəsarət alıb, birinin vəziyyəti orta ağırdır.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Sumqayıt Tibb Mərkəzindən məlumat verilib.
"Sumqayıtda baş verən yol-nəqliyyat hadisəsindən sonra yanvarın 4-ü saat 06:00-da Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına üç nəfər (kişi cinsli) hospitalizasiya olunub.
Başın toxumasının əziyi diaqnozu təyin edilən 1961-ci il təvəllüdlü və sol baldırın əziyi diaqnozu təyin edilən 1982-ci il təvəllüdlü şəxslərə Təcili yardım şöbəsində zəruri tibbi yardımlar göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.
Sol baldır sümüklərinin qapalı yerdəyişən sınığı diaqnozu təyin edilən 1980-ci il təvəllüdlü şəxsin müalicəsi isə Travmatologiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır", - deyə məlumatda qeyd olunub.
10:42
Sumqayıtda baş verən qəzada BMW markalı avtomobildə olan sərnişin və "KIA Ceed" markalı avtomobilin sürücüsü yüngül xəsarət alıb.
Bu barədə Oxu.Az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) inspektoru polis baş leytenantı Elvin Hacıyev deyib.
O bildirib ki, baş verən hadisə ilə bağlı araşdırma aparılır:
"Yanvarın 4-ü səhər saat 06:54-də Sumqayıt şəhəri, Sülh küçəsi SOCAR yanacaqdoldurma məntəqəsinin yaxınlığında BMW markalı 77-CX-915 dövlət nömrə nişanlı avtomobillə "Sumqayıt Nəqliyyat" MMC-yə məxsus 10 saylı marşrut xətti üzrə işləyən "Isuzu" markalı 50-AE-809 dövlət nömrə nişanlı sərnişin avtobusu, 10-TJ-127 dövlət nömrə nişanlı "Lexus", 99-DS-119 dövlət nömrə nişanlı "KIA Rio", 10-ED-420 dövlət nömrə nişanlı VAZ-2107, 77-EE-359 dövlət nömrə nişanlı "KIA Ceed" markalı avtomobillər toqquşub. Nəticədə BMW markalı avtomobildə olan sərnişin və "KIA Ceed" markalı avtomobilin sürücüsü yüngül xəsarət alıb. Baş verən hadisə ilə bağlı araşdırma aparılır".
09:32
Sumqayıtda beş nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az "Unikal"a istinadən xəbər verir ki, səhər saat 7 radələrində BMW markalı avtomobil işıqforun qırmızı işığında sürətlə keçərək sərnişin avtobusuna və digər avtomobillərə çırpılıb. Nəticədə avtobus aşıb.
Xeyli sayda yaralı olduğu bildirilir. Yaralılar təcili yardım maşınları ilə xəstəxanaya aparılıblar.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 729 Tarix: 04 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPaşinyan Rusiyanın Gümrü bazasına "ya saxla, ya çıxar" mesajı verdi
Ermənistanda yerləşən Rusiyaya məxsus 102-ci hərbi baza ətrafında siyasi qalmaqal son günlər yenidən gündəmə gəlib. Buna səbəb Rusiya Prezidenti Vladimir Putinin Ermənistanın istəyəcəyi təqdirdə Gümrüdəki bazanı "günü sabah" çıxara biləcəkləri barədə açıqlaması, Ermənistan Baş naziri Niko
10:49 88 Zahir Nurəliyev ətrafında 50 min manatlıq müəmmalı olay - Ciddi suallar yaranır
Son günlər sosial şəbəkələrdə tanınmış müğənnilərdən birinin şəhid anası və qardaşı ilə əlbir olaraq iş adamından hədə-qorxu yolu ilə 50 min manat aldığı barədə məlumatlar yayılır. İddialar hələlik rəsmi şəkildə təsdiqlənməsə də, məsələ ilə bağlı ortaya çıxan bəzi məqamlar ciddi suallar yaradır. Məlumat
07.09.2026 312 Qayğının, həmrəyliyin və qadın həmrəyliyinin ünvanı - QHT sədrləri "LOQOS" Qadın Uzunömürlük Rezidensiyasında
Cəmiyyətin inkişafı yalnız iqtisadi göstəricilər və yeni layihələrlə ölçülmür. Əsl inkişaf insanın həyatının müxtəlif mərhələlərində özünü nə qədər güvənli, dəyərli və qayğı ilə əhatə olunmuş hiss etməsi ilə də müəyyənləşir. Xüsusilə yaşlı insanların sosial həyata inteqrasiyası, onların ləyaqətli v
07.09.2026 224 "Qalatasaray"ın keçmiş oyunçusu Braziliyada yeni klub tapdı
Mərakeşli yarımmüdafiəçi Avropa futbolundan ayrılır və tezliklə Braziliya klublarından birinə qoşulacaq. -ın xarici mediaya istinadən xəbərinə görə, "Vidad"ın yarımmüdafiəçisi Hakim Ziyeş Braziliyaya gedəcək. 33 yaşlı mərakeşli ötən yay azad agent olub. Nəticədə, "Botafogo" oyunçun
07.09.2026 229 Kompüterlərin qiyməti bahalaşdı - İQTİSADÇIDAN AÇIQLAMA
Son dövrlərdə kompüter və noutbuk bazarında qiymət artımı diqqət çəkir. Qlobal bazarda yaddaş çiplərinə tələbatın artması, xüsusilə süni intellekt infrastrukturlarının sürətlə genişlənməsi kompüter istehsalına da təsir göstərir. "The Wall Street Journal"ın son məlumatına görə, 2026-cı ili
07.09.2026 356 İranın nümayəndə heyəti ABŞ-a gedə bilər - Bəqai
Əgər ABŞ öz öhdəliklərini yerinə yetirərsə və İran nümayəndə heyətinə vaxtında viza verərsə, İran BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak etməyi planlaşdırır. xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib. Bəqainin sözlərinə görə, Tehran bu platformada
07.09.2026 220 Kim Kardaşyan ona görə Bakıya gələ bilər
Erməni əsilli amerikalı şou ulduzu Kim Kardaşyanın yeddiqat dünya çempionu, "Formula 1" pilotu Luis Hemiltonu dəstəkləmək üçün Bakıda keçiriləcək Qran-Pridə iştirak edə biləcəyi iddia olunur. -a istinadla xəbər verir ki, bir neçə məşhur şou platforması Kardaşyanın Hemiltonla münasibətlərini
07.09.2026 383 Nyu-Delhidə bina çöküb, ölənlər var
Nyu-Delhidə (Hindistan) kollec və universitetlərin yaxınlığında yerləşən bina çöküb, azı altı nəfər ölüb. "Report" xarici mediaya istinadən xəbər verir ki, bu barədə Nyu-Delhinin baş naziri Rexa Qupta bildirib. "Binanın zirzəmisində su yığılıb. Davam edən təmir işləri nəticəsində suyu
07.09.2026 233 "44" filminin premyera tarixi açıqlandı
Çoxdan gözlənilən "44" bədii filminin premyera tarixi açıqlanıb. Axşam.az xəbər verir ki, filmin premyerası oktyabrın 1-də Heydər Əliyev Mərkəzində keçiriləcək. Bu Prezidentin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov sosial şəbəkə hesabında məlumat verib. Bildirili
07.09.2026 218