"Apple" "Siri"dən şikayət edən hər kəsə 20 dollar ödəyəcək
"Apple" şirkəti məxfilik pozuntusu ilə bağlı ilkin razılaşmaya nail olub. İstifadəçilər səsli köməkçi "Siri"dən istifadə etdikləri hər cihaz üçün 20 dollara qədər kompensasiya ala bilərlər.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Reuters" xəbər yayıb.
Səsli köməkçilər, adətən, "Hey, Siri" kimi ifadələr vasitəsilə aktivləşdirilir. Lakin iddiaçılar bildiriblər ki, "Siri" onları gizlicə dinləyib və məlumatları ötürüb. Hətta müəyyən brendlərin və ya mövzuların təsadüfi xatırlanması sonradan hədəflənmiş reklamların göstərilməsinə səbəb olub.
Məsələn, iki iddiaçı "Air Jordan" idman ayaqqabıları və "Olive Garden" restoranları haqqında müzakirədən sonra bu məhsulların reklamlarını görməyə başladığını bildirib.
Başqa bir iddiaçı isə tam məxfi hesab etdiyi həkim söhbətindən sonra tibbi xarakterli hədəflənmiş reklamlar aldığını bildirib.
İddia 17 sentyabr 2014-cü ildən başlayaraq "Siri"də "Hey, Siri" funksiyasının tətbiq edildiyi 31 dekabr 2024-cü ilə qədər olan dövrü əhatə edir.
İlkin qiymətləndirmələrə görə, kollektiv iddianın 10 milyonlarla iştirakçısı var. Onlar "iPhone" və "Apple Watch" kimi "Siri" dəstəkli hər cihaz üçün 20 dollara qədər kompensasiya ala bilərlər.
"Apple" isə öz növbəsində hər hansı pozuntunu inkar edir, lakin gələcək məhkəmə çəkişmələrindən qaçmaq üçün sövdələşməyə razılıq verib.
"Apple" nümayəndələri və onların vəkilləri hələ ki şərh sorğularına cavab verməyiblər. İddiaçıların vəkilləri də şərh verməyiblər, lakin onların razılaşma fondundan qonorar kimi 28,5 milyon dollar və xərclərin ödənilməsi üçün 1,1 milyon dollar tələb edəcəkləri gözlənilir.
Qeyd edək ki, razılaşma üçün ayrılan 95 milyon dollar "Apple"ın cəmi doqquz saatlıq mənfəətinə bərabərdir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 836 Tarix: 03 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİranın dəstəklədiyi Husilərin Səudiyyə Ərəbistanına hücumu nəticəsində onlarla insan yaralanıb
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri Yəməndə İran tərəfindən dəstəklənən Husi yaraqlılarının onlarla mülki şəxsin yaralanmasına və enerji obyektlərində yanğınlara səbəb olan hücumlarına qətiyyətli cavab verəcəyinə söz verir. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanını
10:57 113 Paytaxtın bu ərazilərində qaz olmayacaq
Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. BİG.AZ xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması ilə əlaqədar saat 10:00-dan işlər başa çatanadə
10:00 95 Zahir Nurəliyev ətrafında 50 min manatlıq müəmmalı olay - Ciddi suallar yaranır
Son günlər sosial şəbəkələrdə tanınmış müğənnilərdən birinin şəhid anası və qardaşı ilə əlbir olaraq iş adamından hədə-qorxu yolu ilə 50 min manat aldığı barədə məlumatlar yayılır. İddialar hələlik rəsmi şəkildə təsdiqlənməsə də, məsələ ilə bağlı ortaya çıxan bəzi məqamlar ciddi suallar yaradır. Məlumat
07.09.2026 312 Uşaqları internetin görünməz təhlükələrindən necə qorumalı?
Müasir dövrdə internet uşaq üçün artıq seçim deyil, həyatın ayrılmaz hissəsidir. Lakin rəqəmsal mühit fiziki parklar və oyun meydançaları kimi təhlükəsiz deyil. Bəs valideynlər övladlarını bu görünməz təhlükələrdən necə qoruya bilərlər?. Mövzu ilə bağlı BİG.AZ-a açıqlama verən Azərbaycan Kibertəhlükəsizli
10:54 84 Paşinyan Rusiyanın Gümrü bazasına "ya saxla, ya çıxar" mesajı verdi
Ermənistanda yerləşən Rusiyaya məxsus 102-ci hərbi baza ətrafında siyasi qalmaqal son günlər yenidən gündəmə gəlib. Buna səbəb Rusiya Prezidenti Vladimir Putinin Ermənistanın istəyəcəyi təqdirdə Gümrüdəki bazanı "günü sabah" çıxara biləcəkləri barədə açıqlaması, Ermənistan Baş naziri Niko
10:49 88 Kompüterlərin qiyməti bahalaşdı - İQTİSADÇIDAN AÇIQLAMA
Son dövrlərdə kompüter və noutbuk bazarında qiymət artımı diqqət çəkir. Qlobal bazarda yaddaş çiplərinə tələbatın artması, xüsusilə süni intellekt infrastrukturlarının sürətlə genişlənməsi kompüter istehsalına da təsir göstərir. "The Wall Street Journal"ın son məlumatına görə, 2026-cı ili
07.09.2026 356 "Siyasi məhbus" ritorikası: ölkəyə qarşı qarayaxma kampaniyasına kimlər yanacaq verir?
Bəzi şəxslərin illərdir dəyişməyən bir ritorikası var: Azərbaycanda hər bir hüquqi məsələni siyasi rəngə boyamaq, hər bir cinayət işini "siyasi məhbus" kimi təqdim etmək və sonra da bu "məhbusların azad edilməsini" özlərinin siyasi xidməti kimi cəmiyyətə sırımaq. Novella Cəfəroğl
11:16 103 Bəzi yerlərə leysan yağır, şimşək çaxır: Güclü külək əsir - FAKTİKİ HAVA
Sentyabrın 7-si saat 15:30-a olan faktiki hava açıqlanıb. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur. Yağıntılar ayı-ayrı yerlərdə leysan xarakterlidir. Bəzi yerlərd
07.09.2026 250 Rusiya ilə Ermənistan arasında gərginlik dərinləşir - Ekspertdən Paşinyanla bağlı açıqlama
Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun baş elmi işçisi Aleksandr Kamkin Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya ilə münasibətləri pozmaq üçün əlindən gələni etdiyini bildirib. xəbər verir ki, -ya açıqlama verən Kamkin Rusiya-Ermənistan münasibətlərini
07.09.2026 207